Sabit (dəyişməz) miqyas effekti onda ifadə olunur ki, buraxılış həjmi amillərin məsrəflərinin nisbətilə eyni
nisbətdə dəyişir: f(aX) = af(X) (şəkil 1, a). Amillərin iki dəfə K=2; L=2 -dən K=4; L=4 -ə qədər artması
zamanı buraxılış həjmi də Q1= 50 - dən Q2 = 100 -ə dək iki dəfə artmışdır. Amillərin miqdarının növbəti
iki dəfə artması (K = 8; L = 8) zamanı buraxılış da həmçinin iki dəfə artdı, Q2 = 100 -dən Q3 = 200 -
ə qədər.
Miqyasın müsbət (artan) effekti onda ifadə olunur ki, buraxılış həjmi amillərin məsrəflərinə nisbətən
böyük nisbətdə artır: f(aX)(şəkil 1, b). Amillərin iki dəfə: K= 2; L = 2 –dən K = 4; L = 4-ə
qədər artan zaman buraxılış həjmi üç dəfə Q1
= 50 -dən Q3 = 150 -dək artmışdır. Buraxılışın (Q = 100) iki dəfə artımına amillərin ən azı iki dəfə artması
(K = 3; L = 3) zamanı nail olunur. Onlar arasında əvvəlki nisbətin saxlanması zamanı amillərin iki dəfə
növbəti artması (K = 6; L = 6) habelə məhsulun iki dəfədən çox (Q2 = 100 -dən Q5= 280 -dək)
yüksəlməsini verir.
Şəkil.1 Miqyas effekti.
a)sabit b) artan v) azalmaqada olan
Mənfi (aşağı düşməkdə olan) miqyas effekti onda ifadə olunur ki, buraxılış həjmi amillərin məsrəflərinə
nisbətən az nisbətdə artır: f(aX) > af(X) (şəkil .1c). Amillərin 2 dəfə K = 2; L = 2-dən K = 4; L = 4 -ə
qədər artması zamanı buraxılış həjmi iki dəfədən az olaraq Q göründüyü kimi, buraxılışın həjminin (Q1 =
50 -dən Q2 = 75 -ə
30
qədər artmışdır. Şəkildən
göründüyü kim, buraxılışın həcminin(
Q 3=100) iki dəfə
artması üçün amillərin miqdarını iki dəfə yarım (K = 5; L = 5) artırmaq zəruridir.
Miqyasdan verimin artmasına səbəb olan amillər: həjm amilinin fəaliyyəti – boru kəmərinin kəsişməsinin iki dəfə
artması vaxt vahidində vurulan mayenin həjminin iki dəfədən çox artmasını verəjək; daha dərin
ixtisaslaşma nətijəsində məhsuldarlığın artması; yeni texnologiya və texnikanın tətbiqi üçün böyük imkanlar;
güjlərin daha tam yüklənməsi; idarəetmədə ixtisaslaşma. Miqyasdan verimin artmasını əks etdirən amillər:
qəza halının artması və dar yerlərin meydana gəlməsi; idarəetmə və koordinasiya çətinliklərinin artması; satış
üzrə nəqliyyat xərjləri və məsrəflərinin artması; inzibati xərjlərin artması.