Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə7/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   2   3   4   5   6   7   8   9   10   ...   71
kitab20111201122645312

Ə  L  A  V  Ə:  Belə  deyirlər  ki,  bu  halətdə  Lalayev  Hacı  Zeynalabdin 

Tağıyevin  yanına  bir  adam  göndərib,  özünün  xilas  edilməsini  xahiş  eləyir.  Hacı 

buyurur ki, bu, mənə dəxli olmayan işdir. Baş verən hadisə isə millət məsələsidir, 

mən nə deyə bilərəm? 

Xülasə, Ağakərim nə qədər çalışdı ki, övrət Lalayevdən aralansın, mümkün 

olmadı.  Qəflətən  camaatın  içərisindən  naməlum  bir  şəxs  övrəti  güllə  ilə  vurub 

öldürdü.  Ağakərim  onu  məzəmmət  etdi.  Sonra  isə  Lalayevə  bir  neçə  güllə  vurub 

öldürdü. 

Lalayev  qətlə  yetirildikdən  sonra  hamı  evdən  bayıra  çıxdı.  Evin  hər 

yanından  üstünə  neft  çiləyib,  od  vurdular.  Ev  böyük  partlayışlarla  yanmağa 

başladı.  Bu  da  onu  göstərdi  ki,  Lalayevin  evinin  zirzəmiləri  yeşik-yeşik  hərbi 

sursat  və  partlayıcı  maddələrlə  dolu  imiş.  Evdən  qalxan  gurultunun  və  partlayışın 

səsindən  yaxında  olan  adamlar  qulaqlarını  tutaraq  hərə  bir  tərəfə  qaçırdı.  Ev 

sursatlarla  birlikdə  yanıb  külə  döndü.  Deyilənə  görə,  bir  ay  sərasər  evdən  tüstü 

kəsilmədi. 

Belə  deyirlər  ki,  Lalayevin  xoşsifət  gözəl  bir  qızı  varmış.  Həmin  qıza  heç 

kəs  toxunmayıb,  mehribanlıq  göstərib  və  gətirib  Hacı  Zeynalabdinin  qızlar 

məktəbində yaxşı əmin adamlara tapşırıblar. 



Ə  L  A  V  Ə:  Bakıda  qırğın  daha  da  şiddətlənərkən  erməni  tayfasından 

silahlı bir dəstə şəhərin küçələrində dolaşaraq hambalları və əlsiz-ayaqsız qocaları 

tutub öldürürdü. Həmin vaxt Bakının din xadimlərindən birisi öz qonşularında olan 

övrət  və  uşaqları,  eləcə  də  qocaları  öz  evinə  cəm  edib,  darvazanı  bağlamışdı. 

Bundan  xəbər  tutan  erməni  dəstəsi  mollanın  evinin  yanına  çatarkən  belə  qərara 

gəldilər ki, Lalayevin əvəzini çıxmaq üçün bu mollanın evindəki övrət və uşaqları 

öldürüb,  evinə  od  vurub  yandırsınlar.  Bu  əzm  ilə  evin  darvazasını  sındırıb  içəri 

girmək istəyərkən, o biri tərəfdən ləzgi tayfasından bir dəstə onların üstünə  gəldi. 

Onlar  erməniləri  öldürüb,  mollanın  evində  olan  övrət-uşaqları  erməni  şərindən 

xilas  etdilər.  Ondan  sonra  ləzgilər  xəncərlərini  erməni  qanından  pak  edib  üz 

tutdular göy səmtinə və ərz elədilər ki, «Ya Məhəmməd, atamız-anamız sənə fəda 



15 

 

olsun,  sənin  dininin  düşmənlərini  məhv  edib,  cəhənnəmə  vasil  etdik.  Bizdən  razı 



oldunmu?» Xülasə, həmin müdafiə günündə ləzgi tayfasının Bakı müsəlmanlarına 

köməyi çox oldu. Həmin gün onlardan beş nəfər şəhid oldu. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin