Sinsitilərdə nüvələrin sayı artir, protoplazmada vakuollar əmələ gəlir, sitotrofoblastda isə proliferativ proseslər özünü az bürüzə verir. Xovlarda damarların sayı azalır və onlarda toplanan mayenin artması qovuqcuqların əmələ gəlməsi ilə nəticələnir və damarlar atrofiyalaşır. Qovuqcuqları örtən sinsiti nəinki proliferasiyaya uğrayir, o hətta düşücü qatı fermentativ əriməyə məruz qoyur. Buna gorə də qovuqcuqlar düşücü qata daxil olur və onu nazikləşdirir, qovuqcuqların ətrafında düşücü qatın parçalanmış qan damarlarından ibarət qançırlı sahələr əmələ gəlir.