Texnologiyalar istehsal resurslarının istifadə edilməsi səmərəliliyini şərtləndirir, deməli, məsrəflərin
səviyyəsinə bilavasitə təsir göstərir. Yeni texnologiyalara keçid nemət istehsalına resursların xüsusi
çəki məsrəflərinin azalmasında ifadə oluna bilər, həm də istehsala daha azqiymətli və deməli,
daha ujuz istehsal resusrlarının jəlb edilməsilə müşayiət oluna bilər.
Nemət əvəzedijilərinin qiymətləri verilmiş nemətin təklifinin dəyişməsinə bu mənada təsir göstərir ki,
onlar istehsalın gəlirlilik səviyyəsinə təsir etməklə istehsalçı üçün bazara məhz bu nemətin göndərilməsi
jəlbedijiliyini dəyişdirir. Əgər mineral suya qiymətlər yüksələrsə, onda sərinləşdiriji içkilərin istehsalçıları
onlardakı mövjud istehsal güjləri şəraitində mineral suyun təklifini genişləndirər və meyvə suyunun
təklifini ixtisar edərlər.
Bazarda fəaliyyət göstərən istehsalçıların sayı nemətin hər bir verilmiş qiymət səviyyəsi
zamanı nemət təklifinin məjmu həjmində özünü göstərir. Bazara neməti göndərən
istehsalçıların sayı nə qədər çox olarsa bazar təklifi bir o qədər böyük olar və əksinə. Bu, bazar
təklifi əyrisinin müvafiq yerdəyişməsində ifadə olunar.
Dostları ilə paylaş: |