Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti



Yüklə 1,11 Mb.
səhifə1/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
  1   2   3   4   5   6   7   8   9   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti


MÖVZU – 1. İNFORMASİYA CƏMIYYƏTİNİN ƏSASLARI


İnformasiya cəmiyyəti - sivilizasiyanin inkişafının hazırkı mərhələsi olub, informasiya biliklərin əsas maddi sərvətə çevrildiyi cəmiyyətdir.
İnformasiya cəmiyyəti - informasiya-kommunikasiya texnologiyalarının təsiri nəticəsində bilik və informasiyanın insan fəaliyyətinin bütün sferalarında əsas rol oynadığı cəmiyyətdir.
İnformasiya cəmiyyəti” termini ilk dəfə leksikona 1969-cu ildə Tokio Texnologiya İnstitutunun professoru Y.Xayaşı tərəfindən daxil edilmişdir. 1992-ci ildən etibarən bu termin Qərb ölkələrində müntəzəm olaraq istifadə edilməyə başlanır.
İnformasiya cəmiyyəti” anlayışının sinonimləri kimi bu ifadələr işlədilir:

  • Postsənaye cəmiyyəti

  • Texnokratik cəmiyyət

  • Biliklər cəmiyyəti

  • Postkapitalizm cəmiyyəti

BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qərarı ilə hər il 17 may – Ümumdünya Telekommunikasya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir
İnformasiya inqilabları
Bəşəriyyəti informasiya cəmiyyətinə gətirən yolun əsasında sivilizasiya tarixində baş verən informasiya inqilbları dayanır. İnformasiya cəmiyyətinin əsasını və məqsədini informasiya və biliklər təşkil etdiyinə görə sivilizasiyanın bu yeni mərhələsinin əsl mahiyyətini anlamaq üçün həmin inqilabları doğuran səbəblərə, onların yaratdığı təzahürlərə və imkanlara diqqət yetirmək lazımdır.
Üstünülk təşkil edən elmi yanaşmalara görə, sivilizasiyanın inkişaf tarixində dörd informasiya inqilabı baş vermişdir.
I informasiya inqilabı təxminən 5-6 min il bundan əvvəl yazının (piktoqrafiya, heroqlif, semiotika) meydana gəlməsi ilə əlaqələndirilir. Yazının meydana gəlməsindən sonra informasiya daşıyıcısı kimi təkcə insanların yaddaşı deyil, həm də maddı daşıyıcılardan – daş, heyvan dərisi, ağac və s. vasitələrdən istifadə edilməyə başladı. Bəşər tarixində baş verən bu mühüm hadisə informasiyaların qeydiyyatı, uzun müddətə yadda saxlanması, məkan və zamana görə yayılması üçün əvvəlki inqilaba nəzərən bir qədər geniş imkanlar yaratdı.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin