Müddəti artırılmış əqdlər ondan ibarətdir ki, qiymətli kağızın alıcısı, yaxud satıcısı məzənnənin dəyişməsindən asılı olaraq əməliyyatın müddətini artıra, yaxud son hesablaşmanı təxirə sala bilər. O, itkilərini örtməyə imkan verən məzənnə dəyişikliyinə ümid edir.
Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların report və deport növləri məlumdur.
Report – qiymətli kağızın satış gününün məzənnəsi ilə onun müəyyən müddətdən sonra artıq məzənnə ilə geri alınması şərtilə banka satılmasıdır. Məsələn, möhtəkir səhmləri 305 manat vahidi məzənnəsi ilə onların iki həftədən sonra 307 manat vahidi məzənnəsi ilə (2 manat vahidlik əlavə report adlanır) məcburi geri alınması şərti ilə satır. Bank bütün hallarda mənfəət əldə edir, möhtəkir isə yalnız o vaxt mənfəət əldə edir ki, geri alınma anına səhmlərin məzənnəsi 307 manat vahidindən artıq olsun.
Deport əqdləri müəyyən müddətdən sonra aşağı məzənnə ilə geri satılması şərtilə qiymətli kağızın cari məzənnə ilə alınmasıdır. Möhtəkir səhmləri bankdan 305 manat vahidinə alır və şərtləşir ki, onları iki həftədən sonra 303 manat vahidi məzənnəsi ilə (2 manat vahidlik güzəşt deport adlanır) mütləq geri satacaq.
Birja əməliyyatlarının bir növü də qiymətli kağızların arbitajıdır. Arbitajın mahiyyəti ucuz alıb baha satmaqdır.
Dostları ilə paylaş: |