İstehsal amillərinin dəyişməsi imkanlarının öz məhdudiyyətləri var. Xammal və əmək resurslarının
miqdarını dəyişmək çətin deyildir. Lakin kapital amillərinin (istehsal güjləri) eyni vaxt intervalı
çərçivəsində dəyişməsi çətindir və ya mümkün deyildir. Buna görə də amillərin buraxılış həjminə
təsirini tədqiq etmək üçün qısamüddətli və uzunmüddətli dövrlər anlayışları istifadə olunur, bütün
26
Ondan başqa, çox uzun dövr anlayışından istifadə olunur ki, bu anlayış altında texnologiyanın
dəyişməsi üçün kifayət edən vaxt intervalı başa düşülür. Aşağıdakı vəziyyətə diqqət yetirmək zəruridir:
baxmayaraq ki, qısamüddətli və uzunmüddətli dövrlərin təyini vaxtla əlaqədardır, onların iqtisadi
məzmunu vaxt parametrlərilə deyil, istehsalın strukturundakı real dəyişikliklərlə şərtlənmişdir.
Buna görə də müxtəlif istehsalların texnoloci xüsusiyyətləri sayəsində qısamüddətli və ya
uzunmüddətli dövrlərin vaxt çərçivələri onlardan hər biri üçün hədsiz fərqlənə bilər.
Dostları ilə paylaş: