Qiymətli кağızlar bazarının yeni alətlərinə istehsal qiymətli kağızların müxtəlif növləri, yeni qiymətli kağızların yaradılması və formaları daxildir.
Yeni ticarət sistemlərinə alıcı və satıcı arasında birbaşa əlaqələrsiz, ticarətin tam və avtomatlaşdırılmış rejimində, müasir rabitə vasitələrilə, kompyuterləşmə ilə həyata keçirilməsi daxildir.
Yeni bazar infrastrukturuna yeni informasiya sistemləri, klirinq və hesablaşma sistemləri aiddir.
Sekyuritizasiya – pul vəsaitlərinin ənənəvi formalardan qiymətli kağızlara, həmçinin iri investorlar kütləsi üçün əlverişli olan qiymətli kağızların bir formadan digərinə keçid meylidir.
Bu gün qiymətli кagızlar bazarının inkişafını ləngidən əsas problemlərdən biri sahibkarlıq fəaliyyəti subyektlərinin aşağı səviyyəli investisiya aktivliyinin оlmasıdır. Bu bir neçə səbəbdən meydana gəlib:
- İlk növbədə iqtisadiyyatda mövcud problemlər və özəl sektorun aşağı investisiya imkanları ilə bağlıdır;
- Aşağı investisiya aktivliyi problemi ödəməmələrin dərinləşməsi ilə daha da genişlənir;
- Bank sistemində mövcud problemlər, real sektor iştirakçılarının kredit resurslarından lazımi səviyyədə faydalana bilməməsi ilə əlaqədardır.
Digər tərəfdən fond bazarının əsas səciyyəvi xüsusiyyəti aşağıdakılardır:
- Kiçikhəcmli və qeyri-likvid olması;
- Makroiqtisadi səviyyədə “düzgün tərtib” olunmaması (fond bazarında iştirakçılar arasında düzgün proporsiyaların müəyyənləşdirilməsi və s. )
- Maddi bazanın, ticarət texnologiyalarının, tənzim оlunan və məlumatlanma infrastrukturlarının inkişaf etməməsi;
- Dövlət tənzimləmə sisteminin parçalanması, bir çox tənzimləmə funksiyalarının ayrı-ayrı idarəetmə orqanlarında təkrarlanması, vahid tənzimləmə konsepsiyasının hazırlanmaması;
- Qiymətli kağızlarla bağlı olan bütün risklərin yüksək səviyyədə olması;
- İnvestisiya böhranının bərqərarlaşması;
- Spekulyativ dövriyyənin aradan qaldırılmaması və s.
İnvestisiya məqsədilə maliyyə resurslarının əsas hissəsi qiymətli kağızlar bazarında əsasən korporativ qiymətli kağızlar sektorunda formalaşır. Bu gün isə qiymətli kağızlar bazarının çox hissəsi dövlət qısamüddətli istiqrazların payına düşür. Bu isə, öz növbəsində, maliyyə vəsaitlərinin lazımi səviyyədə və düzgün yerləşdirilməsini qeyri-mümкün edir.
Qiymətli кagızlar bazarının inkişafı müxtəlif növ kapital bazarının fəaliyyətinin birləşməsi ilə səciyyələnir. Bir tərəfdən, QKB kapitalları özünə cəlb edir, digər tərəfdən isə qiymətli kağızlar mexanizmi vasitəsilə kapitalları digər tərəfə yönəldir, beləliklə də, onların inkişafına şərait yaradır.
Lakin bütün bu problemlərin mövcudluğuna baxmayaraq ölkəmiz üçün zəruri olan bu bazar strukturu gələcəkdə yüksək templərlə inkişaf edəcəkdir. Belə ki, özəlləşdirmə prosesinin davam etməsi, iri korporasiyaların, holdinq strukturlarının yaranması, bununla da iri səhmdar cəmiyyətlərinin formalaşması qiymətli кagızlar bazarının lazımi səviyyədə bərqərar olmasına və milli şirkətlərimizin səhmlərinin dünya birjalarında iştirakına şərait yaradacaq.
Dostları ilə paylaş: |