Mövzu № Bankların qiymətli kağızlarla əməliyyatları plan



Yüklə 54,64 Kb.
səhifə4/17
tarix02.01.2022
ölçüsü54,64 Kb.
#38457
1   2   3   4   5   6   7   8   9   ...   17
qiymetli kagiz

Qəti əqdlərin iştirakçıları qiymətli kağızların müəyyən edilmiş müddətdə çatdırılması (satıcının öhdəliyi) və alqısı (alıcının öhdəliyi) üzrə öhdəliklər götürür və şərtlər dəyişdirilə bilməz.

Şərtli əqdlər zamanı iştirakçılardan biri digərinə müəy­yən mükafat ödəməklə öz öhdəliklərindən imtina etmək hüququna malikdir. Əsas məqsəd məzənnə tərəddüdləri nəti­cə­sindəki itkiləri məhdudlaşdırmaqdır. Əqd şərtlərinin hansı iştirakçının və necə dəyişmək hüququna malik olmasından asılı olaraq şərtli əqdlərin ilkin mükafatlı, əks mükafatlı, stellaj və tam bölünən növlərini fərqləndirirlər.

İlkin mükafatlı əqdlərdə qiymətli kağızları almaq hü­ququna satıcıya müəyyən edilmiş mükafatı ödəyən alıcı ma­likdir. Belə əqdlərdən məzənnənin qalxmasına ümid edən, lakin buna şübhə ilə yanaşan və böyük itkilərdən ehtiyatlanan müraciət edir. Məsələn, əgər alıcı 2% ilkin mükafat şərtilə ödəməni 17 martda etməklə 1 martda 300 manat vahidinə səhm alırsa, 17 mart­da isə məzənnə 292 manat vahidi səviy­yə­sinə enirsə on­da alı­cıya məzənnədə 8 manat vahidi itirmək­dənsə, 6 manat vahidi (2% X 300) həcmində mükafatlar ödəmək daha sərfəlidir.

Əks mükafatlı əqdlər ilkin mükafatlı əqdlərlə eynidir, lakin imtina hüququ satıcıya məxsusdur. Əgər 17 martda səhmlərin məzənnəsi 308 manat vahidi olarsa, satıcıya hər bir səhmə görə 6 manat vahidi məbləğində mükafat ödəmək məzənnədə 8 manat vahidi itirməkdən daha sərfəlidir.

Stellaj əqdi iştirakçılardan birinin səhmləri əvvəlcədən müəyyən edilmiş məzənnə ilə almağı, yaxud satmağı seçmək hüququnun kombinasiyasıdır. Stellaj əməliyyatının müddəti 6-9 aya qədər ola bilər. Məsələn, stellaj əqdi 1 martda səhim məzənnəsi 300 manat vahi­di səviyyəsində olduqda bağlanılıb, onun icrası isə 17 martda 296-304 manat vahidi məzənnəsi ilə edilməlidir. Bu, o deməkdir ki, iştirakçı səhmləri ya 304 manat vahidi məzən­nəsi ilə almalıdır, ya da 296 manat vahidi məzənnəsi ilə sat­malıdır. Əgər 17 marta qədər məzən­nə 304 manat vahi­din­dən yüksək osla, iştirakçı səhmləri alacaq, məzənnə 296 manat vahidindən aşağı olsa səhmləri satacaq. Hər iki halda işti­rakçı udacaq. Məzənnə artsa, lakin 304 manat vahidi səviy­yəsinə çatmasa, yaxud azalsa, lakin 296 manat vahidi səviy­yəsinə çatmasa onda iştirakçı mənfəət əldə edə bilməyəcəк.

Beləliklə, stellaj əqdi zamanı seçim hüququ olan işti­rakçı səhmin məzənnəsinin əvvəlcədən müəyyən edilmiş hüdudlardan kənarlaşmasında mənfəət əldə edir. Əksinə, məzənnə dəyişiklikləri müəyyən edilmiş hüdudlardan kənara çıxmadıqda iştirakçı mənfəəti itirəcəкdir və mümkün qədər az itki verməkdən ötrü alıcı, yaxud satıcı rolunu seçməlidir.



Tam bölünən - əqdlər alıcıya və satıcıya qiymətli ka­ğızların tam bölünən həcmlərdə satılmasını, yaxud alın­masını tələb etmək hüququ verir. Müəyyən edilmiş məzən­nənin arması alıcıya, azalması isə satıcı üçün əlverişlidir.


Yüklə 54,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin