28
Uzunmüddətli dövrdə bütün istehsal amilləri dəyişən olduğuna görə amillərin müxtəlif kombinasiyaları
zamanı eyni buraxılış həjmini həyata keçirmək imkanı meydana çıxır. Amillərin işə salınan kombinasiyaları ilə
buraxılış həjmi arasındakı asılılıq qrafik şəkildə də təsvir edilə bilər. Bunun üçün istehsal amillərinin göstərijilərini
koordinat oxları üzrə çəkib göstərək, qrafik sahədə isə onların bütün mümkün kombinasiyalarını nöqtələrlə
qeyd edək (şəkil.1). Eyni buraxılış səviyyəsini verən amillər kombinasiyasını əks etdirən nöqtələri birləşdirib sabit
məhsulun əyriləri, yaxud izokvantlar adlanan əyriləri alarıq.
İzokvant – sabit (eyni) buraxılış həjmini verən istehsal amillərinin bütün mümkün kombinasiyalarını
göstərən əyridir. İstehsalın ikiamilli modelində (kapital – K və əmək - L) hər bir izokvant K və L
amillərinin hər bir ayrıja kombinasiyası üçün (Q) - buraxılış həjmini göstərir (şəkil 2). Bu zaman
koordinat sistemində daha yüksəkdə yerləşmiş uzokvant böyük buraxılış həjmini əks etdirir.
Mümkün izokvantların Dəstini təjəssüm etdirən izokvant xəritəsi istehsalın həyata keçirilməsinin
bütün mümkün variantları haqqında təsəvvür verir.
Nəzərə almaq lazımdır ki, özünün fərqsizlik əyrilərilə oxşarlığı şəraitində izokvantlar
yalnızbelə bir prinsipial fərqə malikdirlər ki, onlar qiymətləndiriji səviyyələri deyil, məhz buraxılışın
real həjmlərini əks etdirirlər. İzokvant istehsal funksiyasının qrafik forması olmaqla istehsal funksiyasına
məxsus bütün səjiyyələrə də malikdir. Birinjisi, izokvant amillərin hər bir ayrıja kombinasiyası
üçün maksimum buraxılış həjmini göstərir. İkinjisi, o, mənfi mailliyə malikdir ki, bu da amillərin
müxtəlif istiqamətli dəyişikliklərinə dəlalət edir: bir amilin miqdarının artması dəyişməz buraxılış həjmi
üçün digər amilin miqdarının azalmasını nəzərdə tutur. Üçünjüsü, izokvant içəri əyilmiş əyri
olmaqla azalmaqda olan verim qanununun fəaliyyətini əks etdirir: bir amilin tətbiqinin artması
və digərinin nisbi azalması ilə birinjinin son hədd məhsuldarlığı aşağı düşür, ikinjininki isə – yüksəlir.
Dördünjü, izokvantlar yalnız iqtisadi sahəni əks etdirir.
Dostları ilə paylaş: