Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə2/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   2   3   4   5   6   7   8   9   ...   71
kitab20111201122645312

Kamandar ŞƏRİFLİ. 

 



 

GİRİŞ 

 

İzzətli  və  mehriban  qardaşlarım,  hüzuruna  böyük  ehtiramla,  Nəvvab  Mir 



Möhsün mərhum Hacı Seyid Əhməd Ağamirzadə Qarabaği oğlu ərzi-əhval edir ki, 

bu  vaxtlar,  yəni  hicri  1323-cü  (miladi  1905)  ildə  Qafqaz  vilayətində  və  bir  para 

xarici  ölkələrdə  ermənilərlə  müsəlmanlar  arasında  baş  vermiş  iğtişaşların  və 

qırğınların  bir  parasını  müxtəsər  şəkildə  yadigar  qalmaq  üçün  Azərbaycan 

türkisində qələmə aldım. 

Əvvəla, bunu bilmək lazımdır ki Qafqaz vilayətləri müsəlman padşahlarına, 

ələlxüsus,  İran  şahlarına  tabe  olub.  Elə  ki,  Qafqaz  vilayətlərində,  o  cümlədən, 

Azərbaycanda  ayrı-ayrı  xanlıqlar  yaranaraq  İran  tabeliyindən  çıxdılar,  bu  zaman, 

yəni  hicri  1161-ci  (miladi  1748)  ildə  Pənah  xan  Bayatda  bir  qala  tikdirdi.  Bir  az 

müddətdən  sonra  həmin  qalanı  tərk  edib  hicri  1165-ci  (miladi  1751)  ildə 

Tərnəkütdə  başqa  bir  qala  bina  etdi.  Beş  il  istər-istəməz  o  qalada  qaldı.  Əyanlar 

Pənah  xanın  bu  qalaya  meylsiz  olduğunu  hiss  edib  ona  müraciət  etdilər  ki,  əgər 

məsləhət bilsəniz, gözəl havası olan səfalı, hündür bir yer var ki, orda yeni bir qala 

tikdirərdin. Ora müdafiə baxımdan da münasib bir mövqedə yerləşir. Pənah xan öz 

əyanları ilə gəlib həmin yerə baxarkən gördü ki, ora hündür bir yerdir, dörd ətrafı 

uca qayalar və dağlarla əhatə olunmuşdur. Uçan quşlardan başqa insan və heyvan 

həmin  qayalarla  qalxıb-enməyə  qadir  deyil.  Bura  yalnız  iki  tərəfdən—şərqdən  və 

qərbdən gediş-gəliş yolları var. Pənah xan həmin yeri bəyənib bildirdi ki, çox yaxşı 

möhkəm şəhər yeridi. Lakin nə fayda ki, kifayət qədər axar suyu və çayları yoxdu. 

Sonra  xanın  əmri  ilə  kənkanlar  gəlib  orda  bir  neçə  yerdə  quyular  qazdılar. 

Quyulardan yaxşı su çıxdı. Lakin şor idi. 

 Hicri  1170-ci  (miladi  1756)  ildə  Pənah  xanın  əmrinə  əsasən  həmin  yerdə 

bir qala tikildi və həmin qala Pənahabad qalası adlandırıldı. İndi həmin qalaya Şuşa 

qalası  deyirlər.  Get-gedə  həmin  qala  abadlaşdırılaraq  şəhərə  çevrildi.  Burda 

zərbxana  tikdirilərək  pul  kəsilməyə  başladı.  Burda  sikkələr  kəsilirdi.  Qarabağda 

Pənah  xanın  hakimiyyəti  İran  padşahının  onu  İrana  aparana  qədər  davam  etmişdi 

(Xan İrana aparılanda orada vəfat etmişdi

1

). 



Pənah  xandan  sonra  İbrahim  Xəlil  xan  öz  atasının  yerində  oturub 

hökmranlıq  etmişdi.  İbrahim  Xəlil  xan  Qalanın  (xalq  arasında  Pənahabad  şəhəri 

Qala  adı  ilə  də  məşhur  idi)  abadlığına  böyük  əhəmiyyət  verərək  onun  ətrafında 

çoxlu  kəndlər  salmışdı.  Bununla  da  get-gedə  onun  xanlığı  qüvvətlənmiş  və  özü 

böyük şöhrət tapmışdı. 

İran  padşahı  Ağa  Məhəmməd  şah  Qacar  saysız  qoşunla  Qarabağa  hücum 

etdikdən  sonra  Qalaya  daxil  olarkən  İbrahim  Xəlil  xan  Dağıstan  tərəfə  qaçmışdı. 

                                                           

1

  Ancaq  deyilənə  görə,  Pənah  xan  İranda  vəfat  etməsinə  baxmayaraq,  vəsiyyətinə  görə  onu  gətirib 



Ağdamda İmarətdə dəfn etmişlər. 

 



 

Ağa  Məhəmməd  şah  Qacar  isə  xanın  oğlu  Məhəmməd  Həsən  ağanın  evini  özünə 



iqamətgah seçmişdi. 

Ağa  Məhəmməd  şah  Qacar  bir  gün  Səfərəli  adlı  bir  nökərini  cinayət 

etdiyinə görə hədələyib, buyurur ki,  sabah müqəssirlərin hamısının başını kəsdirib 

bir  minarə  tikdirəcək  və  Səfərəlinin  başını  lap  yuxarıda  qoyduracaq.  Həmin 

Səfərəli  şahın  qapısında  keşikçi  durardı.  O  gecə  bir  yoldaşı  ilə  birlikdə  gecədən 

xeyli  keçdikdən sonra  şahın  yatdığı evə daxil olub,  xəncər  ilə  şahın qarnını  yırtıb 

öldürürlər. 

Bu hadisə hicri 1211-ci (miladi 1796) ildə baş vermişdi. Şah öldürüldükdən 

sonra qoşun dağılıb İrana qayıtdı və İbrahim Xəlil xan gəlib öz yerində qərar tutdu. 

Ağa Məhəmməd şahın vəliəhdi Fətəli şah hadisədən xəbərdar olduqdan sonra oğlu 

Abbas  Mirzənin  sərkərdəliyi  ilə  yenidən  Qarabağa  qoşun  yeritdi.  Bu  əhvalatdan 

xəbər  tutan  İbrahim  xan  qorxuya  düşdü.  Dərhal  öz  oğlu  Məhəmməd  Həsən  ağanı 

Gəncəyə rus sərdarının yanına göndərib ondan kömək istədi. 

Rus  sərdarı  on  min  qoşun  götürüb  Məhəmməd  Həsən  ağa  ilə  birlikdə 

Qarabağa  gəldi.  İbrahim  Xəlil  xan  əmirlilərdən  və  cəbrayıllılardan  bir  qədər  atlı 

götürüb rus sərdarının qabağına  gəldi. Görüşdən sonra onlar Araz çayı tərəfə İran 

qoşununun qarşısına hərəkət etdilər. Aslandüz deyilən yerdə İran qoşunu ilə qarşı-

qarşıya  gəlib,  bir  az  döyüşəndən  sonra  azsaylı  İran  qoşunu  geri  çəkilib  İrana 

qayıtdı. Vuruşdan sonra İbrahimxəlil xan öz atlıları və rus qoşunu ilə birlikdə geri 

dönüb  qalaya  tərəf  üz  qoydular.  Gəncə-Qarabağ  yol  ayrıcına  çatarkən  rus  sərdarı 

irəli  çıxıb  xanla  əl  tutduqdan  sonra  dedi  ki,  cənabınızın  Qalasını  çox  tərifləyirlər. 

Amma  təəssüflər  olsun  ki,  mən  sizin  Qalaya  tamaşa  edə  bilmədim.  Yazıq  xan 

safürəkliliyindən  rus  sərdarının  bu  hiyləsini  anlamayıb  buyurdu  ki,  nə  eybi  var, 

Gəncəyə bir neçə gün gec gedərsiniz. Buyurun, gedək bir-iki gün bizə qonaq olun. 

Qalaya  tamaşa  edin.  Sərdar  bir  az  fikirləşdikdən  sonra  dedi  ki,  bir  gecə-gündüz 

hüzurunuzda qonaq olmaq asandır. Bu söhbətdən sonra onlar qoşunla Qalaya tərəf 

üz  qoydular.  Xan  bağı  deyilən  yerə  çatarkən  sərdar  qoşuna  əmr  etdi  ki,  bu  qədər 

adamın  şəhərə  girməyinə  ehtiyac  yoxdur.  Bir  neçə  yüz  nəfər  mənimlə  Qalaya 

gəlsin,  qalan  qoşun  biz  geri  qayıdanacan  burda  gözləsin.  Rus  sərdarı  neçə  yüz 

əsgər götürüb, Qalaya xanın hüzuruna gəldi. Qalaya daxil olan kimi sərdar dönüb 

rusca  öz  əsgərlərinə  əmr  edərək  sıraya  düzdü.  Xan  soruşdu  ki,  nə  üçün  əsgərləri 

sıraya  düzdünüz.  Sərdar  buyurdu  ki,  əsgərləri  sizin  şərəfinizə  sıraya  düzdüm. 

Bundan sonra  sərdar rusca əsgərlərə nə dedisə, onlar tələsik  yüyürüb bürc və barı 

üstünə  çıxaraq  şeypur  çalmağa  başladılar.  Həmin  saat  Xan  bağı  tərəfdən  Kəhrab 

deyilən yerdən də şeypur çalındı. Xanı təəccüb götürdü. Çox keçmədi arxada qalan 

əsgərlər də gəlib Qalaya daxil oldular. 

Sərdar xanın qabağına gəlib dedi ki, biz artıq bu Qalanı zəbt etdik. Əgər sən 

rus padşahına bu qala və bütün dövlətinlə tabe olursansa, hakimiyyət sənin əlində 

olacaq.  Yox  əgər  tabe  olmaq  fikrində  deyilsənsə,  sənə  üç  saat  möhlət  veririk, 

imarətindən nə ehtiyac duyursan, götürüb istədiyin yerə gedə bilərsən. 




 

 Xan bu xəyanətdən çox təsirlənib rus sərdarına təhqiramiz sözlər dedi. Rus 



sərdarı buyurdu ki, artıq danışmaq lazım deyil. Bu şəhəri biz tutmuşuq və sənə üç 

saat möhlət vermişik. İstədiyini edə bilərsən. 

Yazıq  xan  əlacsız  qalıb  öz  imarətinə  gəldi.  Bacardığı  qədər  lazım  olan 

əşyaları,  övrət-uşağı  götürüb  bütün  atlı-piyada  nökər  və  qoşunları  ilə  Qaladan 

çıxdılar.  Qalanın  yaxınlığında  üstü  hamar  olan  qayalıq  yerdə  çadırlar  qurub 

məskən  saldılar.  Çadırlarda  və  alaçıqlarda  yaşayan  xanın  və  onun  adamlarının 

əmin-amanlığını təmin etmək üçün ətrafda səngərlər qazdılar. Dərhal xanın əmrilə 

münşilər İran şahı Fətəli şaha bir ərizə yazdılar. Ərizədə xan yazırdı ki, rus sərdarı 

hiylə  ilə  mənim  başıma  belə  işlər  gətirdi.  Mən  indi  bütün  adamlarımla  çıxıb 

Qaladan  kənar  bir  dağın  üstündə  məskən  salmışam.  Sədaqətlə  bu  ərizəni 

hüzurunuza  göndərirəm  ki,  mənə  kömək  əlinizi  uzadasınız.  Bundan  sonra 

cənabınıza tabe oluram. Xan  həmin ərizəni bir Qur'ani-Şərifin arasına qoyub, onu 

da  möhürləyib,  şaha  göndərdi.  Bunun  da  mənası  o  idi  ki,  and  olsun  bu  Qur'ani-

Şərifə ki, cənabınıza tabe olacağam. 

Şahənşah  ərizəni  alan  kimi  dərhal  12  minlik  qoşun  toplayıb,  topxanası  ilə 

birlikdə  İbrahimxəlil  xanın  oğlu  Əbülfət  ağanın  sərkərdəliyi  ilə  xanın  köməyinə 

göndərdi. 

Bu  tərəfdən  rus  sərdarını  bu  əhvalatdan  xəbərdar  etdilər.  Sərdarın  əmri  ilə 

həmin  saat  gecə  vaxtı  bir  neçə  yüz  əsgər  toplanıb,  xəbər  gətirən  adamın 

sərəncamına verildi. 

Qoşun aşağı bürcün altında yerləşən lağımdan keçərək Şuşakəndə gəldi. 

Qoşunun  başçısı  Şuşakənddən  bir  neçə  erməni  bələdçisi  götürüb  dağların 

ətəkləri  ilə  gizlincə  İbrahimxəlil  xanın  məskən  saldığı  yerə  tərəf  hərəkət  etdilər. 

Qoşun xanın səngərlərinə çatarkən İbrahimxəlil xan çadırında öz dövlət əyanlarının 

əhatəsində əyləşib, söhbət edə-edə qızıl qəlyan çəkirdi. Bu məclisdə mənim, yəni, 

bəndeyi-həqir Nəvvab Mir Möhsünün ana babası mərhum Əmiraslan bəy də iştirak 

edirdi.  Birdən  xana  xəbər  verdilər  ki,  rus  qoşunu  sənin  üstünə  gəlir,  Xan  qalxıb 

neçə dəfə təkrarən dedi: 

— Ey kafir, ey kafir!.. 

Dərhal  əmirli  atlılarından  birisi  bir  güllə  atıb  əsgərin  birini  öldürdü.  Bu 

zaman  rus  əsgərləri  dərhal  birlikdə  onların  üzərinə  atəş  açdılar.  Güllələrin  bir 

neçəsi  İbrahim  xana  dəydi  və  kürsüdən  yıxıldı.  Xanın  övrət-uşağı  tökülüb  onun 

bədənini  qucaqlayıb  ağlaşmağa  başladılar.  Atılan  güllələrdən  neçəsi  onlara, 

əyanlara  və  nökərlərə  dəydi.  Qalanlar  isə  hərə  bir  şey  götürüb,  müxtəlif  tərəflərə 

qaçdılar.  Əmiraslan  bəy  dərhal  mərhumə  Gövhər  ağanı  və  qızıl  qəlyanı  götürüb 

qaçdı.  Məzlum  xanın  ev  əhli  və  uşaqlarından  salamat  qalanlarını  onun  adamları 

götürüb  qırğından  xilas  etdilər.  Əmiraslan  bəy  isə  Gövhər  ağanı  möhkəm  və 

təhlükəsiz bir yerdə gizlədi. Sonra isə gəlib bir az yemək əldə edib, Gövhər ağaya 

gətirdi.  Gövhər  ağa  gözü  yaşlı  istər-istəməz  bir  neçə  loxma  yedi.  Əmiraslan  bəy 

Gövhər ağanı birtəhər sakitləşdirib, sonra öz evinə gətirdi. 




 

Digər  tərəfdən  İbrahim  xan  öldürüldükdən  sonra  onun  atlı  dəstələri  də 



dağılıb  hərəsi  bir  tərəfə  getdi.  Hadisə  yerindən  uzaqlaşan  xan  atlıları  Nabatxan 

deyilən yerdə Əbülfət ağanın qoşununa rast gəldilər. Əbülfət ağa gördü ki, bir neçə 

atlı  sürətlə  hərəkət  edirlər.  O,  nökərlərinə  buyurdu  ki,  o  atlıları  qaytarıb,  onun 

hüzuruna  gətirsinlər.  Atlılar  İbrahim  xanın  başına  gələn  əhvalatı  eşitcək  hönkür-

hönkür ağladıqdan sonra qoşunla ordan  geri, İrana qayıtdı  ki,  şahdan  yeni  fərman 

sadir ola. 

Xülasə,  bu  əhvalat  ətraflı  şəkildə  «Tarixi-Qacariyyə»də  və  «Qarabağ 

tarixi»ndə  şərh  edilir.  Oxumaq  istəyənlər  həmin  tarix  kitablarına  müraciət  edə 

bilərlər.  Bizim  məqsədimiz  isə  bu  illərdə  erməni  tayfası  ilə  müsəlmanlar  arasında 

baş vermiş əhvalatları (iğtişaş və qırğınları) bəyan etməkdir. 

Elə  ki  rus  dövləti  Qafqaz  məmləkətinə  hakim  oldu,  hər  yerdə  sakitlik 

yarandı. Heç bir millətin bir-biri ilə işi yox idi. Hər kəs öz işi ilə məşğul idi və hər 

millət öz qanunu ilə məbədlərində ibadət edirdilər. Heç bir millət bir-birinə hücum 

etmirdi. Xüsusən, ermənilərlə müsəlmanlar arasında çox vaxt məhəbbət və dostluq 

olub,  bir-biri  ilə  alış-veriş  edirdilər.  Xanlıqlar  zamanında  ermənilər  və 

müsəlmanlar  arasında  belə  mehribançılıq  var  idi.  Hətta  İbrahim  xan  erməni 

məliklərindən Məlik  Şahnəzərin qızı  Hurizad xanımı özünə kəbinli arvad etmişdi. 

Həmin Hurizad xanımın Böyük məscidin həyətində hal-hazırda vaqviyyatı var. 

Əfsuslar olsun ki,  erməni tayfasının indi təbiəti dəyişib.  Zahirləri batinləri 

ilə bir deyil. Zahirən özlərini dost kimi göstərsələr də, batinləri ədavətlidir. Özləri 

də görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin