Modellяrin təHLİLİ vя müqayisяsi



Yüklə 47,6 Kb.
səhifə4/4
tarix04.12.2022
ölçüsü47,6 Kb.
#72313
1   2   3   4
eziz kosnpekt

Düşmə əyriləri (Decline Curves)
Neft yatağının istismar vaxtıbir neçə mərhələ ilə xarakterizə olunur. Bu ideal istismar əyrisi adlandırılır. Bu mərhələləri göstərən nümunə şəkil 1.1də verilmiştir. Bu teorik bir istismar əyrisini ifadə edir. İlk öncə kəşfiyat quyusunun qazılma mərhələsidir. Kəşfiyat quyusunun ardından yatağın potensial formalaşması, quruluşu haqqındakı məlumatları əldə etmək məqsədiylə qiymətləndirmə quyusunun qazılma mərhələsidir. Sonrakı mərhələ isə başlanğıc yığımı mərhələsi yerləşmiştir. Daha sonra isə yatağın düşmə əyrisinə qədər, tam olaraq öz imkanına sahib olacağı hissə olan stabil sahə hissəsinə giriş mərhələsi göstərilmiştir. Növbəti mərhələ düşmə əyrisi mərhələsi və ondan sonra da yatağın son verimli vəziyyətinə qədər olan hissəsini iqtisadi sərhəd mərhələsidir.
Yataqların böyük bir qismində; əsasəndə kiçik yataqlarda, stabil sahə kiçik bir hissədə, qısa bir zaman intervalında yer alır və kəskin bir təpə kimi olur. Böyük yataqlarda isə stabil alan onillərlə davam edəbilir, bu daha çox istismar olunan karbohidrogen yatağın böyüklüyü və istismar obyektlerinin öz xüsusiyyətləri ilə əlaqədardır.
Düşmə əyrisinin bizim işimizdəki əhəmiyyəti ondan ibarətdir ki o, fenomenoloji yanaşmanın tətbiq olunan vaxtı vacib yer tutur. Belə ki, bu yanaşma növündə, yəni fenomenoloji yanaşmalarda, modellerin tətbiq olunabilməsi üçün mütləq şəkildə istismar prosesinin düşmə əyrisi vəziyyətinə keçmiş olmağı lazımdır. Əks halda yanaşmanın tətbiqi qeyri- mümkündür. Əgər tətbiq olunsa belə onun vermiş olduğu proqnoz nəticələrinə riayət etmək doğru olmaz.
İstənilən metodun tətbiqi, hasil olunmuş informasiya, yatağın işlənməyə başlanmağından sonra keçən vaxtın müddəti, istismar olunan mayenin miqdarı vs. bir çox digər xarici amillərlə bağlıdır.
Gözlənilən hal isə, yatağın istismarda olunduğu vaxt artdıqca, yatağın ehtiyatları haqqında proqnoz verəbilme sərhədi genişləyir və onların dəqiqliyi də bununla düz mütənasib olaraq artır.
Yüklə 47,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin