644) Virus infeksiyalarının təcili diaqnostikası üsullarına hansılar aid deyil?
A) İmmunoferment analiz
B) Radioimmun analiz
C) Elektron mikroskopiyası, immun-elektron mikroskopiyası
D) İmmunnoflüoressensiya
E) İnfeksion virisun aşkarlanması
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
645) Hansı virusla törədilən infeksiyalarda hüceyrə daxili törəmələr əmələ gəlir?
A) Təbii çiçək virusu ilə
B) Adenovirusla
C) Quduzluq virusu ilə
D) Sadə herpes virusu ilə
E) İnsanın immunçatışmamazlığı virusu ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
646) Hansı virusların hüceyrə kulturasında çoxalması zamanı hemaqqlütinasiya reaksiyası istifadə oluna bilməz?
A) Paraqrip viruslarının
B) Qrup viruslarının
C) Parotit viruslarının
D) Adenovirusların
E) Respirator-sinisial virusların
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
647) Hemaqqlütinasiyanın qeyri-spesifik inhibitorlarını aradan götürmək məqsədilə zərdabların emalı üçün hansı üsullar istifadə olunmur?
A) Sirkə turşusu
B) Efir
C) Eritrosit və vəba vibrionu filtratı
D) Kalium-neryodat və xlorofil
E) Xlor məhlulları
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
648) Virus infeksiyalarının ekspress-diaqnostikasının prinsiplərinə hansılar aid deyil?
A) Virusun optimal qatılığının təyini
B) Virionların aşkar edilməsi
C) Xəstədən götürülmüş materialda virus antigeninin üzə çıxarılması
D) Virusspesifik RNT-nin təyin edilməsi
E) M sinfinə aid antikillerlərin aşkar edilməsi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
Dostları ilə paylaş: |