Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə54/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   50   51   52   53   54   55   56   57   ...   71
kitab20111201122645312

QACAR KƏNDİNİN ƏHVALATI 

(1323-cü il zilhiccə ayı) 

 

Erməni  tayfası  kəndlərdən  bir  neçə  dəstələr  yaradaraq  Qacar  kəndinin 

üstünə  hərəkət  etdilər.  Qacar  kəndinin  bir  tərəfdən  yerləşdiyi  ərazi  təhlükəli  idi. 

Çünki Qacar kəndi erməni kəndləri ilə əhatə olunmuşdur. Bu rayonda müsəlmanlar 

az  idi.  Ermənilər  əvvəlcə  kəndin  kənarında  yerləşən  üç  evə  hücum  edərək  həmin 

evlərdən birinə və həyətlərdə yığılmış ot tayalarına od vurub yandırdılar. İki nəfər 

müsəlmanı  şəhid  etdilər,  birini  isə  yaraladılar.  Əhvalatdan  xəbərdar  olan  kimi 

Qacar  kəndinin  əhalisi  yaxşı  tədarük  etdikləri  silahlarla  silahlanaraq  ermənilərin 

qarşısına  çıxdılar  və  onları  hər  tərəfdən  gülləyə  tutdular.  Atışma  bir  neçə  saat 

davam etdi. 

Ermənilərin Qacar kəndinə hücum etmələri haqqında xəbər tutan kimi ətraf 

müsəlman kəndlərindən çoxlu atlılar və piyadalar Qacar əhalisinin köməyinə gəldi. 

Köməyə  gələn  qüvvələrlə  Qacar  kəndinin  döyüşən  igidləri  erməniləri  mühasirəyə 

alaraq nərələr çəkib «A gədə, dur gəldim» deyir və onları gülləyə tuturdular. Qacar 

əhalisi  kəndin  içindən,  köməyə  gələn  qüvvələr  isə  arxadan  erməniləri  qırmağa 

başladılar.  Müsəlmanlar  «Ya  Əli!»  nərəsi  çəkə-çəkə  onları  təqib  edib  qırırdılar. 

Beləliklə, onları Tağ və Tuğ kəndinə kimi qovdular. Hər tərəf erməni meyidləri ilə 

dolu  idi.  Çoxunun  tüfəngi,  tapançası,  patron  və  patrondaşları  yanlarında  düşüb 

qalmışdı.  Qacar  kəndinin  ətrafında  135  nəfər  yollarda  və  265  nəfər  isə  çöllərdə 

erməni  öldürülmüşdü.  Beləliklə  də,  ermənilərin  Qacar  kəndinə  hücumu  onlardan 

400 nəfərin ölümü ilə nəticələndi. 

Müsəlman dəstələri Qacar kəndinə hücum etmiş erməniləri məğlub etdikdən 

sonra sərsər küləyi kimi Dirəxtin kəndinin üstünə gəldilər. Burada olan ermənilərin 

bir qismi qaçıb canını qurtardı, ələ düşənlər isə qətlə yetirildi. Dirəxtin kəndindən 

sonra  müsəlman  dəstələri  Əfşar  kəndinə  hücum  etdilər.  Burada  olan  ermənilərə 



65 

 

lazımı zərbələr endirdikdən sonra Təcavirt binalarını və üç erməni dəyirmanını da 



dağıtdılar. 

Bu  əhvalatdan  bir  neçə  gün  keçdikdən  sonra  bir  erməni  gizlincə  gəlib, 

Qacar  müsəlmanlarına  xəbər  verdi  ki,  bizim  ermənilərdən  bir  neçəsi  geyimini 

dəyişərək  kazak  çinovniki  paltarında  gəlib  sizin  silahlarınızı  yığmağa  cəhd 

edəcəkdir.  Onların  məqsədləri  budur  ki,  silahları  yığdıqdan  sonra  tökülüb  sizi 

qırsınlar.  Amma  Allah  xatirinə,  mənim  adımı  çəkməyin,  çünki  mənim  buraya 

gəldiyimi qımdatlar bilsələr, nəslimi yer üzündən silərlər. 

Müsəlmanlar onu arxayın etdilər. Bir neçə gündən sonra Qacar kəndinə bir 

general  və  yanında  da  neçə  atlı  kazak  gəldi.  General  kəndin  böyüklərini  çağırıb 

əmr  etdi  ki,  kənddə  nə  qədər  tüfənginiz  var,  hamısını  gətirib  təhvil  verin,  əks 

təqdirdə  kəndiniz  top  atəşilə  viran  ediləcək.  Müsəlmanlar  dörd  tüfəng  gətirib 

verdikdən  sonra  generala  dedilər  ki,  bütün  silahları  toplayanadək  buyurun  içəridə 

əyləşin.  General  çinində  olan  və  kazaklar  atdan  düşüb  içəri  girdilər.  General 

təşəxxüslə  bir  hündür  yerdə  əyləşdi,  kazaklar  isə  onun  yanında  ayaq  üstə 

dayandılar. Müsəlmanlar isə bərkdən bir-birini səsləyərək deyirdilər: 

— Ey kənd əhli, tüfənglərinizi yığın tez gətirin ki, general məəttəl olmasın. 

Bir  az  keçdikdən  sonra  bir  neçə  nəfər  əllərində  tüfəng  içəriyə  girərək 

generalı  və  kazakları  güllələyib  öldürdülər.  Onların  silah  və  atlarına  da  sahib 

oldular. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin