Mövzu № Bankların qiymətli kağızlarla əməliyyatları plan



Yüklə 54,64 Kb.
səhifə3/17
tarix02.01.2022
ölçüsü54,64 Kb.
#38457
1   2   3   4   5   6   7   8   9   ...   17
qiymetli kagiz

Müddətli əməliyyatlar – üzrə isə hesablaşmalar tərəflə­rin əvvəlcədən müəyyən etdiyi müddətdən sonra əqd bağla­nan ana olan məzənnə ilə keçirilir. Deməli, müddətli əqdlər üz­rə kontraktın bağlandığı, qiymətin müəyyən etdiyi, he­sablaşmanın aparılacağı müddətlər əvvəlcədən dəqiq müəy­yən olunur. Müddətli əqdlər üzrə hesablaşmalar ya ayın orta­sın­da (buna “per medio” deyilir), ya da ayın sonunda (per ul­ti­mu) keçirilir.

Müddətli əqdlərdən çox vaxt alqı-satqı zamanı məzən­nələr arasında yaranan fərq şəklində möhtəkir mənfəətin əldə edilməsindən ötrü istifadə olunur. Lakin bütün aktivlərlə, o cümlədən, fond aktivləri ilə müddətli əməliyyatların keçirildiyi hər bir konkret halda sırf möhtəkirlik məqsədləri üstünlük təş­kil etməyə də bilər, yəni bu cür əməliyyatlara qeyri-möh­təkir məqsədlərdən ötrü də müraciət oluna bilər. Məsələn, Məzən­nələrin mümkün ola bilən enməsi nəticəsində ya­ranan zərər­lərdən qiymətli kağızlara edilmiş investisiya­la­rın sığorta­lanması məqsədilə də müddətli əməliyyatlara müra­ciət oluna bilər.

Müddətli əməliyyatların növləri kimi fyuçers və opsionlar geniş yayılmışdır.

Fyuçers – əməliyyatları satıcı və alıcı arasında bağla­nan, gələcəkdə müəyyən edilmiş məzənnə ilə qiymətli kağız­ların müəyyən miqdarını müvafiq olaraq satmaq və almaq öhdəlikli, standart müddətli müqavilədir.
Opsion – alıcıya müəyyən müddət ərzində müəyyən qiymətlə əmtəənin standart miqdarını almaq hüququ (öhdəliyi yox!), satıcıya isə satmaq hüququ verən əqddir (müqavlədir). Müddətli əməliyyatların qəti, şərtli və uzadılmış növləri məlumdur.


Yüklə 54,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin