Mövzu № Bankların qiymətli kağızlarla əməliyyatları plan


Sxem 1. Bank xidmətinin təsnifatı



Yüklə 54,64 Kb.
səhifə7/17
tarix02.01.2022
ölçüsü54,64 Kb.
#38457
1   2   3   4   5   6   7   8   9   10   ...   17
qiymetli kagiz

Sxem 1. Bank xidmətinin təsnifatı.
Qeyd etdiyimiz kimi, depozitlər bankın pul vəsaitlərinin ən mühüm mənbələrindən biridir. Bununla belə vəsait mənbəyi kimi bankın cəlb etdiyi borc vəsaitləri də böyük əhəmiyyət kəsb edir. Bank vəsaitlərinin mənbəyi kimi səhmdar kapitalın rolu daha çox bankın mənfəətliyinə və maliyyə sabitliyinə zaminlik etməkdən ibarətdir. Bunu sistemləşdirək:


Sxem 2. Bank vəsaitlərinin mənbəyi.
Depozitlər və kommersiya banklarının depozit əməliy­yat­ları haqqında müəyyən bir sхemin оlması zəruridir.

Bu­nun­la belə, bank resurslarının yaradılmasının əsas mən­bə­lə­rin­dən biri kimi depozitlərin rolu böyükdür. Belə ki, bey­nəl­xalq təcrübədə bankların xüsusi vəsaiti onun cəlb etdiyi və­sa­it­lərinin yalnız 10-15% hüdudunda müəyyən edilir. Оnu da qey­d edək ki, kommersiya banklarının cəlb olunmuş və­sa­it­lə­rinin məbləği onların xüsusi kapitalının 25 misli hüdudunda qəbul оlunur. Bank qanunvericiliyinə əsasən bankların cəlb etdikləri vəsaitlər ilə onun xüsusi kapitalı arasındakı nisbət norma­tiv­lə­rə əsasən müəyyənləşdirilir. Belə ki, əhalidən cəlb edilmiş əmanətlərin kredit təş­ki­la­tı­nın хüsusi vəsaitinə olan nisbətinin maksimum miqdarı aşa­ğı­dakı kimidir:

K1 = (Eə/S) . 100

Burada: Eə - əhalinin manat və ya xarici valyutada əmanətlərinin məcmusu məbləği; S – xüsusi kapitaldır.

Bir kreditor (əmanətçi) üçün riskin maksimum miqdarı, depozitin və ya alınmış kreditin, həmçinin, kredit təşkilatının bu kreditor üçün verdiyi təminat və tapşırıqlarının bir və ya öz aralarında əlaqələri olan kreditorun hesabları üzrə qalıq­larının kredit təşkilatının хüsusi vəsaitinə olan nisbətinin faizi ilə müəyyən edilir:

K2 = (İRD/S) . 100

Burada: İRD – bir və ya öz aralarında əlaqədə olan kreditorların öhdəlikləri üzrə depozit, hesablaşma, cari hesabların bu kreditorun adından verilmiş təminat və tapşırıqlarının 50%-i əlavə edilməklə və ya kredit təşkilatının aldığı banklararası depozitlər üzrə manat və xarici valyutada məcmu məbləğidir; S – bankın xüsusi kapitalıdır; K9 – normativin maksimum qiyməti aşağıdakı kimi müəy­yən edilir.

Depozitlər bank vəsaitlərinin başlıca mənbəyidir. Lakin, onun bəzi çatışmazlıqları da mövcuddur.

1. Əmanətlərin cəlb edilməsi banklardan böyük səylər tələb edir;

2. Depоzit əməliyyatında iştirak edən əsas şəxs müş­təridir. Bu səbəbdən də lazım olduğu halda depozitlər vasi­təsilə əlavə vəsait cəlb etmək banklar üçün çox çətin olur;

3. Yığıma və ya investisiyaya ayrılan vəsaitlərin hər han­sı bir bölgə üzrə ümumi həcmi məhduddur;

4. Banklar depozit hesablardakı vəsaitlər üzrə məcburi ehtiyat saxlamalı və depozitlərin sığorta haqqını ödəməlidir.

Yuxarıda deyilənlərlə əlaqədar tələb olunan əlavə vəsait­lə­rin cəlb edilməsi üsulu kimi banklar idarə olunan passivlər adlanan maliyyə alətləri vasitəsilə kapitallar alır. İdarə edi­lən passivlərin başlıca üstünlüyü tələb olunan pul vəsaitlərini qısa zamanda əldə etməkdən ibarətdir. Məsələn, ABŞ-da idarə edilən passivlərin formalaşdırılması yolları aşağı­da­kılardır:

- İrihəcmli depozit sertifikatlarının satılması;

- Geri almaq haqqında müqaviləli qiymətli kağızların satılması;

- Federal ehtiyat sistemindən kreditlərin alınması;

- Avrodollar borcları;

- Federal fondların açılması.



Depozit əməliyyatları təşkil olunduqda bank səy göstər­məlidir ki, depozit hesablarındakı sərbəst vəsaitlərin (aktiv və əməliyyatlara cəlb edilməyən) ehtiyatları minimum həddə ols­un.

Sərbəst bank resurslarının həcmi hesablaşma, cari, büdcə və digər depozit-əmanət hesablarındakı vəsaitin qalığı ilə ssuda borcunun həcmi arasındakı fərq kimi müəyyən edilir. Bu fərqin minimum səviyyədə olması bank üçün sə­mə­rəli hesab edilir.

Hazırda banklar arasında rəqabət mübarizəsinin geniş­lən­diyi bir şəraitdə əhalinin pul əmanətlərinə sabit və ehtiyat banк vəsaiti кimi baхmaq banklar üçün əlverişli deyil, çünki əha­linin böyük əksəriyyətində əmanət yaratmaq imkanı aşa­ğıdır.

Digər tərəfdən əhalidə baklara qarşı etimadsızlığın möv­cud olması əmanətlərin cəlb edilməsi sahəsində müəyyən çətinliklər yaratmışdır. Buna səbəb kommersiya banklarının əhalinin əmanətlərinin cəlb edilməsində müvafiq çətinliкlərlə qarşılaşmasıdır. Həmçinin, onu da qeyd etmək lazımdır ki, kommersiya banklarının cəlb etdikləri vəsaitlərin müəyyən hissəsi (faizi) Mərкəzi Bankda məcburi ehtiyat yaratmaq üçün istifadə olunur. Məcburi ehtiyat normalarının yüksək ol­ması bu sahədə çətinliкlər yaradır .

Bazar münasibətlərinə keçid bankları və digər maliyyə-kredit institutlarını öz fəaliyyətlərini yeni iqtisadi sistemin tə­ləb­lərinə uyğun qurmağı tələb edir, çünki artıq banklar və kre­dit təşkilatları bilavasitə müştərilərdən asılı vəziyyətə düş­müş­dür.

Əlbəttə, sağlam rəqabət və yüksək xidmət səviyyəsi bank­ların uğur qazanmasının əsas amili kimi çıxış edir.

Banklar əhalinin etimadını qazanmaq üçün bu sahədə xüsusi səy göstərməlidir. Əmanətlərin indeksləşdirilməsi mə­sə­ləsinin ­həlli bu sahədə əsaslı dönüş yarada bilər. Bu əma­nət hesablarıdır. Bu hesabların əsas prinsipi likvidlik gös­tə­ri­ci­si ilə yanaşı faiz ödənişləri formasında gəlirin əldə olun­ma­sı­dır. Pay hesablar üçüncü şəxslərin xeyrinə ödənişlərdə is­ti­fa­də edilə biləcək vəsaitlərin götürülməsi haqqında əmr və ya­xud hesablaşma trattasıdır.

Pay hesabların əsas xüsusiyyətləri:

- Hesab üzrə faizlər ödənilir;

- Hesabın sahibinin müddətli təqdim olunma trattaları yazmaq hüququ vardır ki, bunlar da çeklərə oxşar ödəniş üçün gəlir qəbul edir;

- Hesablar ancaq xüsusi şəxslərə və mənfəətsiz təşki­lat­la­ra açılır;

- Hesabın sahibindən minimal qalığın saxlanması tələb olunmur.

Müddətli və əmanət hesablarında sahibinə faiz şəklində gəlir gətirən və üçüncü şəxslərə hesablaşmalar üçün nəzərdə tutulmayan vəsaitlər saxlanılır. Əmanət hesablarının xüsu­siy­yəti ondan ibarətdir ki, bu hesablar möhkəm müddətə ma­lik olub, sahibinə vəsaitin götürülməsi haqqında əvvəlcədən xəbərdarlıq olunmur.

Göstərilən əmanətlərin xüsusiyyətlərinə aid edilir:

- Hesablar ödənişlər üçün nəzərdə tutulmur və bunlara çeklər yazılmır;

- Vəsaitlər hesablarda tədricən dövr edir;

- Əmanətçinin əmanətinin götürülməməsindən 7 gün, bə­zi hallarda isə 30 gün əvvəl banka xəbərdarlıq etməsi kimi formal tələb mövcuddur;

- Hesab üzrə faiz ödənilir və faiz dərəcəsının maksimal səviyyəsi ayrı-ayrı vaxtlarda Mərkəzi Bank tərəfindən tənzim edilə bilər;

- Bu əmanətlər üzrə qaydaya əsasən tələb edilənədək de­pozitlərdən fərqli, məcburi ehtiyatların aşağı norması təyin edilməlidir.

Fərdi depozit hesablarının geniş yayılmış növlərindən biri kitabçalı əmanət depozitidir. Bu əmanət:

- Sabit müddətə malik deyildir;

- Əmanətin götürülməsi zamanı xəbərdarlıq tələb edil­mir;

- Əmanətin yuxarı həddi məhdud deyil;

- Vəsaitin qoyulması və götürülməsi zamanı əmanət kitabçasını təqdim etmək zəruridir.

Müasir bank təcrübəsində geniş tətbiq edilən depozit sertifikatları mövcuddur. Burada sertifikatda depozitin müd­dəti və faizi göstərilir.

Əmanətlər üçün kəskin rəqabət mübarizəsi son vaxtlar banklar müştərilərə yeni, əlverişli depozit formaları tətbiq et­məyə vadar etmişdir. Nümunə üçün ŞATS hesablarını göstə­rə bilərik. Bu əmanətlər hesabı olub bank tərəfindən müştə­ri­nin cari hesabına avtomatik olaraq vəsaitin köçürülməsi de­mək­dir, bu o zaman baş verir ki, hesab üzrə overdraft, yəni qa­lığın razılaşdırılmış səviyyədə aşağı düşməsi yaranır. Xid­mə­tin bu forması ABŞ-da rəsmi olaraq 1978-ci ildən möv­cud­dur. Əmanət hesabının digər analoji növündən biri də müş­tərinin telefon zəngi əsasında оnun vəsaitinin çek he­sa­bına köçürlməsidir.

Həmçinin, əvvəlcədən xəbərdardlıq etmə ödənişləri adlanan əmanət hesabları da mövcuddur:

- Müştəri banka onun hesabından müntəzəm olaraq müəy­yən edilmiş vaxtlarda sığorta haqlarının;

- Mənzil icarəsinin, istehlak krediti haqqının və s. ödənilməsini həvalə edə bilər

Amerika banklarının təcrübəsində son illərdəki ən mü­hüm yeniliklərdən birinə pul bazarının depozit hesablarına aid edilməsidir. Bu yenilikləri kommersiya banklarının iri ma­liyyə firmalarına qarşı əks tədbirləri kimi də qiymətləndirmək olar. Çünki maliyyə firmaları qısamüddətli gəlirli qiymətli ka­ğız­lar olan investisiya fondlarını inкişaf etdirməyə başla­mış­lar.

İnvestisiya fondlarının xüsusiyyətləri:

- Hesab üzrə faiz dərəcəsi pul bazarının digər alətlərinin dərəcəsindən asılı olaraq hər həftə dəyişir;

- Əmanətin müddəti əvvəlcədən razılaşdırılmış şərt və əmanətin götürülməsi zamanı banklar 7 gün əvvəlcədən xə­bər­darlıq tələb edə bilərlər;

- Əvvəllər 2500 ABŞ dolları həcmində minimal qalıq, bir qədər sonra 1000 ABŞ dollarI qalıq saxlanılması qərarı qüv­vədə olmuş və nəhayət 1986-cı ildə bu məhdudiyyət ləğv edilmişdir;

- Əmanətlər depozitlərin sığortalanması üzrə federal korporasiya tərəfindən sığortalanır;

- Hesabın sahibi üçüncü şəxslərin adına 1 ay ərzində altı köçürmə, yəni üç dəfə çek yazılışı və üç dəfə telefon va­si­tə­silə əməliyyat edə bilər. Bununla belə hesab sahibinin şəx­sən banka gəldiyi zaman pulun götürülməsində heç bir məh­du­diyyətlərə yol verilmir.



İndi isə ABŞ – da müddətli əmanətlərin banкdan veril­mə­si­ni nəzərdən кeçirəк. Bu növ fərdi əmanətlər, ilk növbədə, ki­çik nominal əmanət və depozit sertifikatları ilə təmsil olu­nmuş­dur.

ABŞ – da əmanət sertifikatları 500, 1000, 2500 dollar məbləgində standart normalarla buraxılır. Sertifikatlar sabit ödəniş müddətinə və möhkəm məzənnəyə malikdir.

Depozitlərin müddətləri 1, 2, 3, 5 illikdır. Əmanətlərin vax­tından əvvəl götürülməsi cərimə sanksiyası ilə nəticələnir.

Banкlarda fərdi əmanətçilər üçün nəzərdə tutulmuş “pə­ra­kəndə” depozitlər hesabı açılmışdır. Uzunmüddətli əma­nətlərə gəldikdə isə bunlar başlıca olaraq işgüzar firmalar və nəhəng fərdi əmlaklara sahib olan mülkiyyətçilərə məxsus olub de­po­zit sertifikatları formasındadır.




Yüklə 54,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin