Mikrobiologiya ixtisası üzrə yeni 99 test sualları 07. 03. 2013 cü IL tarixində əlavə edilmişdir. Bölmə 13 Qarışıq suallar


) Alman dilindən götürülmüş “tripper” adı hansı xəstəliyi bildirir?



Yüklə 136 Kb.
səhifə21/43
tarix28.12.2016
ölçüsü136 Kb.
#3755
1   ...   17   18   19   20   21   22   23   24   ...   43
37) Alman dilindən götürülmüş “tripper” adı hansı xəstəliyi bildirir?
A) Sifilis

B) Qonoreya

C) Traxoma

D) QİÇS


E) Trixomoniaz
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 362)
38) Aşağıdakılardan hansı "Pseudomonas aeruginosa"-nın patogenlik amili deyil?
A) Hemolizinlər

B) Proteolitik fermentlər

C) Neyraminidaza

D) Piosinlər

E) Dəmirə olan tələbatını ödəmək üçün rəqabət
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 418)
39) Jelatin sütununu xarakterik “başı aşağı çevrilmiş küknar ağacı” formada əritmə hansı bakteriyalara xasdır?
A) Bacillus anthracis

B) Clostridium tetani

C) Bacillus cereus

D) Clostridium difficile

E) Clostridium perfringens
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 466)
40) Bürne sınağından hansı xəstəlik zamanı istifadə edilir, mahiyyəti nədir və necə qoyulur?
A) Difteriyanın diaqnostikasında istifadə edilir, difteriya toksininin dəniz donuzları üçün 1/40 Dlm dozası saidin ön səthinin dərisi içərisinə yeridilməklə antitoksik immunitet aşkar edilir

B) Tulyaremiyanın diaqnostikasında istifadə edilir, qızdırılmaqla öldürülmüş tulyaremiya törədicilərinin suspenziyası (tulyarin) dəri səthinə və dəri daxilinə yeridilir

C) Bruselyozun diaqnostikasında ləng tipli yüksək həssaslığı aşkar etmək üçün istifadə edilir, said nahiyəsinin dərisi içərisinə 0,1 ml brusellin (törədicilərin kulturasının protein ekstraktı) yeridilir

D) Tuberkulinə qarşı ləng tipli yüksək həssaslıq reaksiyasının aşkar edilməsinə əsaslanır, bu məqsədlə tuberkulin (PPD) müəyyən dozası saidin ön səthində dəri içərisinə inyeksiya edilir

E) Skarlatinanın diaqnostikasında istifadə edilir, eritrogen toksin dəri daxilinə yerdilməklə antitoksik immunitet aşkar edilir
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 456)


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin