Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə47/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   43   44   45   46   47   48   49   50   ...   71
kitab20111201122645312

Ə  L  A  V  Ə:  Yuxarıda  göstərilən  tarixdə  qalalı  Məlik  Paşayev  bir  neçə 

ermənilərlə  birlikdə  altmış  min  manatlıq  misi  apararkən  müsəlmanlar  tərəfindən 

tutulub Ağdama aparılmışdır. 

 

ƏHMƏD BƏYİN QIZI HƏMİDƏ XANIMIN ƏHVALATI 



 

Bu  günlərdə  Cavanşir  Əhməd  bəyin  qızı  Həmidə  xanım  bir  dəstə  atlılarla 

birlikdə böyük təmtəraqla  Ağdama gəldi.  Ağdamın camaatı onu böyük hörmət və 

ehtiramla  qarşılayaraq  bir  gözəl  mənzildə  yerləşdirdilər.  Həmidə  xanım  cənab 

Cəfər bəyə bildirdi ki, millət xüsusunda camaata bir neçə söz demək istəyir. 



58 

 

Cəfər  bəy  xeyriyyə  məclisinin  üzvlərinə  buyurdu  ki,  bazar-dükanlarını 



bağlanıb camaatın böyük meydana toplaşması haqqında göstəriş versinlər. Camaat 

və  əyanlar  yavaş-yavaş  böyük  meydana  toplaşdılar.  Həmidə  xanım  Cəfər  bəy  ilə 

birlikdə hündür bir eyvana qalxdılar. Həmidə xanım üzünü Cəfər bəyə tutaraq onun 

buraya nə məqsədlə gəldiyini camaata çatdırmasını xahiş edir. 

Cəfər  bəy  uca  səslə  dedi  ki,  ey  əyanlar  və  müsəlmanlar!  Həmidə  xanım 

zəhmət çəkib bu uzaq yolları gəlməkdə məqsədi aşağıdakılardan ibarətdir: Həmidə 

xanım  buyurur  ki,  mən  Qalada  bizim  qan  qardaşlarımızın  çox  zəhmət  və  əziyyət 

çəkdiklərini  eşitdim.  Mənə  məlum  oldu  ki,  kəndlərdə  yaşayan  ermənilər  yolları 

kəsərək  camaatın  Qalaya  ərzaq  və  mal  gətirməsinə,  eləcə  də  dəyirmana 

getmələrinə mane olurlar. Buna görə də mən bütün sursatları ilə birlikdə iki yüz atlı 

toplayaraq  onların  köməyinə  gəlmişəm.  Mən  bir  övrət  olsam  da,  müsəlman 

qardaşlarımızın  belə  əziyyət  çəkməsi  gecə-gündüz  mənə  əziyyət  verərək  rahat 

buraxmırdı.  Qardaşlarımız  Şuşada  belə  əziyyətlərə  məruz  qaldıqları  halda  biz 

burada  rahat  yeyib-içib,  yata  bilmərik.  Mənə  yaraşmaz  ki,  siz  olan  yerdə  mən 

xalqımızın  bu  əziyyətdən  qurtarılması  üçün  mübarizə  aparam.  Ona  görə 

cənablarınızdan  xahiş  edirəm  ki,  siz  də  qüvvələr  toplayıb  mənim  gətirdiyim 

atlılarla  birlikdə  zir-zibili  müsəlman  qardaşlarımızın  yolundan  təmizləyəsiniz  ki, 

onlar rahat yaşaya bilsinlər. 

Meydana  yığışan  camaat  yuxarıda  deyilən  sözləri  eşitcək  Həmidə  xanımı 

ürəkdən  alqışladılar.  Hətta  bəzi  şəxslər  bu  sözlərin  təsirindən  kövrələrək  ağladı. 

Camaat cavab verdi ki, biz yeddi yaşından yetmiş yaşına kimi hamımız malımız və 

canımızla  bu  yolda  mübarizə  aparmağa  hazırıq.  O  yolkəsənlər  də  öz  layiqli 

cavablarını alacaqlar. Odur ki, siz narahatçılıq keçirmədən öz məqamınıza qayıdın, 

Allah-təalanın köməyi ilə biz bu işlərin hamısına əncam çəkərik. 

Həmidə xanım xeyriyyə məclisinə iki yüz manat nəqd pul və iki yüz pud un 

və arpa bağışlayıb ehtiramla öz kəndinə təşrif apardı. Allah ondan razı olsun. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin