Mikroiqtisadi səviyyədə infrastruktur Giriş



Yüklə 28,77 Kb.
səhifə1/7
tarix02.01.2022
ölçüsü28,77 Kb.
#34891
  1   2   3   4   5   6   7
Mikroiqtisadi səviyyədə infrastruktur


Mikroiqtisadi səviyyədə infrastruktur

Giriş

İnfrastrukturlar təkrar istehsalın bütün fazaları: istehsal, bölgü, mübadilə və istehlak arasında qarşılıqlı əlaqələrin formalaşmasına yönəlmişdir. İnfrastrukturlar bu fazalar içərisində başlıca olaraq maddi nemətlər istehsalı və maddi nemətlərin mübadiləsi bölgüsü üzrə fəaliyyət göstərirlər. Sosial-iqtisadi həyatın ayrı-ayrı komponentləri kimi infrastruktur özəklər də cəmiyyətin normal fəaliyyəti üçün çox gərəkli, faydalı, zəruri nemətlərdir. Svilizasiyanın müxtəlif pillələrində infrastrukturların funksional fəaliyyəti özünü əyani şəkildə təzahür etdirir. İnfrastrukturların funksional fəaliyyəti ilk növbədə onların çox şaxəliliyi, geniş dairəyə malik olmaları və daim artmaları ilə səciyyələnir. İnfrastrukturların funksional fəaliyyətində mühüm cəhətlərindən biri onun daim cəmiyyətin inkişaf səviyyəsinə uyğunluğu və mütərəqqilik meylidir. Elmitexniki tərəqqi ilə üzvi əlaqədar olaraq infrastrukturlar daim kəmiyyət artımı ilə keyfiyyətcə də daha mütərəqqi dəyişikliklərə malik olurlar. Sosial-iqtisadi həyatın böyük şaxələrinə aid olanlardan biri infrastruktur deyilən sahələr, onların məcmusudur. Bu özü də çoxsəpgili və çox istiqamətlidir. Cəmiyyət inkişaf etdikcə infrastrukturlar da geniç miqyas alır, yeniləri əmələ gəlir və bu yenilərin mikroistiqamətləri meydana çıxır. Bu mikroistiqamətlərdən də biri bazar infrastrukturudur. Çox mühüm və son vaxtlar daha çox tədqiqat obyektinə çevrilən bir problemə – bazar infrastrukturuna həsr olunmuşdur. Son illər iqtisadi ədəbiyyatda bazar infrastrukturuna və onun ayrı-ayrı elementlərinə aid olan yazılara rast gəlmək olur. Lakin iqtisadçılar və təsərrüfatçılar arasında həmin problemin bir qiymətli şərhi verilməmişdir. Onlardan bəziləri bazarın infrastrukturu və strukturu anlayışlarını qarışıq salır və nəticədə onun formalaşmasında və fəaliyyətində birmənalı olmayan izahlar meydana çıxır. Bundan başqa, bazar infrastrukturunun inkişafı ən çox onun formalaşmasından, istifadə mexanizmindən və eləcə də sərbəst bazarların qarşılıqlı fəaliyyətinin nə qədər düzgün açılmasından asılıdır.

Bununla əlaqədar olaraq, məqsəd bazar infrastrukturuna aid olan ədəbiyyatın sistemləşdirilməsi, bu sahədə çalışan müxtəlif iqtisadçıların və mütəxəssislərin fikirlərinin ümumiləşdirilməsi əsasında sərbəst bazarların təsnifatı, onların məzmun və mahiyyəti, eləcə də bazar iqtisadiyyatında onların yerinə yetirdikləri rola görə fəaliyyətlərini düzgün xarakterizə etməkdir. Məlumdur ki, infrastrukturlar təsadüfən meydana çıxmayıb, cəmiyyətin, insanların obyektiv tələbatı ilə, bu tələbatın daim artması qanunu ilə yaranıb və inkişaf edib. Həm də onlar xalis eyni cinsli deyillər və odur ki, ictimai əmək bölgüsü qanununun fəaliyyəti ilə dərin təsnifata uğramış və müasir dövrdə də həmin meyl daim davam edir.


Yüklə 28,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin