Mikroiqtisadi səviyyədə infrastruktur Giriş


İnfrastrukturun iqtisadi cəhətləri



Yüklə 28,77 Kb.
səhifə3/7
tarix02.01.2022
ölçüsü28,77 Kb.
#34891
1   2   3   4   5   6   7
Mikroiqtisadi səviyyədə infrastruktur

İnfrastrukturun iqtisadi cəhətləri

Təbiidir ki, infrastrukturun nə olduğunu bilmədikdə, onun təsnifatını, əhəmiyyətini və növləri haqqında da təsəvvür oyana bilməz. Bütün bunları nəzərə alaraq 5 infrastruktur anlayışının izahı çox əhatəli olmasa da, birinci sualda əks etdirilmişdir. Növbəti – ikinci sualda isə bazar infrastrukturunun müasir bazar iqtisadiyyatında rolu haqqında məlumat verilmişdir. Bazar infrastrukturunun ünsürlərinin daha ətraflı izahına yer verilmiş, burada nəinki onların mənası və yerinə yetirdikləri funksiyalar, həmçinin onların qarşılıqlı əlaqəsi də diqqət mərkəzinə çəkilmişdir. Əlbəttə, bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanda yaranmaqda olan bazar infrastrukturlarının izahını verməmək mümkün deyildir. Belə ki, bazarlar eyni səviyyədə inkişaf etməmiş və onlardan bəziləri təsərrüfat praktikasında fəaliyyət göstərmirlər. Ona görə də onlar Azərbaycanın bazar infrastrukturunda yerinə yetirdikləri rola və əhəmiyyətlərinə görə xarakterizə olunurlar. Bütün bu və digər məsələlər dördüncü sualda öz əksini tapmışdır. “İnfrastruktur” termini ilk dəfə Qərbdə XX əsrin əvəllərində silahlı qüvvələrin hərbi qabiliyyətinin təhlili zamanı istifadə edilmişdir. “İnfrastruktur” anlayışı (termini) latın mənşəlidir. O, infra – “aşağı, alt” və struktura – “yerləşmə” sözlərinin birləşməsini ifadə edir. Bu anlayışda başqa sahələrə xidmət göstərən qurumlar (özəklər) məcmusu ifadə olunur. Deməli, onun məzmununda başqa müvafiq bir sahəyə “xidmət göstərmək” ifadəsi müəyyənedici əhəmiyyət kəsb edir. İlk dəfə bu ifadə iqtisadi təhlildə XX əsrin əvvəllərində silahlı qüvvələrin həyat fəaliyyətini təmin edən obyekt və tikililəri ifadə etmək üçün işlənmişdir. Belə ki, hərbi infrastruktur dedikdə, hərbi qüvvələrin fəaliyyətini təmin edən sahələrin (hərbi anbarlar, aerodomlar, radiolokasiya postları, poliqonlar və s.) kompleksi nəzərdə tutulurdu. Buradan aydın görünür ki, hərbi infrastruktur – müharibə şəraitində hərbi əməliyyatların aparılmasını təmin edən, sülh şəraitində isə dövlətin müdafiə qabiliyyətinin lazımi səviyyədə saxlanılmasına xidmət edən bir qurumdur. Həmin fikir sonralar bütün başqa sahələrə də geniş yayılmışdır. Məsələn, 40-cı illərdə Qərbdə infrastruktur anlayışı maddi istehsalın fəaliyyətinə xidmət edən sahələrin məcmusu kimi başa düşülürdü. Cəmiyyət inkişaf etdikcə infrastrukturlar da geniş miqyas alıb, yeniləri əmələ gəlib və bu yenilərin mikroistiqamətləri meydana gəlib. Bunlar hamısı cəmiyyətin mütərəqqi tələbatlarının artması ilə üzvi şəkildə bağlıdır. İnfrastrukturlar artdıqca, şaxələndikcə cəmiyyətin təkamülü və tələbatı daha normal, daha yüksək təmin olunur. Xüsusilə yüksək inkişaf etmiş ölkələrdə, yüksək sivilizasiyalı dövlətlərdə bu hal özünü daha qabarıq təzahür etdirir, yəni infrastrukturlar daha geniş,daha keyfiyyətli səciyyə kəsb edir. Bu, xüsusi ilə müasir bazar şəraiti üçün çox xarakterikdir.

İnfrastrukturlar, o cümlədən bazar infrastrukturları təsadüfən meydana çıxmayıb, cəmiyyətin, insanların obyektiv tələbatı ilə, bu tələbatın daim artması qanunu ilə yaranıb və inkişaf edib. Həm də onlar xalis eynicinsli deyillər və odur ki, ictimai əmək bölgüsü qanununun fəaliyyəti ilə dərin təsnifata uğramış və müasir dövrdə də həmin meyl daim davam edir. İnfrastrukturlar cəmiyyətə, insanlara öz vacib gərəkliyinə görə yaranmış və daim təkamüldədir. Deməli, onun cəmiyyətin sosial-iqtisadi həyatında rolu və əhəmiyyəti danılmazdır. Onların müasir dövrdə də əhəmiyyəti müstəsna dərəcədə böyükdür. Kütləvi istehsal, əmtəə-pul münasibətləri, bazar yaranıb inkişaf etdikcə onlar da meydana gəlib tərəqqi yolu keçmişlər. Lakin bu gün onlar əvvəlki tarixi dövrlərlə müqayisə olunmaz dərəcədə şaxələnmiş, müasirləşmiş və çox yüksəlmişlər. Kapitalizm, bazar iqtisadiyyatı infrastrukturların tərəqqisınə xüsusi təkan vermişdir. Onların ən geniş miqyaslı şaxələri və dərin mahiyyəti müasir sivilizasiya cəmiyyəti, ölkələri onlarsız təsəvvür etmək qeyri-mümkündür. İnfrastrukturlar cəmiyyət həyatının bütün sosial münasibətlərinin mütərəqqi fəaliyyətinin ayrılmaz, zəruri tərkib hissələridir. Müasir iqtisadi inkişaf baxımından infrastruktur anlayışı dərin məzmuna malikdir. Ən ümumi mənada infrastruktur dedikdə, həm bütövlükdə iqtisadiyyatın, həm də onun ayrı-ayrı bölmələrinin normal fəaliyyəti üçün əlverişli şərait yaradan və bu məqsədə xidmət edən sahələrin məcmusu başa düşülür. İnfrastrukturun əsas cəhətlərindən biri onun fərdi yox, kollektiv və ictimai tələbatların ödənməsinə xidmət etməsidir. Bundan əlavə, iqtisadiyyatın infrastrukturu həm də ictimai təkrar istehsalın bütün fazalar: istehsal, bölgü, mübadilə və istehlak arasında qarşılıqlı əlaqələrin formalaşmasına yönəlmişdir.

Makroiqtisadi səviyyədə istehsal və sosial infrastrukturlar bir-birlərindən fərqləndirilir. İstehsal infrastrukturuna ölkənin maddi istehsalı ilə bilavasitə əlaqədar olan sahələr – elektroenergetika, rabitə, nəqliyyat, elmi-texniki informasiya və s. aid edilir. Sosial infrastruktur iş qüvvəsinin təkrar istehsalı və ölkə əhalisinin həyat fəaliyyəti üçün normal şəraitin yaradılmasına xidmət edir. Buraya tədris, səhiyyə, mədəniyyət, incəsənət,sosial təminat və s. kimi sahələr daxildirlər. Bu deyilənlərlə bərabər, iqtisadi ədəbiyyatda bütövlükdə iqtisadiyyatın konkret sahələrini xarakterizə edən infrastruktur anlayışı da işlədilir. Məsələn, nəqliyyat sahəsinin infrastrukturuna – dəmir yolları, kanallar, körpülər, tunellər və s; tədrisin infrastrukturuna – universitetlər, orta ixtisas məktəbləri və s. aid edilirlər. Bütövlükdə infrastrukturunun məzmunu haqqında deyilənləri bazar iqtisadiyyatının müstəqil quruluşu kimi fəaliyyət göstərən bazar infrastrukturu anlayışına da aid edilir. Belə ki, bazar infrastrukturu dedikdə, iqtisadiyyatın ümumi quruluşunun bazar sisteminə xidmət edən və onun fəaliyyəti üçün zəruri şərait yaradan tərkib hissəsi başa düşülür.




Yüklə 28,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin