Qeyri-maliyyə aktivləri neçə qrupa bölünür və hansılardır?
Qeyri-maliyyə aktivləri də iki yerə bölünür:
istehsalın məhsulu olan qeyri-maliyyə aktivləri;
istehsalın məhsulu olmayan qeyri-maliyyə aktivləri.
İstehsalın məhsulu olan qeyri-maliyyə aktivləri neçə qrupa bölünür və hansılardır?
İstehsalın məhsulu olan qeyri-maliyyə aktivləri aşağıdakı kimi təsnifləşdirilir:
istehsalın məhsulu olan maddi aktivlər;
istehsalın məhsulu olan qeyri-maddi aktivlər.
İstehsalın məhsulu olan maddi aktivlər neçə qrupa bölünür və hansılardır?
İstehsalın məhsulu olan maddi aktivlərə aşağıdakılar daxildir:
əsas fondlar.
maddi dövriyyə vəsaitləri ehtiyatları;
qiymətlilər.
Əsas fondlar neçə qrupa bölünür və hansılardır?
Maddi əsas fondlar hansılardır?
Qeyri-maddi əsas fondlar hansılardır?
. Əsas fondların özləri də iki yerə bölünür: a) maddi əsas fondlar (yaşayış və digər bina və qurğular, maşın və avadanlıqlar, becərilən və ya yetişdirilən aktivlər (kənd təsərrüfatında cins məhsuldar və iş heyvanları, bar verən bağlar, üzümlüklər və uzun müddət məhsul verən digər çoxillik əkmələr); b) qeyri-maddi əsas fondlar (faydalı qazıntı yataqlarının kəşfiyyatı, EHM-in proqram təminatı, əyləncəli janr, ədəbiyyat və incəsənət əsərlərinin orijinalları, digər qeyri-maddi əsas fondlar);
Dostları ilə paylaş: |