Mövzu : ms dos əməliyyat sistemi və onun əsas modulları



Yüklə 406,28 Kb.
səhifə2/5
tarix24.12.2023
ölçüsü406,28 Kb.
#193101
1   2   3   4   5
referat 679

Əməliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər  proqramlarla qarşılıqlı  əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı  dialoqu  tə'min edən proqram vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti- mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa düşülür.

  • Əməliyyat sistemləri  – informasiya e'malının idarə olun­ma­sını və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini tə'min edir. ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirl­məsinə nəzarət edir.

  • Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:

  • - birməsələli (biristifadəçili);

  • - çoxməsələli (çoxistifadəçili);

  • - şəbəkə.

  • Birməsələli ƏS – müəyyən bir anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip ƏS-nin nümayəndəsi Microsoft firması tərəfindən yaradılan MS–DOS-dur.

  • Çoxməsələli ƏSkompüterdən, multiproqram rejimdə vaxt bölgüsü ilə kollektiv istifadəni tə'min edir. Bu tip ƏS-nə UNIX, OS/2, Windows 95/98/2000 və s. misal göstərmək olar.

  • Şəbəkə ƏS – lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müra­ciətini tə'min edir. Bu ƏS-nə Novell Net Ware, Windows NT, Banyan Vines, IBM LAN, UNIX, Solaris və s. misal göstərmək olar.

  • ƏS kompüterin qoşulması ilə yüklənir və istifadəçi ilə hesablama sistemi arasında rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir. Funksiyalarına görə interfeysin aşağıdakı növləri var.


  • Yüklə 406,28 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin