NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTU
Fakültə: Təbiət və incəsənət
Kafedra: Ali riyaziyyat və informatika
İxtisas: RİM-718,719,720.
Kurs : III
Fənn: Kompüter modelləşməsi.
Müəllim: Əzizova Fidan
MÜHAZİRƏ MƏTNLƏRİ
MÜHAZİRƏ №1
Model anlayışı. Modelləşdirmənin mahiyyəti.
Model maddi və ya xəyali göstərilə bilən elə obyektdir ki,tədqiqat prosesində obyekt orijinalı əvəz edir və onun bilavasitə öyrənilməsi obyekt.orijinalı.haqqında.yeni.biliklər.verir.Model özünəməxsus bir idrak vasitəsidir.Tədqiqatçı onu maraqlandıran obyekti məhz onun köməyi ilə öyrənir. “Model” termini insan fəaliyyətinin müxtəlif sahələrində geniş istifadə olunur.Hətta o dərəcədə çox istifadə olunur ki, modellər “dünyasının” harada qurtardığını müəyyənləşdirmək və idrak proseslərində nəyin modelləşditmə olmadığını demək o qədər də asan olmur.Model və modelləşdirmə anlayışlarının geniş yayılmasına baxmayaraq elmi ədəbiyyatda onların birmənalı izahı yoxdur.Model sözü ”(fr. – modele,lat.-modulus – ölçü,nümunə)geniş mənada hər hansı obyektin,prosesin,hadisənin əvəzləyicisi.kimi.istifadə.olunan obrazdır.Təsvir,sxem,çertyoj,qrafik,plan,riyazi ifadə və s.başqa sözlə model- real obyektin sadələşdirilmiş oxşarıdır.
Dostları ilə paylaş: |