63
MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nəzəri məcmuə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXIIII buraxılış, Bakı, 2012
МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
ХХIII выпуск, Баку, 2012
THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, ХХIII edition, Baku, 2012
UOT 792.03
Gülnarə Məmmədova
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin müəllimi
AZ – 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 9
E-mail:
gulnara-mamedova@mail.ru
QOQOL VƏ AZƏRBAYCAN TƏNQİDİ REALİZMİNİN NÜMAYƏNDƏLƏRİ
Хцлася: Тягдим олунан мягалядя Н.В.Гоголун йарадыъылыьы, хцсусилядя
«Мцфяттиш» ясяри тящлил едилир. Мцяллиф Азярбайъан вя Русийа ядябиййатынын тянгиди
реализм нцмайяндяляринин ялагяляриндян мисаллар чякир.
Ачар сюзляр: сянятшцнаслыг, театршцнаслыг, тянгиди реализм, Азярбайъан
Əvvəl Şərqdə başlamış sonra isə 300 il Qərbi Avropada davam edən intibah
dövri Rusiyada təkçə bir əsr ərzində - XIX əsrdə formalaşmışdır. Görkəmli alim-filoloq
Məmməd Cəfər yazır: “ XIX əsrdə İngiltərədə - Bayron, Şelli, Fransada – Hüqo, Jorj
Sand, Balzak, Stendal, Flober, Almaniyada - Höte, Heyne kimi böyük söz ustaları
yetişdiyi kimi, Rusiyada da Puşkin, Lermontov, Qoqol, Hertsen, Belinski, Çernışevski,
Dobrolübov, Qonçarov, Nekrasov, Saltıkov-Şedrin, Turgenev, Dostoyevski, Tolstoy,
Çexov kimi bütün bəşəriyyət üçün əhəmiyyətli olan mütəfəkkir yazıçılar yetişmişdi.”
Dünya klassik ədəbiyyatının ən görkəmli simalarından olan Nikolay
Vasilyeviç Qoqol böyük sənətkar və dahi söz ustasıdır. Puşkinlə yanaşı rus
ədəbiyyatının qüdrətini qat-qat artırmiş, şöhrətini dünyaya yaymışdır.
XIX əsr rus ədəbi tarixində iki tendensiya nəzərə çarpırdı : Puşkin və Qoqol
istiqaməti. Qoqol istiqaməti Belinskinin məqalələrində, Çernışevskinin bu istiqamətə
olan münasibətində təsdiqlənir, sonralar isə Dostoyevski “Biz hamımız Qoqolun
“Şinel”indən çıxmışıq” məşhur kəlməsilə bu istiqamətin həlledici olduğunun sübut edir.
Realizmin axtarışlarında yazıçı özünəməxsus yollarla irəliləyir. Qoqol realizmə
romantizmin cığırları ilə qovuşur və bununla da yaradıcılığının kamillik zirvəsinə ucalır.
Belə faktla biz tək XIX əsrin (Puşkin, Lermontov, Qoqol) yox, XX əsr yazarlarının
ədəbi fəaliyyətlərində də da rast gəlirik. Buna misal M.Qorki, M.Bulqakov, O.Dovjenko
və başqalarının adlarını çəkmək olar. Qoqol romantizmi mistik romantizmdir. Bu cür
romantizmə sonralar M. Bulqakov da müraciət edəcək. Təbii ki, bu bir ayrı mövzudur.
64
Qoqolun əsərləri həqiqətliyi ilə heyrətləndirir, realizminin qüdrəti ilə oxucunun,
tədqiqatçının diqqətini cəlb edir. “Müfəttiş,” ”Ölü canlar”, kimi əsərlərində təhkimçilik
sisteminin, pul ehtirasının insanlara təsirini, fırıldaqçı məmurların gülünclüyünü
qüdrətli qələmilə açıb göstərə bilir.
Qoqolun yaradıcılığı rəngarəngdir. Əsərlərində kəskin kinayə ilə mülayim
yumorun, təsdiqedici romantika ilə satiranın vəhdəti müşahidə olunur. Bir tərəfdən
“Şinel”, “Müfəttiş” və s. realist, satirik planda yazılmış əsərlər, digər tərəfdən romantik
qəhrəmanlıq istiqamətində yazılmiş “Taras Bulba,” Ukrayna xalqının həyatından bəhs
edən “Dikanka yaxınlığında xutorda axşamlar” və s.əsərlərində bu rəngarənglik aydın
görünür. Məlum məsələdir ki, Qoqol ədəbi yaradıcılığına romantik kimi başlayıb. Hətta
fantastik əsərlərini elə yazıb ki, sanki olanlar gerçək həyatda baş verir. Məhz Qoqol ilk
dəfə Rusiyanın mülkədar-məmur qəzalarını, “xırda insan”- Peterburq güşələrinin
sakinlərini təsvir etmişdir. Hələ gənc yaşlarından dramaturgiya və teatrla maraqlansa da
dram əsərlərini artıq özünü nasir kimi təsdiq etdikdən sonra yazmağa başlayır. Məlum
olur ki, “Müfəttiş” komediyasına qədər o, “Üçüncü dərəcə Vladimir ordeni” və “Ev-
lənmə” əsərlərini qələmə alır. Lakin Qoqol dedikdə dərhal “Müfəttiş” yada düşür. Bu-
nunla da, Puşkin poeziyada dönüş yaratdığı kimi, “Müfəttiş” əsəridə XIX əsrin əv-
vəllərində ədəbiyyatda dönüş yarada bilmişdir. Yeri gəlmişkən demək lazımdır ki,
komediyanın süjetini Nikolay Vasilyeviçə Puşkin təqdim etmişdir. 1835-ci ildə pyes ya-
zılır, 1836-cı ildə isə Peterburqda – Aleksandriyski teatrda əsərin premyerası oynanılır.
İmperator I Nikolay tamaşaçı qismində zalda komediyanı seyr edir və ürəkdən gülür.
Tamaşadan sonra o, deyir: “Əcəb pyesdir, burada haminin payı var, mənim payıma
düşən isə daha çoxdur”. Qoqoldan sonra onun realizmini davam etdirən onlarca böyük
sənətkar yetişir. Lakin XIX əsr rus dramaturgiyası zirvə nöqtəsinə A. Ostrovskinin
yaradıcılığı ilə çatsa da, əsası Qoqolun əsərlərilə qoyulmuşdur. Qoqolun yaradıcılıq
taleyi də çox uğurlu alınmışdır. Əsərləri demək olar ki, hələ həyatda olarkən nəşr edilir,
heç bir tənqidə məruz qalmır. Dövrünün birinci peşəkar yazıçısı kimi tanınır.Ukrayna
həyatını tərənnüm edən Qoqol əsərlərini rus dilində yazsa da, Ukrayna xalqı onu sevir,
öz milli yazıçıları adlandırırlar. Qoqolun bir yazıçı kimi ustalığı onda idi ki, cəmiyyətin
mənfi cəhətlərini özünəməxsus yumorla oxucuya çatdırır və gülüş doğuran bu yumor
çox fərqli yumor idi. Çünki bu gülüş göz yaşları ilə nəticələnir. Daha doğrusu, bu göz
yaşlarında boğulan gülüşdür. Əsrlər boyu cəmiyyəti sarsıldan rüşvətxorluq sindromu
söz ustası tərəfindən elə incələnmişdir ki, əsər bu günə qədər öz aktuallığını itirməmişdi.
İstər Azərbaycan tənqidi realizmi, istərsə də rus realizmi demək olar ki, eyni
ruhda inkişaf etmişdir. Lakin hər iki realizmin müəyyən spesifik cəhətləri mövcud idi.
Bu baxımdan Qoqol irsi Azərbaycan yazıçılarının yaradıcılıqlarına kifayət qədər təsir
edə bilmişdir. Azərbaycan tənqidi fikrinin tanınmış simalarından olan Kamal Talıbzadə
yazır ki, Rusiyanın mühüm ədəbi hadisələrini izləyən böyük realist Mirzə Fətəli
Axundov Qafqaza sürgün edilmiş dekabristlərlə, rus yazıçıları ilə də yaxınlıq edirdi.
Buradaca C.Cəfərova istinad edərək deyir: “M.F.Axundovun dramaturgiya sahəsində
nəzəri fikirləri 1840-cı ilin ortalarından başlayaraq tədricən inkişaf etmişdir...
Axundovun teatrla bilavasitə tanışlığı buradan başlamışdı. O, Tiflis səhnəsində dünya
repertuarının bir cox əsərlərini görmək imkanı əldə edə bilmiş və qəti güman etmək olar
ki, rus və qərbi Avropa dramaturqlarının –Qriboyedov, Qoqol, Ostrovski, Şekspir,
Molyer və b. əsərlərilə Tiflis teatrında tanış olmuşdur”. Təbii ki, K. Talıbzadə ilə
razilaşmaq olar. Lakin “qəti güman etmək” fikri bir az düşündürücüdür: ya qəti bilmək
olar, ya da ki, sadəcə, güman etmək?! Eyni zamanda tənqidci çox gözəl qeyd edir ki,
Qoqol ilə Axundov arasında yaxınlıq birinci növbədə, hər iki sənətkarın ədəbi
görüşlərində, sənətə baxışlarında özünü göstərməkdə idi. Hər iki sənətkar gülüşdən
65
düzgün istifadə etmişdilər. Onların gülüşü əyləncə xarakterli deyil, cəmiyyətdə olan
nöqsanlara ünvanlanmış gülüşdür. Maraqlı faktdır ki, belə tendensiya Sabir, Ə.
Haqverdiyev, C.Məmmədquluzadə yaradıcılıqlarında da izlənilir.
1912-ci
ildə
Abbas Səhhət “Sınıq saz” şerlər kitabçasında çap etdirdiyi “Sabir” adlı şerində ölməz
satirikı öz xalqının tərcümanı adlandırır, sənətinin gücünün böyüklüyünü yad edərkən
Qoqolu, Hüqonu xatırladığını deyir:
Sabir, ey aləmi – xəlqə tərcüman!
Ey hər anda kasə - kasə zəhr udan!
Ey qoca bir qövmə ağlarkən gülən,
Naləsilə xalqı dağlarkən gülən,
Şeirdə tərhi – növ icad eylədin,
Qoqolu, Hüqoları yad eylədin.
Burdan belə nəticəyə gəlmək olar ki, Qoqolun nüfuzu yazıçı kimi Azərbaycan
ədəbiyyatında kifayət qədər böyük olub və dahi fransız yazıçısı Hüqo ilə yanaşı yad
edilib. Qoqol yaradıcılığı haqqında Azərbaycanın görkəmli tənqidçilərinin yazılarılə
tanış olduqda Mir Cəlalın 1952-ci ildə yazdığı bir fikiri qeyd etmək istərdik. O, yazır:
”Biz “Müfəttiş” komediyasına baxanda, “Aldanmış kəvakib “ dəki şah və vəzirləri,
“Ölülər”dəki Şeyx və hacıları, Xudayarbəyləri daha yaxşı başa düşür, onların Vətənə,
xalqa etdiyi hədsiz zülm və əziyyəti aydın görür, qəzəb və nifrətimizi daha da artırırıq”.
Mir Cəlal onuda vurğulayır ki, öz romanlarında da Qoqol satirasından, zülmə nifrət
doğuran tənqidi gülüsündən istifadə etmişdir.
XX əsr realistləri içərisində Qoqol yaradıcılığından təsirlənən yazıçılardan biri də
C. Məmmədquluzadə olmuşdur. O, 1909–cu ildə “Molla Nəsrəddin” jurnalının 14-cü
sayında “Qoqol” adlı məqaləsində Qoqol yaradıcılığına yüksək qiymət verir. H.Orucəli
Mirzə Cəlilin məqalələrini təhlil edərkən xatırladır ki, Məmmədquluzadə belə yazırdı:
“Ey, müsəlman qardaşlar, 100 il bundan qabaq Rusiyada bir şəxs olub və rus məmurları
barəsində elə bir komediya yazıb ki, onu indi də adam oxuyanda elə bilir ki, Naxçıvana,
Şuşaya və bütün Qafqaz kəndlərinə və balaca şəhərlərə hökümət tərəfindən “revizor”
gəlir”. Deməli, Azərbaycan tənqidi realizminin görkəmli nümayəndələrindən olan C.
Məmmədquluzadə Qoqol irsinə biganə qalmır və onu realist yazıçı kimi qəbul edir. Hər
iki ədibin yaratdığı süjet və obrazlarda bəzi halda bir bənzərlik duyulur. Misal üçün,
“Ölülər” və “Müfəttiş”, “Qurbanəli bəy” və “Kolyaska” əsərləri. C. Məmmədquluzadə
“Qurbanəli bəy” hekayəsini “Qoqol, Allah sənə rəhmət eləsin” epiqrafı ilə başlayır. Hər
iki hekayənin tənqid hədəfi eynidir. “Müfəttiş” və “Ölülər” əsərlərinə gəldikdə isə hər
iki əsərdən məlum olur ki, hadisələr bir qəza şəhərində baş verir. Baş qəhrəmanlardan
savayı onların ətrafında verilən digər obrazlar da hər iki komediyada məharətlə təsvir
olunublar. Belə fikirləşirik ki, Mirzə Cəlil hələ oyanmamış milli təfəkkürü çox gözəl
gostərir, bu vasitə ilə insanları “qəflət yuxusundan” oyatmağa çalışır, sadə insanı dü-
şüncəli, qürurlu görmək istəyir. O, bütün varlığı ilə koləliyə, yaltaqlığa, insan şəx-
siyyətinin alçalmasına nifrət edir və bu nifrəti öz xalqında oyatmağa nail olmaq istəyir.
Iki dahi sənətkar arasında bu uyğunluq dövrlərinin tarixi şəraitindən də irəli gəlirdi.
Məlum məsələdir ki, Azərbaycan Gülüstan, Türkmənçay “faciələrindən” sonra
Rusiyanın müstəmləkəsinə çevrilir. Rusiyada baş verən istər siyasi, istər iqtisadi, istərsə
də mədəni hadisələr dərhal Azərbaycanda rezonans verir və bu da maarifçilərin diq-
qətini cəlb edir. Mövzudan kənar olsa da, düşündürücü məsələlərdən biri də budur ki,
görəsən ruslar bir az ləngisəydi və Azərbaycanın karbohidrat resurslarına digər Avropa
dövləti daha erkən yetişsəydi nələr baş verərdi? Tarixı necə inkişaf edərdi? Lakin
danılmaz faktır ki, Azərbaycanın sivil dünya ilə ilişkilərinin qurulmasında Rusiyanın
66
rolu müstəsnadır. Beləliklə, bir müstəmləkəyə çevrilmiş ölkənin xalqının ürəyini hansı
yollarla azadlıq eşqilə doldurmaq olardı? Sözsüz ki, C. Məmmədquluzadə başa düşür ki,
alman filosoflarının, fransız, ingilis yazıçılarının fikir və əsərlərilə aparılan müqayisələr
bu biçarə adamların düşüncələrində hec bir şey oyatmaz. Çünki, azdan-çoxdan rus
zadəganları ilə ,rus teatrı ilə üzləşmiş bu insanlar belə paralellərə daha alışqandılar. Bu
baxımdan C. Məmmədquluzadənin “Qurbanəlibəy” və Qoqolun “Kolyaska” əsərlərində
oxşar süjet xətti izlənilir. Bəzi halda obrazın daxili aləmini, xarakterini daha mükəmməl
açıqlamaq üçün əsərdə rus ifadələri də işlədilir. Məsələn, Qurbanəlibəyin pristavın
həyətində “malades sabaq” sözünü işlətməsi bu insanın tam iç üzünün necə olduğubu
oxucuya çatdırır və o dövrün oxucusuna bu tipli əsərlər daha anlaşıqlı idi. Rusiyada 30-
40-cı illərdə içtimai-siyasi vəziyyət çox gərgin idi. Bu vəziyyətdə Qoqol “revizor” un
gəlməsilə olan bütün haqsızlıqları, eybəcərliklərı gülüş vasitəsilə xalqa çatdırmaq
istəmişdi. C. Məmmədquluzadə isə Azərbaycanda Şeyx Nəsrullah kimi “din xadim-
lərinin” sayəsində hökm sürən dini mövhumat şəraitində din vasitəsilə öz çirkin niy-
yətlərini həyata keçirmək istəyən, sadəlöhv insanları aldadıb, onların var-dövlətini
əlindən alıb, onların hisslərilə oynayan fırıldaqçı “mollaları” ifşa edə bilir, insanlara
belə fırıldaqçıları tanıtmaq istəyir. “Mufəttiş” komediyası, şübhəsiz, XIX əsr Rus ədə-
biyyatında bir yenilik idi. Bu dövrə qədər yazılan dram əsərlərində müxtəlif xarakterli
obrazlar mövcud olmuşdur. Yəni, bu obrazlar asanlıqla mənfi və müsbət personajlara
ayrılırdılar. Bu əsər onunla fərqlənirdi ki, burada bir nəfər də müsbət obraz yox idi. Ye-
ganə müsbət olansa gülüş idi. Oxucunun təsəvvüründə və ya tamaşaçı qarşısında Qoqol
epoxasının panoramı açılır, nəhəng bürokratik mexanizmin daxilində bu mexanizmi
hərəkətə gətirən məmur obrazlarının qalereyası canlanır. Qeyd etmək lazımdır ki, Qoqol
personajlarına düşünülmüş soy adları verir, sonra isə bu adlar (Xlestakov, Dobçinski,
Bobçınski Manilov, Sobakeviç və b.) Rusiyada ümümiləşdirilmiş adlara çevrilirlər.
Müəllif bir-iki ştrixin (danışığı, davranışı və s.) vasitəsilə təsəvvürümüzdə tipik surət
canlandırır, obrazın xarakteri, sosial vəziyyəti, peşəsi, onun fərdi xüsusiyyətləri
rahatlıqla tamaşaçıya bəlli olur.Biz komediyanin tam təhlilinə varmaq fikrində deyilik.
Lakin əsərdən bir balaca epizodu yada salmaq istərdik.Əyalət şəhərində başına gələn
macəraları təfsilatı ilə dostuna xəbər verən Xlestakov Peterburqa məktubda yazır:
”...şəhər rəisi axta at kimi axmaqdır, poçt müdiri əclafdır, araq içəndir... Xeyriyyə
müəssisələri rəisi elə bil başına araqçın qoymuş donuzdur... Məktəblər müdiri başdan
ayağa soğan iyi verir... Məhkəmə sədri çox murdar adamdır. Doğrusu, bu cür həyat
cansıxıcıdır.” Ədib bir qəza şəhərinin təsvirində bütöv bir Rusiyanı nəzərdə tutur,
“cansıxıcı həyatı”da Rusiyaya aid edir. Xlestakov surətinə gəlincə, Qoqol yazır ki, Xles-
takov “müxtəlif rus xarakterlərində çox dağınıq halda olan, lakin burada, komediyada
təsadüfi olaraq, bir simada birləşən, təbiətdə isə daha tez-tez rast gəlinən bir tip
olmalıdır; hər kəs, bir neçə dəqiqə olmasa da, bir dəqiqə Xlestakov olmuş və ya olur,
lakin təbiidir ki, bunu etiraf etmək istəmir; o hətta bu faktı lağa qoyub gülməkdən də
xoşlanır, ancaq əlbəttə ki, özünü deyil, başqasını məsxərəyə qoyub gülür. Mahir bir
qvardiya zabiti də bəzən Xlestakov ola bilər, bəzən dövlət xadimi də Xlestakov ola
bilər, sənətdaşlarımızdan bir müqəssir ədəbiyyatçı da arabir Xlestakov ola bilər. Uzun
sözün qısası, çox az adam tapılar ki, ömründə heç olmasa bir dəfə Xlestakov
olmasın...”. Əsər “lal səhnə” ilə tamamlanır. Bu da müəllifin öz personajlarına qurduğu
məhkəmədir. “Lal səhnə” tamaşaçıların gurultulu qəhqəhələri altında “dilə gələndə” şə-
hər rəisi Dmuxanovski irəli çıxıb ancaq bu sözləri deyir: ”Nəyə gülürsünüz? Kimə
gülürsünüz? Axı siz özünüzə gülürsünüz!” Ən dəhşətlisi də bu idi ki, Qoqolun əsər-
lərində Rusiya özünə gülürdü.
67
“Müfəttiş” hələ XIX əsrin axırlarında Azərbaycan dilinə tərcümə edilmiş və uzun
müddət müvəffəqiyyətlə səhnəmizdə oynanılmışdır. Elə bir o faktı qeyd etmək
kifayətdir ki, neçə illər müddətində, ardıcıl olaraq 1896, 1902, 1906, 1908, 1912 və
1915-ci illərdə, N.V.Qoqolun “Müfəttiş” komediyası düz 6 dəfə tamaşaya qoyulmuşdur.
Sonuncu quruluşu verərkən Azərbaycan aktyor və rejissor sənətinin birincisi Hüseyn
Ərəblinski özü də Xlestakov rolunda çıxış etmişdi və milliyyətcə rus olan rejjisor
S.İ.Valentinovun bu tamaşasının 1906-cı il quruluşunda buraxdığı səhvlərdən qaçmağa
çalışmışdı, realist və doğruçu bir tamaşa ərsəyə gətirməyə müvəffəq olmuşdur.
Günü bu günəcən əsər yaşayır və öz əhəmiyyətini itirməyib. İstər Rusiyanin
istərsə də Azərbaycanın aparıcı teatrları bu komediyaya müraciət edir. Hətta Rusiyanın
bəzi teatrları “Müfəttiş” komediyasını yeni interpritasiyada da təqdim etmişdilər. Bu da
maraqlı yanaşmadır.
Ə
dəbiyyat:
1.
Cəfər M. XIX əsr Rus ədəbiyyatı. 1-ci hissə, Bakı, Maarif, 1970;
2.
Пропп В. Проблемы комизма и смеха. М., 1985;
3.
Talıbzadə K. Qoqol və Azərbaycan ədəbiyyatı. “İnqilab və mədəniyyət,” jurn. 1952, N 2;
4.
Talıbzadə K. Qoqol realizmi və klassik Azərbaycan yazıçıları. “ Azərbaycan məktəbi” jurn. 1952, N3;
5.
Orucəli H. Qoqol və Azərbaycan ədəbi tənqidi. “ Ədəbiyyat qəzeti”, 1952, 5/ııı, № 7;
Гюльнара Мамедова
Гоголь
и представители критичиского-реализма Азербайджана
Резюме
В статье анализируется творчество Н. В. Гоголя, в частности, комедия «Ревизор», a также го-
ворится о литературных связах азербайджанского и русского народов на примере писателей критиче-
ского реализма.
Ключевые слова: искусствоведение, театроведение, критический реализм, Азербайджан
Gulnara Mamedova
Gogol and Azerbaijani writers of critical realism
Summary
The activity of Gogol, especially “Inspector” comedy is analyzed in the article. At the same time the
article highlights the influence of Gogol’s works on the activity of Russian and Аzerbaijani writers of critical
realism.
Keywords: the history of art, theatre studies, critical realism, Azerbaijan
Məqalənin redaksiyaya daxil olma tarixi: 10.04.2012
Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 17.04.2012
Məqalənin çapa qəbul olunma tarixi:15.05.2012
Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent Gülşən Həmidova
ADMİU
-nun Elmi Şurasının 01 iyun 2012-ci il, 8 saylı qərarı ilə çap olunur.
Dostları ilə paylaş: |