QATIQÇI
ġairdi gəlir təbinə söz, baĢına həm Ģur,
Peyvəstə kamal əhli tutub Ģairi mənzur.
Ġnsafidi tutmaq məni bu haldə məzur,
Guya ki, vurub riĢəmə bir tiĢə qatıqçı.
Atdım oxumu hər zada gördüm, daĢa dəydi,
Bilməm nədir illət ayağa, gəh baĢa dəydi.
Özgə ox atanda görürəm kim quĢa dəydi,
Yox fərq verən haləti-dərviĢə, qatıqçı.
Yarəbb, nə adamdır, bu aya necə millət,
Aya nə səbəbdən elüyübdür belə cür’ət.
Layıqdı yalançı adama olsa məzəmmət,
Eylüyübdü yalan söyləməgi piĢə qatıqçı.
Aya görəsən etmədi xanın sözünə guĢ,
Yainki qurumsaq dediyin etdi, fəramuĢ.
Ya mayə tapulmubdu sınıb, ya da ki, kavuĢ,
Ya rəng qoyubdur sibilü riĢə, qatıqçı.
Bir torba qatıq, heyf ona olsun yarı qaymaq,
Bir aya kimi Qasirin eylər damağın çağ.
Qatıq gətirən üzünü heç eyləməsin ağ,
Daim baxasan gah pəsə, gah piĢə, qatıqçı.
Axır olacaqdır səni bir gün qola sallam,
Adəm kimi gəlsən, kiĢi kimi yola sallam.
Yoxsa qovaram bil, səni koldan-kola sallam,
Ölən günəcən yerin olar meĢə, qatıqçı.
MİRZƏ İSMAYIL QASİR - 210
2
97
QAMIŞ
Neçə müddətdi qamıĢ söhbətimiz ləngə düĢüb,
Ġstərəm Ģe’r yazaq, qafiyəmiz təngə düĢüb.
Molla Fəttahi tanır hər kimi dindirsən əgər,
Neçə illərdi lotu hər ili bir rəngə düĢüb.
Min manat bir neçə ildir güdə Seyyiddən alıb,
Göstərib ġeyx özün hiylə ilə Ģəngə düĢüb.
Molla Fəttah məni aldatdı qamıĢdan ötrü,
Ġki-üç ildir onunla iĢimiz cəngə düĢüb.
Altı ay tacir olub, bir-iki ay mərsiyəxan,
Sərpilib qol-qanadı iĢləri bir həngə düĢüb.
Ġstiyən vəqtdə Seyyid pulunu molladan,
Deyəsən çərs çəkib, tiryək atıb, bəngə düĢüb.
MİRZƏ İSMAYIL QASİR - 210
2
98
ƏRƏ VERDİ
Hacı filan öz qızını Ģövhərə verdi,
Yəni ki, bizim türki dilicən ərə verdi.
YaxĢı-yamanın eyləməyib heç təfəhhüs,
Əlhəqq, o biĢarəni simü zərə verdi.
Öz nökərinə versə idi gər bu ayaqdan,
Heç kimsə deməzdi ki, qızı nökərə verdi.
Söylür tanıyanlar hamı əfsus o qızdan,
Ahu bərəni bir yekə nərrə xərə verdi.
Söylüblə qızı ver itə, amma iti aldat,
Bu səhv eləyib, qoydu iti əntərə verdi.
MİRZƏ İSMAYIL QASİR - 210
2
99
SƏN ÖLƏSƏN
Xeyli məĢhur olubdur, bu zaman, sən öləsən,
Söylüyür bir-birinə pirü-cavan, sən öləsən.
YoxumuĢ qeyri zad and içməgə, aya görəsən
Ki, olub bir belə dillərdə rəvan sən öləsən.
Xasü am içrə qəribə mütəarəf olmuĢ,
Ġnanır söyləsə hər kimsə yalan, sən öləsən.
Farsiyan yek digərira to bemiri qofqənd,
MiĢəvəd tərcüməəĢ baz həman, sən öləsən.
Bilmirəm mən bu necə sən öləsəndir, ya rəbb
Ki, olub təkbiyəgahi-əhli-cəhan, sən öləsən.
Üləmavü ürəfadən də görünmüĢ güya,
Gahi zahir, gahi söyləllə, nəhan, sən öləsən.
Tərk olub indi bizim əsrdə hər qism qəsəm,
Eylüyüb xəlqə hamı çərbi-zəban, sən öləsən.
Nə ki, Azərbaycan, bəlkə, Ġraq əhli, hamı,
Dəb olub bunda çinin, onda çinan, sən öləsən.
Tarı peyğəmbərə xəlqin o qədər bavəri yox
Ki, düĢüb ortalığa xeyli yaman, sən öləsən.
Kə”bədən bəs deyəsən, qəndil üzübdür, ey dil,
Desə bir-birinə hər kimsə yalan, sən öləsən.
Anlasa gər bir-birinə yalan yerə deyib,
DüĢər ortalığa nahaq yerə qan, sən öləsən.
MİRZƏ İSMAYIL QASİR - 210
300
Gündə min dəfə yalan andı içər Qur’ana,
Xəlqə Qur’anidən artıqdır güman,sən öləsən.
ġəxs əgər Ģəxsi bilib doğru sözünə inanır,
Lazım olmaz demək il vəchə filan, sən öləsən.
Bəs yəqin heç kəsin heç kəs inanmaz sözünə,
Söylüyüb bir-birinə yaxĢı-yaman, sən öləsən.
And içib bir parə nökər ağasının baĢına,
Söylüyüb bə’zisi birdəb-birə xan, sən öləsən.
MİRZƏ İSMAYIL QASİR - 210
301
GƏRƏK
Dusta! Hər Ģəxs üçün aləmdə bir sənət gərək,
Ol səbəbdən hər kimə ruzi ola qismət gərək.
Bə’zilər bəzzaz, minasaz, bə’zi pinəduz,
Bə’zilər Ģair olur çün mayeyi-hikmət gərək.
Bir qəba, bir cübbə, bir Ģalvar artıq zad degil,
Mərdi-alitəb’, Ģəxsi-sahibi-himmət gərək.
Vardı bə’zi kimsələrdə pulü mulü mülkü mal,
BəxĢiĢü ehsanü bəzlü cud üçün cür’ət gərək.
Yazmaq ilə əsl mətləbdən xəbərdar olmasan,
Həm dililə etməgə təqrir bir xəlvət gərək.
Mən sənə ərz eylədim olmaz filandan fayidə,
Sən dedin hər nəf’ üçün adəm çəkə zəhmət gərək.
Mahi-ruzə həm Ģəbi-ehyayi-dovvom vəqt təng,
Yaz dedin, yazdım və lakin vəqt üçün vüs’ət gərək.
Mən bunu biniyyətü biqəsd yazdım, vəchi var,
Eyləmək hər bir əməldə niyyəti-qürbət gərək.
Əhli-mə’ni mücrimi-filfövr simadan tanır,
Əhli-zahir bilməgə bu mətləbi diqqət gərək.
Mən də bir Ģair o məmduhimdü, siz də vasitə,
Böylə Ģəxsə eyləmək hər ləhzə yüz lə’nət gərək.
MİRZƏ İSMAYIL QASİR - 210
302
VÜSUL OLDU MƏNƏ...
Vüsul oldu mənə bir töhfə kim, mərdanə göndərdin,
Mənimçün guyiya bir xəl’əti-Ģahanə göndərdin.
Götürcək mehr ünvanından oldu gözlərim bina,
Nə xoĢbəxtəm ki, Yusif kömləgin Kən’anə göndərdin.
Əcəb piçidəçin eyləmiĢidin zülfü-tərsa tək,
Kəlisayi-məhəbbətdən məni Sən’anə göndərdin.
Məni pabənd qıldın bir ədəd Ģəlvar bəndilə,
Xəyali-digər etmə, məclisi-ürfanə göndərdin.
Onun hər tarinə can riĢtəsini bənd qılmıĢdın,
Nə aləmdir ki, canan məhvəĢini canə göndərdin.
Nə müddətdir pəriĢandır, qərəz bu bəndi-Ģəlvari,
Ərusi-təbimin zülfinə sən bir Ģanə göndərdin.
Məni-məxmur üçün, ey eyləyən bu nüktəni inĢa,
Nə bildin, talibəm, ondan mənə peymanə göndərdin.
Budur ərzim sənə, ey mehribanım, xalq bilsinlər,
Yazıb bir namə hər dəm Qasiri-nalana göndərdin.
MİRZƏ İSMAYIL QASİR - 210
303
EŞİTMİŞƏM QALADA...
EĢitmiĢəm qalada bir cəng olub,
BilməmiĢəm doğrusu nə həng olub.
Ancaq mənə belə yetiĢdi xəbər,
Az qalıb qala ola zirü zəbər.
Söylədilər bir cürə rəvayəti,
Mən də yazdım bu gunə hekayəti.
Anlamadım, doğrudu, ya yalandı,
Ancaq için, görək necə palandı.
EĢitdiyim sözlərdən nəql eylədim,
Qulaq asın yaxĢı-yaman söylədim.
ArtaĢin oğlu Abramın bir rəngi var,
Çəkməçi Girkoriylə onun cəngi var.
Çəpər çəkib veribdir iĢi qarıya,
ġeytan birdən gəlib, girib araya.
BaĢlayırlar bir-birilən davaya,
BaĢlarına deyəsən gəlib hava.
Bir-birinə veriblər min-min söyüĢ,
Onun dalısı gələcəkdir döyüĢ.
Abram söyür Girkoru tutub dava,
Girkor deyib danıĢma yava-yava.
Xalq gəlib haya, verib fıĢqırıq,
Ara qarıĢıbdı, qopub qıĢqiriq.
MİRZƏ İSMAYIL QASİR - 210
304
Hər ikisi pəhlivantək qapıĢıb,
Bir-birinin yaxasından yapıĢıb.
Abram özün bir-dəm salıbdır zora,
Bir badalaq bənd edib Girkora.
Acıqlanıb Girkor birdən tollayıb,
Abramı baĢ üstə yerə zollayıb.
Girkor tutub əlinə iynə-bizin,
Ġstəyir ki, deĢə Abramın gözün.
Ġstəyir Abram dura bir az gəzə,
Naqafildən Girkorun belin əzə.
YumruqlaĢıb oldular əlbəyaxa,
Rayçılar qalıbdır baxa-baxa.
Qah deyiblər barıĢdıraq,
Ya təzədən aranı qarıĢdıraq.
Bir neçə adam onları danlayıb,
Onların ki qəbahətin anlayıb.
Biçarələr əlləĢməkdən, yorulub,
Bəs deyəsən ki, danadır burulub.
Anlamaq olmur bu necə fənd imiĢ,
Hər ikisi əmanətə bənd imiĢ.
Saqlasit olub o saat sarıĢdılar,
Bir-birilə zahirən barıĢdılar.
Abram o saət əl çəkib kiĢidən,
PeĢiman oldu tutduğu iĢindən.
MİRZƏ İSMAYIL QASİR - 210
305
Bir-birinin üz-gözünü etdi maç,
Dost oluban hər ikisi çəkdi xaç.
Abram dedi Girkora, ya vinovat,
Posle eto budim ne Ģalit brat.
Ya proĢu ot vas izvinenie,
Teper budet ümniye dyadya.
Yazıq Girkor bu sözü doğru qanıb,
Abram ağanın sözünə inanıb.
Abram deyib indi çəpər çəkginən,
Hər nə ürəyin istəyir əkginən.
GəlmiĢidi bir neçə adam haya,
Əllərinə götürmüĢdülər paya.
Hər bir dəstə özün verib bir yana,
Dava qızıĢsa girələr meydana.
Gördülər ki, Abram gəlibdir yola,
Dağıldılar hər biri sağa, sola.
Girəvə düĢdü Girkorun əlinə,
Durub o dəmdə yapıĢıb belinə.
Əyri qazıb torpağı, gah qıyqacı,
Abram ona baxırmıĢ acı-acı.
YavaĢ-yavaĢ əyləĢib çəpər çəkə,
Abram deyib ahəstə züvə məkə.
Usta Girkor eĢitməyib onun sözün,
TikmiĢdi çəpərə ancaq gözün.
MİRZƏ İSMAYIL QASİR - 210
306
Abram bir ləmə çıxardı cibbindən,
Vurub onun qulağının dibindən.
Dünya Girkorun gözünə tar olub,
O birisi qulagı da kar olub.
Söz eĢitməz qulaqları fağırın,
YavaĢcadan ovĢamaçı çağırdı.
Hər kəs istər ki, Girkoru çağıra,
Qərəz gərək öküz kimi bağıra.
O erməni çəkməçi, mən müsəlman,
YaxĢı adam yaxĢıdır, yaman-yaman.
Çox ürəyim yanır mənim Girkora,
Hər kəs onu incidə bundan sora.
Görsün onu mən nə cürə bəzərəm,
Qələmilə bel-buxunun əzərəm.
Qələm mənə tüfəngi ĢəmĢirdir,
Cəng günü tapancavü tirdir.
Usta Girkor bir çəkməçi kiĢi,
Xalqa çəkmə tikmək onun iĢi.
Bir də əgər tərk eliyə peĢəsin,
Yə’qin bilsin qazacağam riĢəsin.
Ona nə lazımdı ki, qəssab ola,
Gecə-gündüz yatmayıb bixab ola.
Milçəyi qovsun ətə tiksin gözün,
Qafil olub əlinə soxsun bizin.
MİRZƏ İSMAYIL QASİR - 210
307
YETİŞİB YENƏ XATİRİMƏ...
YetiĢib yenə xatırıməbir kəlam,
Zikr olacaq onda hədisi-Qulam.
Çün o məni həmiĢə dilĢad edər,
Töhfəyi-dilxahım ilə yad edər.
Həm mənə ixlasını eylüb məzid,
Məhz iradətlə olubdur mürid.
Belə müĢəxxəs edərəm zövqi var,
Nəzmilə əĢa’rə bəsi Ģövqi var.
Heyf ki, dərk eyləməyibdir savad,
Kəsb eyliyə tuĢeyi-zadi-məad.
Olubdur bibəhrə belə tuĢədən,
ġükr çıxıb ortalığa guĢədən.
Bir quru iĢdən yekə Ģöhrət tapıb,
Əhli-hünər yanında izzət tapıb.
Ġsminə söylərlər əgərçi Qulam,
Təbi’də amma görünür xoĢkəlam.
BaĢında mə’lum olunur nyri var,
Mən biləni nəzərdə mənzuri var.
Gah-gahi laf vurur eĢqdən,
Daim olur vird belə məĢqdən.
Bilsə nədir, rah günahü səvab,
Bir para iĢlərdən edər, ictinab.
MİRZƏ İSMAYIL QASİR - 210
308
Gər taniya vəchi-həlalü həram,
Hökmünə Ģər”in eləyər ehtiram.
Qoysa əgər eĢq yoluna qədəm,
Faydası artıq olur dəmbədəm.
EĢqi salamat ola görməz ziyan,
Tul ola bu nüktəni etsəm bəyan.
Müxtəsəri-qəlbi olur cayi-eĢq,
Zahir olur baĢında sevdayi-eĢq.
AĢiqü mə’Ģuq sözün yad edər,
Bülbül tək zümzümə bünyad edər.
Gah danıĢır, Leyliyü Məcnundan,
Bir para üĢĢaqi-cigər-xundan.
Ləhzeyi-ġirinilə Fərhaddan,
Deyib fəramuĢ eyləməz yaddan.
Gah deyir Vamiqü Əzra sözün,
Söhbəri gül, bülbüli-Ģeyda sözün.
Xatiri mənzilliyə məhbub olur,
Həm özü aĢiqliyə mənsub olur.
EĢq onu bir riĢtə ilə bənd edər,
Bir bütü gülçöhrəyə pabəd edər.
Mədrəkeyi səbri olur tarimar,
EĢq onu qoymaz tuta hərgiz qərar.
Gah danıĢır zülfi binaguĢidən,
Gah gedər taqətü həm huĢidən.
MİRZƏ İSMAYIL QASİR - 210
309
Qasiri-biçarə, bəsi fikr edib,
ġəmmeyi-eĢqin sifətin zikr edib.
EĢqə hər ol kimsə ola mübtəla,
Kim çəkəcək möhnətü dərdü bəla.
EĢqdə vardır iki günə təriq,
Qayil olubdur bu sözə hər fəriq.
Biri həqiqətdü birisi məcaz,
Bundan onu əql verib imtiyaz.
Rast həqiqət yolunun saliki,
Görməyib ol rahdə bir haliki.
Getsə əgər Ģəxs təriqi-məcaz,
Hərdəm oxur Ģur yerinə hicaz.
YaxĢı güləndamlara tuĢ olur,
Bir para dilbərlə həmağuĢ olur.
Tapanda mə’Ģuquna həmdəstlik,
Tapar onu həmiĢə sərməstlik.
Ġstər ola pir və ya ki cavan,
AĢiq olan kimsə olur natəvan.
Cəhd edən hər kimsə həqiqət tapar,
Məcazdən axırı töhmət tapar.
EĢqə hər ol kimsənə qoydu qədəm,
Axır onun oldu vücudi ədəm.
ġahları eĢq edibdür qulam,
Gah qulam olubdu sahibməqam.
MİRZƏ İSMAYIL QASİR - 210
3
10
Ġstəsə bir Ģəxs özünü Ģah edər,
Xaliqə bir bəndeyi-dərgah edər.
ġəxs özün istəsə eylər vəzir,
Xəlqi-cahan içrə olar binəzir.
Əqlüvi sən də baĢuva cəm’ qıl,
ġö’lənüma ol, özünü Ģəm’ qıl.
Cəhd elə ta ki, olasan niknam,
Xəlq desinlər sənə ağa Qulam.
Həqqi tutüb nəzərdə mərd olgilən,
Nadiri-fərzaneyi-mərd olgilən.
Əhli-zaman iĢlərini seyr elə,
Eyləmə pis iĢ,əməli-xeyr elə.
Xəlq çoxu əyri gedər düz yolu,
Var kiĢilik aləminin yüz yolu.
MİRZƏ İSMAYIL QASİR - 210
3
11
QIŞ ÇIXDI, BAHAR OLMAĞA...
QıĢ çıxdı, bahar olmağa az qaldı, gəlir yaz,
Bürci-həmələ girməyə xürĢid qalıb az.
Yerdən göyərir səbzə, açır Ģaxi-Ģükufə,
Bülbül gəlir əfğana, oxur Ģur ilə Ģəhnaz.
Bu fəsldə bəs Ģövqə gəlib tayiri-ruhim,
Ġstər bu ki, cismim qəfəsindən edə pərvaz.
Göftarə gəlib zövqilə həm tutiyi-təbim,
Eylüb necə gər bir Ģəkər əfĢanlığa ağaz.
Çoxlar nəzərə gəldi belə vəqtidə, amma,
Bu cümlədən etdim Ağa Məhəmmədi mümtaz.
Çünki bu müĢəxxəsdi ki, sən naz çəkəncən,
Bais budur ancaq sənə mən eyləyirəm naz.
Mərdanəvü rindanəvü loti-lotiyanə,
Yüz danə balıqla məni gəl eylə sərəfraz.
Yox çayda balıq ta eyliyə xalqa kifayət,
Gər olsa da, almaqlığa yox kisədə bir qaz.
Kərbəlayi Məhəmməd Hüseyni etgilə agah,
OlmuĢdu üĢaqlıqda mənə munisü həmraz.
Bu iĢdə verün əl-ələ, bir himmət edün siz,
Yüz balıqla, bəlkə, kefi siz edəsiz saz.
Yüz çox nəzərə gəlsə, verin əllisini siz,
Həm əllisini mərhəmətü lütf edə Knyaz.
MİRZƏ İSMAYIL QASİR - 210
3
12
Bu il eləyin siz məni Knyaza düagu,
Siz də olacaqsız bu düada ona ənbaz.
Ġranda qovurma ilə ətlə keçinir iĢ,
TalıĢda balıqsız xörəyin ləzzəti olmaz.
Ġstər ki, müsəmma ola dolmavü badımcan,
Kükü ola, yainki fisincanü ĢeĢəndaz.
Bildirki kimi qıl bizə bir dəf’ə də ehsan,
Ehsan qapısın bağlama, qoy daim ola baz.
Min kəllə sınıbdır bu Kələdəhnədə yüz baĢ,
Həm erməni, rus və həmĢəhriyü sərbaz.
Var indi yazanda bu sözü bir neçə adəm,
Hacı Əliyü Əhmədü Yusifbəyü-ġahbaz.
Bildi hamısından ki, balıq istəyirəm mən,
Dedim yazıram bu sözü yaran, dedilər yaz.
Bu qaidədir nəql deyər xalqa bu dərviĢ,
Bir yerdə qoyar nəqlini, axırda vurar qaz.
Aləmdə olur hər keçəlin talei, amma,
Səd heyf, mənim olmadı baĢım keçəlü daz.
Nə Ģeyx, nə molla, nə müridəm, nə müəzzin,
Nə sahibi-əmlak, nə tüccar, nə bəzzaz.
Nə zərgərü xəyyatü külahduz, nə kəffaĢ,
Nə misgərü qəssab, nə baqqal, nə xəbbaz.
Hər kim sənə təhsili-məiĢət eləməkdə,
Öz sənətinin mənfəətin hey edər ibraz.
MİRZƏ İSMAYIL QASİR - 210
3
13
Bu əsrdə Ģairlik olubdur mənə sənət,
Bu sənətdən mən tapıram hörmətü e’zaz.
Bir Ģah Ģuca olsa həqiqət bu zamanda,
Zahir olu hər guĢədə bir Hafizi-ġiraz.
MİRZƏ İSMAYIL QASİR - 210
3
14
AH, SƏD AH, HEZAR AH...
Ah, səd ah, hezar ah, rəfiqa, səd ah,
Oldu bica yerə ömrüm bu cahan içrə təbah.
Ləzzəti-eyĢi-zəmanə mənə ənduh olmuĢ,
Hər günüm türreyi-dilbər kimidir Ģami-siyah.
TəĢnədil mən gəzərəm çölləri, kor olmuĢ göz,
Niyə görmür, görəsən, tutmuĢ imiĢ dəhri miyah.
ġərhi-qəm çoxdu sənə, qoy hələ bu dərdi yazım,
Elə dərdi kim ona var necə tə’dili-kuvah.
Bu zimistan olub nəĢ’eyi-məstan kimi səxt,
YapıĢır baĢmaq ayağa, nə olur baĢa külah.
Bitədarük kiĢinin hali yaman gunə keçir,
Bir belə fəsldə dərviĢ ola, ya da ola Ģah.
Biz də hər qism tədarük eləmiĢdik hazır,
O zamanlarda Nəsir xanla oldum həmrah.
Qayıdan vəqtdə gördüm ələf olmuĢdu tələf,
Ġndi yoxdur atıma verməyə bir çəngeyi-gah.
Hərçi fikr eyləyirəm mətləbim olmur hasil,
Yox həqiqətdə samandan ötəri cayi-pənah.
Bircə bu barədə zənnim sizi idrak etdi,
Bu səbəbdən yazıb etdim səni iĢdən agah.
Açmaram xalqa bəyan, eyliyə bilməm əlimi,
Versələr istəmərəm gərmənə bir tayə giyah.
MİRZƏ İSMAYIL QASİR - 210
3
15
Necə məfluq olana mənfəət eylər mə’cun.
Samanın hər təkəsi əsbə verir qüvveyi-bah.
Üç balası ilə yaraĢır eyləyim amadə,
Könlümün məqsədinə tapmayacaq hərgiz rah.
Qasıma söyləgilən qismətin etsin mə’lum,
Ġçməsin heç qəsəm verməməyə vardı günah.
Bir məsəl var, quyu özü gərək sulu ola,
Özgə su tökmək ilən olmaz əgərçi sulu çah.
Nə qədər ot verəsiz, mən bilirəm ki, yeyəcək,
Yenə novruzə kimi atlarımız, ya gəhi-gah.
Gər hava olsa müxalif ola, istəbli-həsar,
Çü dügahilə yetib, gah nəva ilə segah.
Var saman sizdə güman oldu yaman istəməyə,
Olsa guya olacaq Qasir üçün rütbeyi-cah.
MİRZƏ İSMAYIL QASİR - 210
3
16
UYMA EY DİL, QƏFLƏTƏ BİRDƏN...
Uyma ey dil, qəflətə birdən ayıl sən xabidən,
Hər zaman ibrət götür kirdari-Ģeyxü Ģabidən,
TapmamıĢ əhli-zəmanədən bir həqiqi aĢina,
Xatirim azurdə olmuĢ zümreyi-əhbabidən.
Vacibati tərk edib bil-mərrə əhli-ruzigar,
Əl götürmüĢ əksəri əĢxas istehbabidən.
AĢinəvü dostluq rəsmindən ancaq ismi var.
Həm sədaqət zahir olmaz, zümreyi əsbabidən.
Yox həqiqətdə zənnü fərzəndidən bir faidə,
Qeyrü fikrü, dərdü möhlət, qüssəvü xünabidən.
Müqtəzayi-əsridəndir, ya xilafi-təb’idən,
Görmərəm olsun müvəffəq bir nəfər tüllabidən.
Hər biri bir nəhv ilə təhsilə ömrü sərf edir,
Olmuyubdur bir nəfər müxbir bir an heç babidən.
Tifli məktəb, əbcədü adabü olurmuĢ,
Hər biri tarixi-mö’cəm, həm oxur əbvabidən.
Hər kəsi bir adəmi, eylir həvayi-nəfslən,
Bir nəfər yox eyliyə təhqiq ülul əlbabidən.
Bil, bizimbu Ģəhridə hərgiz ülül-əbsar yox,
Filhəqiqət xəlqə müstəhzər edə abadidən.
QıĢ günündə bixəbərdir haləti dərviĢdən,
Hər kəsin var xirqəsi ancaq xəzü Səncabidən.
MİRZƏ İSMAYIL QASİR - 210
3
17
Hardasan eylə zühur, ey sahibi-əsrü zaman,
Qoyma, Qasir qərq ola qurtarqilən girdabidən.
MİRZƏ İSMAYIL QASİR - 210
3
18
İSTƏMƏZ ALƏMDƏ ŞAİR...
Ġstəməz aləmdə Ģair söyləsin əĢa’ri-çəp,
Necə kim, ustad kəc hərgiz qayırmaz karı-çəp.
Dövreyi-əyyami qıldım seyr bir pərgari tək,
Rast olmaz dairə olsa əgər pərkar-çəp.
Hər tərəfdən həlqeyi-zülfün edərlər qəsdi-can,
Doğru sözmüĢ, niĢ vuranda həmlə eylər mari-çəp.
Hər o kəslər kim məhəbbət aləmindən dəm vurar,
Mədhi movladə gərəkdir, olmasın göftar-çəp.
Oldu bu mövla müməyyiz milləti-islam üçün,
Vərnə tərk olmazdı mütləq xalqdan zinnar-çəp.
Rast olmazdı əsasi-Ģəri’-peyğəmbər əgər,
Olmasaydı Züfüqari-Heydəri-kərrari-çəp.
Olmasa bir dəftər içrə zikri-mədhi-mürtəza,
Döğrusu əl kəc, gələm əyri olur, tumari-çəp.
Həqqi batil sandı cəhlilə biri gördü iki,
Rəsmi əhdas eylədi bir əvəri-idbari-çəp.
Vəqtidir gəlsin gərək viranə etsin sahibi,
Hər əsası kim, ola eylüb onu me’mari-çəp.
Cəhd eylə, Qasira, aləmdə bir düz yar, tap,
Heç təfavüt yoxdu əğyarilə olsa yari-çəp.
MİRZƏ İSMAYIL QASİR - 210
3
19
DÜŞƏR HƏR DƏMDƏ...
DüĢər hər dəmdə piçü tabə könlüm.
Xəyalinlə olur həmxabə könlüm.
Olur zülfün kimi halım pəriĢan,
Çəkirsənmi de səndə ahü əfğan.
Olursanmı fərağımda cigərxun,
Bulursanmı gözündən əĢki-gülgün.
DüĢəndə çeĢminə çeĢmi-xuramım,
Xüsusən iki lə’li-abidarım.
Tuturmu xatirin qəmdən küdurət,
Çəkirsənmi mənim tək dərdü möhnət.
Necə yalqız tutur səbrü qərarın,
Qara mənsiz keçirmi ruzigarın?
TamaĢa etgilən səhraya cana,
Gələ həm nərgisi-Ģəhlaya, cana.
Sölə, mən tək yetibsən sən də, cana,
Dönübmü hicrdən qəddin kəmanə?
Qılıb əĢkim sarı rəngisi lalə,
Fəraqın döndərib cismimi nalə.
MİRZƏ İSMAYIL QASİR - 210
3
20
GƏR KAMANDARİ- FƏLƏK...
Gər kəmandari-fələk üstümə yağdırdı xədəng,
HaĢalillah ki, bu mə’nada olam hövsələ təng.
Könül istər mənə bu tir peyapey dəysin,
Zəxmdən bak eləməz kim, bu müĢəxxəsdi pələng.
GuĢəvü tuĢə ilə himmətim olmuĢ qane,
VurmuĢam daməni-mövlayə təvəlla ilə cəng.
Gər ki, pərkar sifət etdi məni sərkərdan,
Çərxi-dun bir ayağım dairədə olmuĢ ləng.
Gecə-gündüz budu virdim məni hifz et, ya rəbb,
Nəfsi-əmmarə ilə əqli-səlim eylər cəng.
GirmiĢəm daireyi-hüsni-vəliyyüllahə,
Dəyməsin ĢiĢeyi-ömrümə həvadisdən səng.
Gah-bigah verib mədh ilə seyğal Qasir,
Hər zaman ki, tutar ayineyi-təbi’ni zəng.
Girməsin kimsə mənim cəngimə Ģairlərdən,
Bu məsəl türkidə: yüz qarğaya bir səngi-səpəng.
MİRZƏ İSMAYIL QASİR - 210
3
21
Dostları ilə paylaş: |