Modul Tipli Hospitalının baş həkimi və


Səhiyyə sisteminin islahatına ikinci cəhd: icbari tibbi sığortaya keçid



Yüklə 74,51 Kb.
səhifə5/12
tarix12.04.2023
ölçüsü74,51 Kb.
#96735
1   2   3   4   5   6   7   8   9   ...   12
İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020

Səhiyyə sisteminin islahatına ikinci cəhd: icbari tibbi sığortaya keçid 
Müxtəlif ölkələrdə səhiyyə islahatlarının təcrübələrini araşdıran ekspertlərin fikrincə, hər bir ölkədə fəaliyyətdə olan mövcud institutlar və hakim xüsusi maraq qrupları çox vaxt köklü dəyişikliklərin fəal şəkildə əleyhinə olurlar və hətta çox zaman bunun üçün əsaslar da tapa bilirlər. Buna görə də sistemin köklü islahatı üçün müəyyən bir siyasi yaxud iqtisadi sarsıntının olması lazımdır [Marc J.Roberts və başqaları, 2003].
Azərbaycanda səhiyyə sisteminin maliyyələşdirilməsində köklü islahatlara start verən belə sarsıntı məhz ölkənin 2015-ci ildə üzləşdiyi iqtisadi böhranı oldu. Bu zaman neft gəlirlərinin kəskin azalması səbəbindən hökumət çox ciddi büdcə məhdudiyyətləri ilə üz-üzə qaldı. Aydın görünürdü ki, neftin qiymətlərinin uzunmüddətli dövrdə aşağı qalacağı halda hökumət bir çox sahələri yetərincə maliyyələşdirmək çətinliyi ilə üzləşəcək. Səhiyyə isə elə sahədir ki, buraya ayrılan vəsaitin davamlı olaraq artırılması lazım gəlir. Həm də davamlı olaraq artmaqda olan bu tələbatı yalnız dövlətin imkanları hesabına ödəmək mümkünsüz ola bilər. Mövcud maliyyələşdirmə mexanizminin saxlandığı şəraitdə dövlətin səhiyyəyə ayırdığı vəsaitlərin həcmi nə qədər artsa da, əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını arzuolunan səviyyəyə çatdırmağın mümkün olmayacağı da aydın görünürdü. İcbari tibbi sığortanın tətbiqi isə hökumətə həm səhiyyə sektoruna əlavə maliyyə mənbələrini səfərbər etməyə, həm də maliyyə vəsaitlərinin daha səmərəli istifadəsi mexanizmlərinin tətbiqinə imkan verə bilərdi. Hər halda bu dəfə icbari tibbi sığortaya keçid məsələsində hökumətin daha ardıcıl siyasi iradə nümayiş etdirməsi müşahidə olundu.
Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli (№1474) Sərəncamı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edildi. Daha sonra prezidentin 2016-cı il 15 fevral tarixli 765 saylı Fərmanı ilə Dövlət Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edildi.
Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı tarixli (№ 1125) Fərmanı ilə icra hakimiyyəti orqanı hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) publik hüquqi şəxs yaradıldı. Daha sonra dövlət başçısının 2017-ci il 6 sentyabr tarixli (№1592) Fərmanı ilə İTSDA-nın Nizamnaməsi təsdiq edildi.
Nizamnamədə vurğulanır ki, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir”. Prezidentin 2017-ci il 11 sentyabr tarixli (№3222) Sərəncamı ilə Agentliyin İdarə Heyətinin sədri təyin edildi. Bununla da Agentliyin formalaşdırılması prosesi başa çatmış oldu.
Buna qədər ölkədə icbari tibbi sığortanın pilot qaydada tətbiqinə artıq başlanılmışdı. Belə ki, dövlət başçısının 29 noyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, 2017-ci il yanvarın 1-dən Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə start verilmişdi. Daha sonra pilot ərazilərin siyahısına Ağdaş rayonu da əlavə edildi (10 may 2018-ci il (№53) Fərmanı) və 2018-ci il fevralın 17-dən həmin rayonun ərazisində yaşayan əhali də icbari tibbi sığorta ilə əhatə olundu. İcbari tibbi sığortanın pilot qaydada tətbiqi ilə paralel islahatın bütün ölkə boyu həyata keçirilməsinə hazırlıq işləri çərçivəsində zəruri hüquqi və institusional bazanın yaradılması prosesi gedirdi.
Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr (2018-ci il 28 dekabr tarixli (1441-VQD) Qanunu; 3 dekabr 2019-cu il tarixli (1718-VQD) Qanunu və s.) edilərək, icbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlar, icbari tibbi sığorta üzrə sığorta haqları, sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim olunması, xidmətlər zərfinin tətbiqi dairəsi və strukturu, müştərək maliyyələşmə məbləği, subroqasiya hüququ, icbari tibbi sığorta fondu, icbari tibbi sığorta üzrə tibbi xidmətlərin tarifləri, tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət, ölkənin ərazisi üzrə tibbi sığortanın tətbiqi müddətləri və s. kimi məsələlərin hüquqi əsasları dəqiqləşdirildi. Xüsusilə əhalinin ayrı-ayrı təbəqələrinə münasibətdə sığortalanma və sığorta haqlarının tarifləri müəyyən edildi.
Ölkə prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 saylı Fərmanı ilə İTSDA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) yaradılması səlahiyyəti verildi. Fərmana əsasən, TƏBİB “əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə” yaradılır. Fərmanda TƏBİB-in tabeliyinə verilməyəcək dövlət səhiyyə müəssisələrinin adları da qeyd olunub. TƏBİB-in Agentliyin İdarə Heyəti tərəfindən təsdiqlənən Nizamnaməsinə əsasən, TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.
Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 saylı Qərarı ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq olunub. Qərar 2020-ci ilin yanvarın 1-də qüvvəyə minib. TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə əhalinin sayı, coğrafi ərazi, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, habelə həkim və orta tibb işçilərinin sayı nəzərə alınmaqla Agentlik tərəfindən tibbi ərazi bölmələri (TƏB) formalaşdırılır. Agentliyin İdarə Heyətinin 21 yanvar 2020-ci il tarixli 03 saylı Qərarı ilə ölkə üzrə ümumilikdə 14 tibbi ərazi bölməsi müəyyənləşdirilib.
Hökumətin 2020-ci il 10 yanvar tarixli 5 saylı Qərarı ilə İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi təsdiq edilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir və artırılması gözlənilir. 2020-ci ilin yanvarın 1-dən icbari tibbi sığortanın ölkəboyu mərhələlərlə tətbiqinə başlanıldı və 2021-ci ilin aprelin 1-dən icbari tibbi sığorta bütün ölkə ərazisini və bütün vətəndaşları əhatə edir. 2021-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta haqlarının toplanmasına başlanılıb.

Yüklə 74,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin