Model anlayışı. Modelləşdirmənin mahiyyəti



Yüklə 0,66 Mb.
səhifə6/21
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#36927
1   2   3   4   5   6   7   8   9   ...   21
Kompüter-modelləşməsi-RIM-III-k

CH4 + 2O2 → C02 + 2H2O

Formal dillərin köməyi ilə formal informasiya modelləri (riyazi, məntiqi və s.) qurulur. Geniş istifadə olunan formal dillərdən biri riyazi dildir. Riyazi işarələr və düsturlar vasitəsilə qurulan modellər riyazi modellər adlanır. Riyazi dil formal dillərin toplusudur; onlardan bəziləri ilə (cəbr, həndəsə, triqonometriya) siz riyaziyyat dərslərində tanış olursunuz, başqaları haqda isə (çoxluqlar nəzəriyyəsi, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi və s.) ali təhsil pilləsində məlumat verilir.

Cəbri dil kəmiyyətlər arasındakı asılılıqları formallaşdırmağa imkan verir. Belə ki, Nyuton mexanika qanunlarını, ümumdünya cazibə qanununu kəşf etməklə və onları cəbri asılılıq şəklində yazmaqla dünyanın heliosentrik sistemini formallaşdırdı. Fizika kursunda cəbri dildə ifadə olunmuş müxtəlif funksional asılılıqlar verilir ki, onlar öyrənilən hadisə, yaxud proseslərin riyazi modelidir.

Məntiq cəbri formal məntiqi modelləri qurmağa imkan verir. Mühakimələr cəbrinin köməyi ilə təbii dildə verilmiş sadə və mürəkkəb mühakimələri formallaşdırmaq, yəni onları məntiqi ifadələr şəklində yazmaq olar. Məntiqi modellərin qurulması məntiqi məsələləri həll etməyə, kompüter qurğularının məntiqi modellərini qurmağa imkan verir.

Formal dillər vasitəsilə informasiya modellərinin qurulması prosesinə formallaşdırma deyilir.

Ətraf aləmin dərk olunması prosesində insanlar daim modelləşdirmədən və for- mallaşdırmadan istifadə edirlər. Yeni obyekti öyrənərkən, adətən, əvvəlcə təbii dildə onun təsviri informasiya modeli qurulur, sonra isə o formallaşdırılır, yəni formal dillərlə (riyazi, məntiqi və s.) ifadə olunur.

Formal modelləri tədqiq edərkən çox zaman onları vizuallaşdırırlar; məsələn, obyektlərin fəzada bir-birinə nəzərən yerləşmələrini vizuallaşdırmaq üçün sxemlərdən, qurğuların məntiqi modellərini vizuallaşdırmaq üçün məntiqi sxemlərdən istifadə olunur. Formal fiziki modellər animasiya vasitəsilə vizuallaşdırıla bilər. Vizual modellər, adətən, interaktiv olur, yəni tədqiqatçı proseslərin ilkin şərtlərini və parametrlərini dəyişə və bundan asılı olaraq nəticənin də dəyişməsini müşahidə edə bilər.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin