Motivasiya özünü və başqalarını özünün şəxsi və ya ictimai məqsədlərə nail olunması üçün fəaliyyətə vadar etmə prosesidir. Motiv



Yüklə 70,36 Kb.
tarix30.04.2022
ölçüsü70,36 Kb.
#56749
Motivasiya


Motivasiya - özünü və başqalarını özünün şəxsi və ya ictimai məqsədlərə nail olunması üçün fəaliyyətə vadar etmə prosesidir.

Motiv (latınca hərəkətə gətirmək, itələmək deməkdir) dedikdə tələbatların təmin olunması ilə əlaqədar olaraq insanı fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur.

Sizinlə Maslowun Ehtiyaclar Piramidası, onun daha sonrakı 8 pilləli variantı haqqında danışmaq istəyirəm. Maslou bu haqqında ilk dəfə 1943-cü ildə çap olunmuş A Theory of Human Motivation məqaləsində məlumat verir. 1954-cü ildə isə Motivation and Personality adlı kitabında detallı şəkildə bu mövzudan bəhs edir.

Piramida ilk varinatda 5 pilləli olub və bəsitdən mürəkkəbə doğru bu şəkildə açıqlanır:

  1. Fizioloji (physiological) ehtiyaclar: Hava, su, qida, istilik, sığınacaq, yuxu, və s.

  2. Təhlükəsizlik (security) ehtiyacları: Təhlükəsizlik, sağ qalma, sağlamlıq, iş, sığınacaq, haqq və hüquqlar və s.

  3. Aid olma, sevgi (belonging, love/social) ehtiyacı: Dostluq, ailə, ünsiyyət, aid olma, sevgi, yaxınlıq, və s.

  4. Hörmət (esteem) ehtiyacı: Özünə hörmət, özünə inam, hörmət edilmək, uğur qazanmaq, tanınmaq, status sahibi olmaq, və s.

  5. Özünü reallaşdırma (self-actualization) ehtiyacı: Şəxsi inkişaf, şəxsi potensialını reallaşdırma, istedadının fərqinə varma və onu istifadə etmə, yaradıcılıq, həqiqətləri qəbul etmə, qərəzsiz olma və s

Son olaraq məlumat üçün bildirmək istəyirəm ki, sonrakı dövrlərdə (1990-cı illərdə) bu 5 pilləli piramidaya 3 pillə də əlavə edilmişdir:
Yüklə 70,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin