M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


İnteraktiv təlim metodları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə70/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   142
Ali mekteb pedaqogikasi-kitab

İnteraktiv təlim metodları. Nəzərdən keçirilən metod-
larla yanaşı hazırda təlim prosesində interaktiv təlim metod-


115 
larından da geniş istifadə edilir. Belə metodlara “əqli hücüm” 
(və ya “beyin həmləsi”), “Dəyirmi masa”, “insert” metodu, 
“bibo cədvəli” metodu, Venn diaqramı metodu, şaxələndirmə 
(klaster) metodu, ziqzaq (ekspert) metodu və b. daxildir.
Əqli hücüm” (“Beyin həmləsi”) metodu tələbələri 
fəallaşdırmağa, müstıqilliyi inkişaf etdirməyə xidmət edir. Bu 
metodda qrup iki yarımqrupa bölünür, 3 tələbə ekspert rolunda 
çıxış edir. Əvvəlcə müəllim məşğələnin gedişi haqda məlumat 
verir, problemləri irəli sürür. Sonra I yarımqrup müəllimin irəli 
sürdüyü problemin həlli yolları ilə bağlı mülahizələrini bildirir. 
II yarımqrup onların fikirlərinə tənqidi yanaşır, münasibət 
bildirir, problemin həlli üçün irəli sürdükləri ideyaları təhlil 
edib, qiymətləndirir, düzgün hesab etdikləri həll variantlarını 
müəyyənləşdirir və düzgün cavab siyahısına yazılır. Ekspertlər 
hər iki yarımqrupun fəaliyyətini təhlil edib qiymətləndirir, düz-
gün ideyaları qeyd edirlər. Bu metod tələbələrdə təhlil və ya-
radıcılıq qabiliyyətlərinin formalaşmasına müsbət təsir göstərir.
“Dəyirmi masa” metodu şifahi və yazılı şəkildə keçirilə 
bilər. Şifahi “dəyirmi masa” iştirakçıları qoyulmuş problem-
lərlə bağlı fikirlərini söyləyir, başqalarının fikirlərinə münasibət 
bildirir, öz fikirlərini əsaslandırırlar. Müəllim və ya ekspert qru-
pu tələbələrin fəaliyyətini təhlil edib, deyilənləri ümumiləşdirir. 
Yazılı formada bu iş yazılı şəkildə aparılır.
“İnsert” metodu təlim materialı üzərində tələbənin fəal 
zehni işi ilə bağlıdır. Tələbə mətni oxuduqca müəyyən işarələr 
sistemindən istifadə edir. O, karandaşla vərəqin qırağında yeni 
informasiyanı + işarəsi ilə, məlum məsələni v işarəsi ilə, əlavə 
məlumat tələb edən məsələni ? işarəsi ilə, əvəllki biliklərlə zid-
diyyət təşkil edən informasiyanı isə  işarəsi ilə qeyd edir. Bu 
metod materialı şüurlu mənimsəməyə, təhlil və ümumiləşdirmə
qiymətləndirmə və tənqidilik bacarıqlarının inkişafına kömək 
göstərir.
“Bibo cədvəli” metodu da buna yaxındır. Tələbə mətni 
oxuyub cədvəldə cavab yazır: nəyi bilirik?, nəyi bilmək 


116 
istəyirik?, nəyi öyrəndik? Sonra tələbələrin cavabları kollektiv 
və ya fərdi şəkildə təhlil olunub müəllim və ya ekspertlər 
tərəfindən qiymətləndirilir.
“Venn diaqramı” metodu tələbələrdə təhlil və müqayisə 
bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Tələbələr verilən 
iki obyekti (hadisəni) müqayisə edib, onların oxşar və fərqli cə-
hətləri cədvəl və ya diaqram şəklində yazırlar. Məsələn, həndə-
sədən kvadrat və düzbucaqlını müqayisə etmkələ diaqram tərtib 
olunur:
Bütün tərəflər
4 tərəfi
Qarşı tərəflər 
bərabərdir
4 təpəsi
bərabərdir 
4 düz bucağı 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin