Kommersiya kağızlarının buraxılışı. Kommersiya kağızları qısamüddətli təminatsız öhdəliklər olub yüksək qabiliyyətli şirkətlər tərəfindən buraxılır. Kağızların buraxılmasında məqsəd dövriyyə kapitalına yaranan ehtiyacları maliyyələşdirmək üçün qısamüddətli vəsaitlərin əldə olunmasıdır. Kağızların nominalı 1000 ABŞ dolları olub müddəti 30 gündən 270 günə qədərdir. Bu öhdəliklərin ikinci bazarı praktiki olaraq mövcud deyildir.
İnvestorlar kommersiya kağızlarını ona görə alırlar ki, bunlara federal fondların kağızları və xəzinə vekselləri ilə müqayisədə daha çox gəlir ödənilir. Emitentlərə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu əməliyyat onlar üçün də əlverişlidir, çünki kommersiya kağızları üzrə faizlər adi bank kreditlərindən xeyli aşağıdır.
Banklar kommersiya kağızlarını bank holdinqləri vasitəsilə buraxaraq bazarda satıldıqdan sonra digər banklardan kreditlə qiymətli kağızlar alırlar.
Dostları ilə paylaş: |