Мир культуры



Yüklə 67,67 Kb.
Pdf görüntüsü
tarix05.05.2017
ölçüsü67,67 Kb.
#16748

 

63

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXIIII buraxılış, Bakı, 2012 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХIII выпуск, Баку, 2012 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХIII edition, Baku, 2012 

 

 

 



UOT 792.03 

Gülnarə Məmmədova  

Azərbaycan Dövlət Mədəniyyət və 

 İncəsənət Universitetinin müəllimi  

AZ – 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 9 

 E-mail: 

gulnara-mamedova@mail.ru

  

 

 



 

QOQOL VƏ AZƏRBAYCAN TƏNQİDİ REALİZMİNİN NÜMAYƏNDƏLƏRİ 

 

 

 

Хцлася:  Тягдим  олунан  мягалядя  Н.В.Гоголун  йарадыъылыьы,  хцсусилядя 

«Мцфяттиш»  ясяри  тящлил  едилир.  Мцяллиф  Азярбайъан  вя  Русийа  ядябиййатынын  тянгиди 

реализм нцмайяндяляринин ялагяляриндян мисаллар чякир.  

Ачар сюзляр: сянятшцнаслыг, театршцнаслыг, тянгиди реализм, Азярбайъан 

  

  

Əvvəl  Şərqdə  başlamış  sonra  isə  300  il  Qərbi  Avropada  davam  edən  intibah 

dövri Rusiyada təkçə bir əsr ərzində - XIX əsrdə formalaşmışdır. Görkəmli alim-filoloq 

Məmməd  Cəfər  yazır:  “  XIX  əsrdə  İngiltərədə  -  Bayron,  Şelli,  Fransada  –  Hüqo,  Jorj 

Sand,  Balzak,  Stendal,  Flober,  Almaniyada  -  Höte,  Heyne  kimi  böyük  söz  ustaları 

yetişdiyi kimi, Rusiyada da Puşkin, Lermontov, Qoqol, Hertsen, Belinski, Çernışevski, 

Dobrolübov,  Qonçarov,  Nekrasov,  Saltıkov-Şedrin,  Turgenev,  Dostoyevski,  Tolstoy, 

Çexov  kimi  bütün  bəşəriyyət  üçün  əhəmiyyətli  olan  mütəfəkkir  yazıçılar  yetişmişdi.” 

 

 



Dünya  klassik  ədəbiyyatının  ən  görkəmli  simalarından  olan  Nikolay 

Vasilyeviç  Qoqol  böyük  sənətkar  və  dahi  söz  ustasıdır.  Puşkinlə  yanaşı  rus 

ədəbiyyatının qüdrətini qat-qat artırmiş, şöhrətini dünyaya yaymışdır.   

XIX  əsr  rus  ədəbi  tarixində  iki  tendensiya  nəzərə  çarpırdı  :  Puşkin  və  Qoqol 

istiqaməti.  Qoqol  istiqaməti  Belinskinin  məqalələrində,  Çernışevskinin  bu  istiqamətə 

olan  münasibətində  təsdiqlənir,  sonralar  isə  Dostoyevski  “Biz  hamımız  Qoqolun 

“Şinel”indən çıxmışıq” məşhur kəlməsilə bu istiqamətin həlledici olduğunun sübut edir. 

Realizmin  axtarışlarında  yazıçı  özünəməxsus  yollarla  irəliləyir.  Qoqol  realizmə 

romantizmin cığırları ilə qovuşur və bununla da yaradıcılığının kamillik zirvəsinə ucalır. 

Belə  faktla  biz  tək  XIX  əsrin  (Puşkin,  Lermontov,  Qoqol)  yox,  XX  əsr  yazarlarının 

ədəbi fəaliyyətlərində də da rast gəlirik. Buna misal M.Qorki, M.Bulqakov, O.Dovjenko 

və  başqalarının  adlarını  çəkmək  olar.  Qoqol  romantizmi  mistik  romantizmdir.  Bu  cür 

romantizmə sonralar M. Bulqakov da müraciət edəcək. Təbii ki, bu bir ayrı mövzudur. 


 

64

Qoqolun  əsərləri  həqiqətliyi  ilə  heyrətləndirir,  realizminin  qüdrəti  ilə  oxucunun, 



tədqiqatçının diqqətini cəlb edir. “Müfəttiş,” ”Ölü canlar”, kimi əsərlərində təhkimçilik 

sisteminin,  pul  ehtirasının  insanlara  təsirini,  fırıldaqçı  məmurların  gülünclüyünü 

qüdrətli qələmilə açıb göstərə bilir.  

Qoqolun  yaradıcılığı  rəngarəngdir.  Əsərlərində  kəskin  kinayə  ilə  mülayim 

yumorun,  təsdiqedici  romantika  ilə  satiranın  vəhdəti  müşahidə  olunur.  Bir  tərəfdən 

“Şinel”, “Müfəttiş” və s. realist, satirik planda yazılmış əsərlər, digər tərəfdən romantik 

qəhrəmanlıq  istiqamətində  yazılmiş  “Taras  Bulba,”  Ukrayna  xalqının  həyatından  bəhs 

edən  “Dikanka  yaxınlığında  xutorda  axşamlar”  və  s.əsərlərində  bu  rəngarənglik  aydın 

görünür. Məlum məsələdir ki, Qoqol ədəbi yaradıcılığına romantik kimi başlayıb. Hətta 

fantastik əsərlərini elə yazıb ki, sanki olanlar gerçək həyatda baş verir. Məhz Qoqol ilk 

dəfə  Rusiyanın  mülkədar-məmur  qəzalarını,  “xırda  insan”-  Peterburq  güşələrinin 

sakinlərini təsvir etmişdir. Hələ gənc yaşlarından dramaturgiya və teatrla maraqlansa da 

dram əsərlərini artıq  özünü nasir  kimi  təsdiq  etdikdən  sonra  yazmağa  başlayır.  Məlum 

olur  ki,  “Müfəttiş”  komediyasına  qədər  o,  “Üçüncü  dərəcə  Vladimir  ordeni”  və  “Ev-

lənmə”  əsərlərini  qələmə alır.  Lakin  Qoqol  dedikdə  dərhal “Müfəttiş”  yada  düşür.  Bu-

nunla  da,  Puşkin  poeziyada  dönüş  yaratdığı  kimi,  “Müfəttiş”  əsəridə  XIX  əsrin  əv-

vəllərində  ədəbiyyatda  dönüş  yarada  bilmişdir.  Yeri  gəlmişkən  demək  lazımdır  ki, 

komediyanın süjetini Nikolay Vasilyeviçə Puşkin təqdim etmişdir. 1835-ci ildə pyes ya-

zılır, 1836-cı ildə isə Peterburqda – Aleksandriyski teatrda əsərin premyerası oynanılır. 

İmperator  I  Nikolay  tamaşaçı  qismində  zalda  komediyanı  seyr  edir  və  ürəkdən  gülür. 

Tamaşadan  sonra  o,  deyir:  “Əcəb  pyesdir,  burada  haminin  payı  var,  mənim  payıma 

düşən isə daha çoxdur”. Qoqoldan sonra onun realizmini davam etdirən onlarca böyük 

sənətkar  yetişir.  Lakin  XIX  əsr  rus  dramaturgiyası  zirvə  nöqtəsinə  A.  Ostrovskinin 

yaradıcılığı  ilə  çatsa  da,  əsası  Qoqolun  əsərlərilə  qoyulmuşdur.  Qoqolun  yaradıcılıq 

taleyi də çox uğurlu alınmışdır. Əsərləri demək olar ki, hələ həyatda olarkən nəşr edilir, 

heç  bir  tənqidə  məruz  qalmır.  Dövrünün  birinci  peşəkar  yazıçısı  kimi  tanınır.Ukrayna 

həyatını tərənnüm edən Qoqol əsərlərini rus dilində yazsa da, Ukrayna xalqı onu sevir, 

öz milli yazıçıları adlandırırlar. Qoqolun bir yazıçı kimi ustalığı onda idi ki, cəmiyyətin 

mənfi  cəhətlərini  özünəməxsus  yumorla  oxucuya  çatdırır  və  gülüş  doğuran  bu  yumor 

çox  fərqli  yumor  idi.  Çünki  bu  gülüş  göz  yaşları  ilə nəticələnir.  Daha  doğrusu,  bu  göz 

yaşlarında  boğulan  gülüşdür.  Əsrlər  boyu  cəmiyyəti  sarsıldan  rüşvətxorluq  sindromu 

söz ustası tərəfindən elə incələnmişdir ki, əsər bu günə qədər öz aktuallığını itirməmişdi. 

İstər  Azərbaycan  tənqidi  realizmi,  istərsə  də  rus  realizmi  demək  olar  ki,  eyni 

ruhda  inkişaf  etmişdir.  Lakin hər  iki realizmin müəyyən  spesifik  cəhətləri  mövcud  idi. 

Bu  baxımdan  Qoqol  irsi  Azərbaycan  yazıçılarının  yaradıcılıqlarına  kifayət  qədər  təsir 

edə bilmişdir. Azərbaycan tənqidi fikrinin tanınmış simalarından olan Kamal Talıbzadə 

yazır  ki,  Rusiyanın  mühüm  ədəbi  hadisələrini  izləyən  böyük  realist  Mirzə  Fətəli 

Axundov  Qafqaza  sürgün  edilmiş  dekabristlərlə,  rus  yazıçıları  ilə  də  yaxınlıq  edirdi. 

Buradaca  C.Cəfərova  istinad  edərək  deyir:  “M.F.Axundovun  dramaturgiya  sahəsində 

nəzəri  fikirləri  1840-cı  ilin  ortalarından  başlayaraq  tədricən  inkişaf  etmişdir... 

Axundovun  teatrla  bilavasitə  tanışlığı  buradan  başlamışdı.  O,  Tiflis  səhnəsində  dünya 

repertuarının bir cox əsərlərini görmək imkanı əldə edə bilmiş və qəti güman etmək olar 

ki,  rus  və  qərbi  Avropa  dramaturqlarının  –Qriboyedov,  Qoqol,  Ostrovski,  Şekspir, 

Molyer  və  b.  əsərlərilə  Tiflis  teatrında  tanış  olmuşdur”.  Təbii  ki,  K.  Talıbzadə  ilə 

razilaşmaq olar. Lakin “qəti güman etmək” fikri bir az düşündürücüdür: ya qəti bilmək 

olar,  ya  da  ki,  sadəcə,  güman  etmək?!  Eyni  zamanda  tənqidci  çox  gözəl  qeyd  edir  ki, 

Qoqol  ilə  Axundov  arasında  yaxınlıq  birinci  növbədə,  hər  iki  sənətkarın  ədəbi 

görüşlərində,  sənətə  baxışlarında  özünü  göstərməkdə  idi.  Hər  iki  sənətkar  gülüşdən 



 

65

düzgün  istifadə  etmişdilər.  Onların  gülüşü  əyləncə  xarakterli  deyil,  cəmiyyətdə  olan 



nöqsanlara  ünvanlanmış  gülüşdür.  Maraqlı  faktdır  ki,  belə  tendensiya  Sabir,  Ə. 

Haqverdiyev, C.Məmmədquluzadə yaradıcılıqlarında da izlənilir.  

1912-ci 

ildə 


Abbas  Səhhət  “Sınıq  saz”  şerlər  kitabçasında  çap  etdirdiyi  “Sabir”  adlı  şerində  ölməz 

satirikı  öz  xalqının  tərcümanı  adlandırır,  sənətinin  gücünün  böyüklüyünü  yad  edərkən 

Qoqolu, Hüqonu xatırladığını deyir: 

 

 



 

 

 



   

  

Sabir, ey aləmi – xəlqə tərcüman!   



 

 

 



 

Ey hər anda kasə - kasə zəhr udan!  

 

 

 



 

Ey qoca bir qövmə ağlarkən gülən,  

 

 

 



 

Naləsilə xalqı dağlarkən gülən, 

 

 

 



 

 

Şeirdə tərhi – növ icad eylədin, 



 

 

 



 

 

Qoqolu, Hüqoları yad eylədin. 



 

 

Burdan  belə  nəticəyə  gəlmək  olar  ki,  Qoqolun  nüfuzu  yazıçı  kimi  Azərbaycan 



ədəbiyyatında  kifayət  qədər  böyük  olub  və  dahi  fransız  yazıçısı  Hüqo  ilə  yanaşı  yad 

edilib.  Qoqol  yaradıcılığı  haqqında  Azərbaycanın  görkəmli  tənqidçilərinin  yazılarılə 

tanış  olduqda  Mir  Cəlalın 1952-ci  ildə  yazdığı  bir  fikiri  qeyd  etmək  istərdik.  O,  yazır: 

”Biz  “Müfəttiş”  komediyasına  baxanda,  “Aldanmış  kəvakib  “  dəki  şah  və  vəzirləri, 

“Ölülər”dəki  Şeyx  və  hacıları,  Xudayarbəyləri  daha  yaxşı  başa  düşür,  onların  Vətənə, 

xalqa etdiyi hədsiz zülm və əziyyəti aydın görür, qəzəb və nifrətimizi daha da artırırıq”. 

Mir  Cəlal  onuda  vurğulayır  ki,  öz  romanlarında  da  Qoqol  satirasından,  zülmə  nifrət 

doğuran tənqidi gülüsündən istifadə etmişdir. 

 

 

XX əsr realistləri içərisində Qoqol yaradıcılığından təsirlənən yazıçılardan biri də 



C.  Məmmədquluzadə  olmuşdur.  O,  1909–cu  ildə  “Molla  Nəsrəddin”  jurnalının  14-cü 

sayında “Qoqol” adlı məqaləsində Qoqol yaradıcılığına yüksək qiymət verir. H.Orucəli 

Mirzə  Cəlilin  məqalələrini  təhlil  edərkən  xatırladır  ki,  Məmmədquluzadə  belə  yazırdı: 

“Ey, müsəlman qardaşlar, 100 il bundan qabaq Rusiyada bir şəxs olub və rus məmurları 

barəsində elə bir komediya yazıb ki, onu indi də adam oxuyanda elə bilir ki, Naxçıvana, 

Şuşaya  və  bütün  Qafqaz  kəndlərinə  və  balaca  şəhərlərə  hökümət  tərəfindən  “revizor” 

gəlir”.  Deməli,  Azərbaycan  tənqidi  realizminin  görkəmli  nümayəndələrindən  olan  C. 

Məmmədquluzadə Qoqol irsinə biganə qalmır və onu realist yazıçı kimi qəbul edir. Hər 

iki  ədibin  yaratdığı  süjet  və  obrazlarda  bəzi  halda  bir  bənzərlik  duyulur.  Misal  üçün, 

“Ölülər”  və  “Müfəttiş”,  “Qurbanəli  bəy”  və  “Kolyaska” əsərləri.  C.  Məmmədquluzadə 

“Qurbanəli bəy” hekayəsini “Qoqol, Allah sənə rəhmət eləsin” epiqrafı ilə başlayır. Hər 

iki hekayənin  tənqid hədəfi  eynidir.  “Müfəttiş”  və  “Ölülər”  əsərlərinə  gəldikdə isə hər 

iki  əsərdən məlum  olur  ki, hadisələr  bir  qəza  şəhərində  baş  verir.  Baş  qəhrəmanlardan 

savayı  onların  ətrafında  verilən  digər  obrazlar  da  hər  iki  komediyada  məharətlə  təsvir 

olunublar.  Belə  fikirləşirik  ki,  Mirzə  Cəlil  hələ  oyanmamış  milli  təfəkkürü  çox  gözəl 

gostərir,  bu  vasitə  ilə  insanları  “qəflət  yuxusundan”  oyatmağa  çalışır,  sadə  insanı  dü-

şüncəli,  qürurlu  görmək  istəyir.  O,  bütün  varlığı  ilə  koləliyə,  yaltaqlığa,  insan  şəx-

siyyətinin alçalmasına nifrət edir və bu nifrəti öz xalqında oyatmağa nail olmaq istəyir. 

Iki  dahi  sənətkar  arasında  bu  uyğunluq  dövrlərinin  tarixi  şəraitindən  də  irəli  gəlirdi. 

Məlum  məsələdir  ki,  Azərbaycan  Gülüstan,  Türkmənçay  “faciələrindən”  sonra 

Rusiyanın müstəmləkəsinə çevrilir. Rusiyada baş verən istər siyasi, istər iqtisadi, istərsə 

də  mədəni  hadisələr  dərhal  Azərbaycanda  rezonans  verir  və  bu  da  maarifçilərin  diq-

qətini  cəlb  edir.  Mövzudan kənar  olsa  da,  düşündürücü  məsələlərdən  biri  də  budur  ki, 

görəsən ruslar bir az ləngisəydi və Azərbaycanın karbohidrat resurslarına digər Avropa 

dövləti  daha  erkən  yetişsəydi  nələr  baş  verərdi?  Tarixı  necə  inkişaf  edərdi?  Lakin 

danılmaz  faktır  ki,  Azərbaycanın  sivil  dünya  ilə  ilişkilərinin  qurulmasında  Rusiyanın 



 

66

rolu  müstəsnadır.  Beləliklə,  bir  müstəmləkəyə  çevrilmiş  ölkənin  xalqının ürəyini hansı 



yollarla azadlıq eşqilə doldurmaq olardı? Sözsüz ki, C. Məmmədquluzadə başa düşür ki, 

alman filosoflarının, fransız, ingilis yazıçılarının fikir və əsərlərilə aparılan müqayisələr 

bu  biçarə  adamların  düşüncələrində  hec  bir  şey  oyatmaz.  Çünki,  azdan-çoxdan  rus 

zadəganları ilə ,rus teatrı ilə üzləşmiş bu insanlar belə paralellərə daha alışqandılar. Bu 

baxımdan C. Məmmədquluzadənin “Qurbanəlibəy” və Qoqolun “Kolyaska” əsərlərində 

oxşar süjet xətti izlənilir. Bəzi halda obrazın daxili aləmini, xarakterini daha mükəmməl 

açıqlamaq  üçün  əsərdə  rus  ifadələri  də  işlədilir.  Məsələn,  Qurbanəlibəyin  pristavın 

həyətində  “malades  sabaq”  sözünü  işlətməsi  bu  insanın  tam  iç  üzünün  necə  olduğubu 

oxucuya çatdırır və o dövrün oxucusuna bu tipli əsərlər daha anlaşıqlı idi. Rusiyada 30-

40-cı  illərdə  içtimai-siyasi  vəziyyət  çox  gərgin  idi.  Bu  vəziyyətdə  Qoqol  “revizor”  un 

gəlməsilə  olan  bütün  haqsızlıqları,  eybəcərliklərı  gülüş  vasitəsilə  xalqa  çatdırmaq 

istəmişdi.  C.  Məmmədquluzadə  isə  Azərbaycanda  Şeyx  Nəsrullah  kimi  “din  xadim-

lərinin”  sayəsində  hökm  sürən  dini  mövhumat  şəraitində  din  vasitəsilə  öz  çirkin  niy-

yətlərini  həyata  keçirmək  istəyən,  sadəlöhv  insanları  aldadıb,  onların  var-dövlətini 

əlindən  alıb,  onların  hisslərilə  oynayan  fırıldaqçı  “mollaları”  ifşa  edə  bilir,  insanlara 

belə  fırıldaqçıları tanıtmaq istəyir.  “Mufəttiş”  komediyası,  şübhəsiz,  XIX əsr  Rus ədə-

biyyatında  bir  yenilik  idi.  Bu  dövrə  qədər  yazılan  dram əsərlərində müxtəlif  xarakterli 

obrazlar  mövcud  olmuşdur.  Yəni,  bu  obrazlar  asanlıqla  mənfi  və  müsbət  personajlara 

ayrılırdılar. Bu əsər onunla fərqlənirdi ki, burada bir nəfər də müsbət obraz yox idi. Ye-

ganə müsbət olansa gülüş idi. Oxucunun təsəvvüründə və ya tamaşaçı qarşısında Qoqol 

epoxasının  panoramı  açılır,  nəhəng  bürokratik  mexanizmin  daxilində  bu  mexanizmi 

hərəkətə gətirən məmur obrazlarının qalereyası canlanır. Qeyd etmək lazımdır ki, Qoqol 

personajlarına  düşünülmüş  soy  adları  verir,  sonra  isə  bu  adlar  (Xlestakov,  Dobçinski, 

Bobçınski  Manilov,  Sobakeviç  və  b.)  Rusiyada  ümümiləşdirilmiş  adlara  çevrilirlər. 

Müəllif  bir-iki  ştrixin  (danışığı,  davranışı  və  s.)  vasitəsilə  təsəvvürümüzdə  tipik  surət 

canlandırır,  obrazın  xarakteri,  sosial  vəziyyəti,  peşəsi,  onun  fərdi  xüsusiyyətləri 

rahatlıqla tamaşaçıya bəlli olur.Biz komediyanin tam təhlilinə varmaq fikrində deyilik. 

Lakin  əsərdən  bir  balaca  epizodu  yada  salmaq  istərdik.Əyalət  şəhərində  başına  gələn 

macəraları  təfsilatı  ilə  dostuna  xəbər  verən  Xlestakov  Peterburqa  məktubda  yazır: 

”...şəhər  rəisi  axta  at  kimi  axmaqdır,  poçt  müdiri  əclafdır,  araq  içəndir...  Xeyriyyə 

müəssisələri  rəisi  elə  bil  başına  araqçın  qoymuş  donuzdur...  Məktəblər  müdiri  başdan 

ayağa  soğan  iyi  verir...  Məhkəmə  sədri  çox  murdar  adamdır.  Doğrusu,  bu  cür  həyat 

cansıxıcıdır.”  Ədib  bir  qəza  şəhərinin  təsvirində  bütöv  bir  Rusiyanı  nəzərdə  tutur, 

“cansıxıcı həyatı”da Rusiyaya aid edir. Xlestakov surətinə gəlincə, Qoqol yazır ki, Xles-

takov  “müxtəlif  rus  xarakterlərində  çox  dağınıq  halda  olan,  lakin  burada,  komediyada 

təsadüfi  olaraq,  bir  simada  birləşən,  təbiətdə  isə  daha  tez-tez  rast  gəlinən  bir  tip 

olmalıdır; hər  kəs,  bir neçə  dəqiqə  olmasa da,  bir  dəqiqə  Xlestakov  olmuş  və  ya  olur, 

lakin  təbiidir  ki,  bunu  etiraf  etmək  istəmir;  o  hətta  bu  faktı  lağa  qoyub  gülməkdən  də 

xoşlanır,  ancaq  əlbəttə  ki,  özünü  deyil,  başqasını  məsxərəyə  qoyub  gülür.  Mahir  bir 

qvardiya  zabiti  də  bəzən  Xlestakov  ola  bilər,  bəzən  dövlət  xadimi  də  Xlestakov  ola 

bilər,  sənətdaşlarımızdan  bir müqəssir  ədəbiyyatçı  da  arabir  Xlestakov  ola  bilər.  Uzun 

sözün  qısası,  çox  az  adam  tapılar  ki,  ömründə  heç  olmasa  bir  dəfə  Xlestakov 

olmasın...”. Əsər “lal səhnə” ilə tamamlanır. Bu da müəllifin öz personajlarına qurduğu 

məhkəmədir. “Lal səhnə” tamaşaçıların gurultulu qəhqəhələri altında “dilə gələndə” şə-

hər  rəisi  Dmuxanovski  irəli  çıxıb  ancaq  bu  sözləri  deyir:  ”Nəyə  gülürsünüz?  Kimə 

gülürsünüz?  Axı  siz  özünüzə  gülürsünüz!”  Ən  dəhşətlisi  də  bu  idi  ki,  Qoqolun  əsər-

lərində Rusiya özünə gülürdü. 


 

67

“Müfəttiş” hələ XIX əsrin axırlarında Azərbaycan dilinə tərcümə edilmiş və uzun 



müddət  müvəffəqiyyətlə  səhnəmizdə  oynanılmışdır.  Elə  bir  o  faktı  qeyd  etmək 

kifayətdir  ki,  neçə  illər  müddətində,  ardıcıl  olaraq  1896,  1902,  1906,  1908,  1912  və 

1915-ci illərdə, N.V.Qoqolun “Müfəttiş” komediyası düz 6 dəfə tamaşaya qoyulmuşdur. 

Sonuncu  quruluşu  verərkən  Azərbaycan  aktyor  və  rejissor  sənətinin  birincisi  Hüseyn 

Ərəblinski  özü  də  Xlestakov  rolunda  çıxış  etmişdi  və  milliyyətcə  rus  olan  rejjisor 

S.İ.Valentinovun bu tamaşasının 1906-cı il quruluşunda buraxdığı səhvlərdən qaçmağa 

çalışmışdı, realist və doğruçu bir tamaşa ərsəyə gətirməyə müvəffəq olmuşdur.  

Günü  bu  günəcən  əsər  yaşayır  və  öz  əhəmiyyətini  itirməyib.  İstər  Rusiyanin 

istərsə də Azərbaycanın aparıcı teatrları bu komediyaya müraciət edir. Hətta Rusiyanın 

bəzi teatrları “Müfəttiş” komediyasını yeni interpritasiyada da təqdim etmişdilər. Bu da 

maraqlı yanaşmadır.  

 

 



Ə

dəbiyyat

 

1.



 

Cəfər M. XIX əsr Rus ədəbiyyatı. 1-ci hissə, Bakı, Maarif, 1970; 

2.

 

Пропп В. Проблемы комизма и смеха. М., 1985; 



3.

 

Talıbzadə K. Qoqol və Azərbaycan ədəbiyyatı. “İnqilab və mədəniyyət,” jurn. 1952, N 2; 



4.

 

Talıbzadə K. Qoqol realizmi və klassik Azərbaycan yazıçıları. “ Azərbaycan məktəbi” jurn. 1952, N3; 



5.

 

Orucəli H. Qoqol və Azərbaycan ədəbi tənqidi. “ Ədəbiyyat qəzeti”, 1952, 5/ııı, № 7; 



 

 

Гюльнара Мамедова

 

Гоголь

 и представители критичиского-реализма Азербайджана 

Резюме

 

 

В статье анализируется творчество Н. В. Гоголя, в частности, комедия «Ревизор», a также го-

ворится о литературных связах азербайджанского и русского народов на примере писателей критиче-

ского реализма.  



Ключевые слова: искусствоведение, театроведение, критический реализм, Азербайджан

 

  



 

Gulnara Mamedova  

Gogol and Azerbaijani writers of critical realism 

Summary 

 

The activity of Gogol, especially “Inspector” comedy is analyzed in the article. At the same time the 



article highlights the influence of Gogol’s works on the activity of Russian and Аzerbaijani writers of critical 

realism. 



Keywords: the history of art, theatre studies, critical realism, Azerbaijan  

 

 



Məqalənin redaksiyaya daxil olma tarixi: 10.04.2012 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 17.04.2012 

Məqalənin çapa qəbul olunma tarixi:15.05.2012 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: sənətşünaslıq üzrə fəlsəfə doktoru, 

dosent Gülşən Həmidova  



ADMİU

-nun Elmi Şurasının 01 iyun 2012-ci il, 8 saylı qərarı ilə çap olunur. 

 

  

 



 

Yüklə 67,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin