Tarazlı yanaşma prinsipi o deməkdir ki, iqtisadi hadisələr tarazlı olduğu şəraitdə,
onlarda yaranmış vəziyyətin dəyişməsi üçün daxili motivlər olmadığı vaxtda təhlil edilir.
Tarazlıqlar, onların dəyişməsinin xarakterindən asılı olaraq sabit və qeyri-sabit ola bilər
— sabit tarazlıq halında hadisənin daxili qüvvələri xarici qüvvələrin təsirini
kompensasiya edir, qeyri-sabit tarazlıq halında isə xarici qüvvələrin təsiri altında hadisə
transformasiyaya məruz qalır. Bu halda nəzərdə tutulur ki, hətta hadisədə əhəmiyyətli
dəyişikliklər də hadisənin bir tarazlıq vəziyyətindən digər tarazlıq vəziyyətinə
keçməsindən başqa bir şey deyil. Lakin bu fakt heç də o demək deyil ki, mikroiqtisadiyyat
dəyişikliklərin mümkünlüyünü inkar edir. Söhbət yalnız o haqda gedir ki, mikroiqtisadiyyat
xarici amillərin təsiri nəticəsində hadisədə baş verən dəyişikliklərin təhlili ilə kifayətlənir və
hadisədə baş verə biləcək keyfiyyət dəyişikliklərini nəzərə almır. Bu mənada mikroiqtisadi
təhlili - statik metoddur.
Dostları ilə paylaş: |