67) Hansı seroloji reaksiyadan brüselyozun diaqnostikasında istifadə edilmir?
A) 2-Mercapto-ethanol və Diamino 6,9 Etoxy acridin (Rivanol)-li aqqlütinasiya sınaqları
B) Rayt (Wright) aqqlütinasiya reaksiyası
C) Əşya şüşəsi üzərində aqqlütinasiya sınaqları (Rose Bengal sınağı, Spot test
D) Appelman üsulu
E) Kumbs reaksiyası
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 333-337)
68) Təmiz kultura almaq üçün hansı üsuldan istifadə edilmir?
A) Laborator heyvanların istifadə olunması
B) Petri kasasında seyrəltmə üsulu ilə kultivasiya
C) Batırma (iynə) üsulu
D) Xüsusi qidalı mühitlərin köməyi ilə mikroorqanizmlərin izolə edilməsi
E) Bakteriyaların bioloji xassələrini nəzərə alaraq müayinə materiallarının xüsusi işləmələrdən sonra kultivasiyası
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 116-117)
Dostları ilə paylaş: |