Veksellərin uçotu və federal ehtiyat banklarından kreditlərin alınması. Kommersiya bankları federal ehtiyat banklarından kreditlər ala bilər. Bir qayda olaraq bunlar qısamüddətli ssudalardır. Kreditlərin təyinatı mövsümü də fövqəladə şəraitlə əlaqədar bankların resurs çatışmazlığının aradan qaldırılmasıdır.
ABŞ-ın Federal Ehtiyat Sistemi kreditlərin kommersiya bankları üçün daimi vəsait mənbəyinə çevrilməsinə qarşı çıxır. Məhz bu səbəbdən də FES-in rəhbərliyi bankların kredit almaları üçün müntəzəm müraciətlərini qəbul etmir . Kreditin alınması üçün təminat formasında qiymətli xəzinə kağızlarının federal müəssisə öhdəliklərinin təqdim olunması tələb edilir. 1980-cı ilə qədər yalnız FES üzvü olan banklar Mərkəzi Bankdan ssuda ala bilərdi. Hazırda bu hüquq bütün kredit təşkilatlarına verilmişdir.