Mir Möhsün NƏvvab


QƏDİMDƏ ERMƏNİ—MÜSƏLMAN DAVASI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə4/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   2   3   4   5   6   7   8   9   ...   71
kitab20111201122645312

QƏDİMDƏ ERMƏNİ—MÜSƏLMAN DAVASI 

 

1260-ci  (miladi  1844)  il  tarixdə  qundaqsaz  İsaballı  adlı  bir  erməni  başqa 

ermənilərlə  birlikdə  müsəlmanların  şəbeh  gətirməyini  təqlid  edərək  istehza 

edərlərmiş. Müsəlmanlar hadisədən xəbərdar olan saat dükan-bazarı bağlayıb Xan 

bağına getdilər və şəhərin hakimi Cəfərqulu xanı Qalaya gətirdilər. Şəhərdə böyük 

bir  qovğa  üz  verdi.  Böyük-kiçik  hamı  hakim  tərəfə  üz  qoydular.  Bu  haldan  çox 

qorxuya  düşmüş  hakim  nə  qədər  istədi  ki,  müsəlmanları  sakitləşdirsin,  mümkün 

olmadı. Axır, bir bəhanə ilə aradan çıxıb evinə getdi. İğtişaş get-gedə şiddətlənirdi. 

Onun qarşısını almaq üçün Şuşakənddə olan digər şəhər hakimi Ala bəyi gətirdilər. 

Ala  bəy  atlı  meydana  daxil  olan  kimi  xalq  onu  araya  aldı.  Mirhadi  adlı  bir  seyid 

irəli  gəlib  Ala  bəyi  çəkib  atdan  yerə  saldı  və  vurub  baş-gözünü  yardı.  Xalq  üz 

qoydu  ermənilərin  üstünə.  Ermənilər  tamam  dükandan  çıxıb  qaçdılar.  Kimisi 

dükanı bağladı, kimisi bir qapısını örtdü, kimisi də buna fürsət tapmayıb ayaqyalın 

üz  qoydular  qaçməğa.  Bir  para  uzaqgörən  müsəlmanlar  qaçan  ermənilərin  bir 

parasını  evlərinə  gətirib,  mühafizə  edib  sakitləşdirdilər.  Cahil  müsəlmanlar  isə 

ermənilərin  vurub  baş-gözlərini  yardılar.  Xülasə,  şəhərin  hakimi  birtəhər 

müsəlmanları sakit edib erməniləri böyük fəlakətdən qurtardı. 

 

*** 



 

Hicri 1294-cü (miladi 1877) ildə rus-osmanlı  müharibəsində rus dövlətinin 

ordu  başçılarından  bir  neçəsi  erməni  tayfasından  idi.  Həmin  ermənilər  Qars 

şəhərini  tutarkən  düşmənçiliklə  nə  qədər  müsəlman  kitabları  və  Qur'anı-Şərif 

əllərinə keçirdisə, yandırırdılar. 

 

*** 



 

Həmin  tarixdə  ermənilərin  böyük  sənətkarları  İrəvan  şəhərində  Üçkilsədə 

(Eçmiədzin) maşın tərtib edib, 9 milyon qəlp eskinas pul kəsdilər. Dövlət xəbərdar 

olub,  qəflətən  tökülüb  həmin  pulu  və  maşını  müsadirə  edib,  pulkəsənləri  və 

kəsdirənləri tutub cəzalandırdı. 

 

*** 



 

Hicri  1321-ci  (miladi  1903)  il  tarixində  müsəlman  kəndindən  olan 

Məhəmməd və Salman adlı iki qardaş öz yüzbaşılarına etiraz əlaməti olaraq qaçıb 

meşənin  içində  kömür  yandıran  Aleksan  adlı  dağlı  bir  erməninin  yanına  gəldilər. 

Həmin  iki  qardaş  ermənilə  hal-əhval  etdikdən  sonra  əyləşdilər.  Hava  soyuq 

olduğuna  görə  bir  az  quyunun  kənarında  oturub  qızındıqdan  sonra  xurcunlarında 




10 

 

olan  yeməyin  hamısını  çıxarıb,  yarısını  erməniyə  verdilər,  qalanını  isə  özləri 



yedilər. 

Əhvalatdan  xəbər  tutan  bu  iki  cavanın  ata-anası  hər  gün  yemək  və  çörək 

gətirib həmin kömürxanada onlara verirdilər. Bu əhvalat bir neçə gün belə davam 

etdi. Yenə bir gün onlara dadlı yeməklər gətirdilər. Cavanlar yeməyi yarıya bölüb, 

yarısını  erməniyə  verib,  yarısını  özləri  yeyib,  isti  vura-vura  yuxuya  getdilər.  O 

məlun  erməni  özündən  savayı,  qabaqcadan  daha  iki  erməni  gətirib  orda 

gizlətmişdi. Elə ki cavanlar yatdı, ermənilərin hər üçü durub əllərində balta yavaş-

yavaş  gəlib,  o  biçarələrin  başlarını  iki  parə  etdilər.  Cavanlar  bircə  dəfə  çığırıb 

canlarını  tapşırdılar.  Sonra  o  məlun  ermənilər  o  biçarələri  üryan  edib,  paltarlarını 

və ciblərini soyub, bədənlərini kömür quyusuna atıb yandırdılar. 

Yenə bu günlərdə Əfətli kəndinin müsəlmanlarından iki nəfər şəxsi Ballıca 

kəndinin erməniləri hiylə ilə tutub öldürmüş və meyidlərini yandırmışlar. 

 

*** 


 

Hicri  1321-ci  il  (miladi  1903)  tarixdə  rus-yapon  müharibəsi  zamanı  bir 

qarabağlı  erməni  yapon  dövlətinə  dəyəri  bir  milyon  yarım  manat  olan  bir  gəmi 

peşkəş elədi. 

Bu  zaman  rus  dövlətinin  başı  müharibəyə  qarışdığına  görə  ermənilərdən 

çağırılmış əsgərlər dövlətə xəyanət edərək dəstə-dəstə silahları ilə bərabər, Osmanlı 

və İran dövlətlərinə qaçdılar.  Qərəz, öz  məzhəblərinin qaydası ilə andlarına  yalan 

çıxıb müxtəlif xəyanətlər edirdilər. 

 

*** 


 

Bunlar  hər  şəhərdə  bir  qımdatxana  təşkil  edirdilər.  İlk  dəfə  Osmanlı 

şəhərlərində,  sonra  isə  Rusiyanın  ayrı-ayrı  şəhərlərində  belə  qımdatxanalar 

yaratmağa  başladılar.  Bu  qımdatxanalara  bütün  siniflərdən  şəxs  cəlb  olunurdu: 

oxumuş cavanlar, sövdəgərlər, sənətkar və başqaları. 

Bu qımdatların icmasının müşavirəsində bir qərar qəbul olundu ki, hər bir iş 

sahibi qımdatxanalara pul verməlidir. Qımdatxanadan həmin qərara əsasən erməni 

iş  sahiblərinə  məktublar  göndərib  onların  qımdatxanaya  göstərilən  məbləğdə  pul 

göndərməsini  tələb  edirdilər.  Erməni  iş  sahibi  məktubun  tələbinə  əməl  etmədikdə 

ona  qımdatxanadan  ikinci  dəfə  elannamə  yazılırdı.  Əgər  yenə  həmin  şəxs  pul 

verməkdən imtina edərdisə, üçüncü dəfə onu hədələyirdilər. Bu dəfə də tələbə əməl 

etmədikdə  qımdatlar  həmin  şəxsin  öldürülməsi  üçün  bir  və  ya  iki  nəfər  təyin 

edirdilər. Həmin şəxslər isə nəzərdə tutulmuş adamı öldürüb gizlənirdilər. Heç kəs 

bilmirdi ki, bu cinayəti kim etdi və hara getdi. Əgər caniləri bilən və tanıyan olsa 

da,  cürət  edib  heç  kəsə  deyə  bilməzdi.  Çünki  kimsə  canini  ifşa  etməyə  cəhd 

göstərsəydi, onun özü də qımdatxana quldurlarının sui-qəsdinə məruz qalardı. 




11 

 

Atası  nalbənd  olmuş  Camqarov  familiyalı  bir  erməni  Allah  təbarək  və 



təalanın  iradəsilə  tez  bir  zamanda  milyonçu  olur.  Qımdatlar  başqa  varlı  ermənilər 

kimi  ona  da  kağızla  müraciət  edib  qımdatxanaya  30  min  manat  verməsini  tələb 

edirlər.  O  isə  qımdatların  tələbinə  məhəl  qoymayıb  Moskvaya  gedir.  Bu  zaman 

qımdatlar  Moskvada  yerləşən  qımdatxanaya  yazırlar  ki,  o  bizim  tələbimizə  əməl 

etmədiyinə görə cəzasına çatdırılaraq qətlə yetirilsin. 

Moskva  qımdatxanasının  başçıları  özlərinin  muzdlu  qatillərinin  arasında 

püşk  ataraq  Camqarovun  öldürülməsi  tapşırığını  onlardan  birinə  həvalət  etdilər. 

Həmin qatil Camqarovu Moskvada kilsənin qapısı yaxınlığında qətlə yetirdi. 

Beləliklə  də,  qımdatxanaların  muzdlu  qatilləri  neçə-neçə  günahsız 

ermənilərin və rusların ölümünə də bais olurdular. 

Əlavə:

2

  Hicri  1321-ci  (miladi  1903)  ildə  rus  dövləti  Qafqaz  vilayətindəki 



kilsələrin  əmlakını  zəbt  etmək  istəyirdi.  O  vaxt  bütün  Qafqaz  şəhərlərində  olan 

erməni icmalarının başçıları toplaşıb rus dövlətinin niyyətinə qarşı durmaq və onun 

həyata  keçirilməsinə  mane  olmaq  qərarına  gəldilər.  Bunun  nəticəsində  dövlət 

tərəfindən  erməni  milliyyətindən  olan  xeyli  adamlar  qətlə  yetirildi.  Bununla 

bərabər,  bir  çox  erməni  icmalarının  tanınmış  başçıları  tutularaq  Sibirə  göndərildi. 

Kilsələrin əmlakı isə zəbt olunub dövlət sərəncamına verildi. 



ƏLAVƏ:  Həmin  göstərilən  bu  ildə  şəhərlərdə  çox  nahaq  qanlar  töküldü, 

xalqlar bir-birinə çox zülmlər etdilər. Bunun xoşagəlməz təsiri hər tərəfi bürüdükcə 

insanları xoş və rahat həyatdan məhrum edirdi. 

Xüsusən,  Mancuriya  torpağında  rus  tayfasından  nə  qədər  insanların  nahaq 

qanları  töküldü,  gəmiləri  dənizlərdə  batırılıb  məhv  oldular,  neçə-neçə  şəhərlər  və 

kəndlər xarabalıqlara çevrildi. 

Bu  tarixdə  İran  vilayətinə  xəstəlik  düşüb,  sayı  həddi-hesaba  gəlməyən 

insanlar tələf oldular. 

Bu günlərdə bəndeyi-aciz Nəvvab Mir Möhsün qardaşı Hacı Mirzə Abutalıb 

xanı  Tehranda  Amas  adlı  öz  nökəri  yatdığı  yerdə  öldürüb,  bacardığı  qədər 

cəvahiratdan  və  nəqd  puldan  götürüb  qaçıb.  Amma  bu  cinayətdən  qaça  bilməyib, 

rus divanxanasının əlinə keçib. 

ƏLAVƏ:  Hicri  1322-ci  (miladi  1904)  il  tarixdə,  iyunun  16-da  Moskva 

şəhərinə  bir  dolu  yağdı  ki,  dolunun  hər  bir  dənəsinin  ağırlığı  təxminən  bir 

girvənkəyə yaxın idi. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin