OS/2 ailəsinin əməliyyat sistemləri. 1987-ci ildə fərdi kompüterlərin yeni ailəsinin yaradılması ilə əlaqədar IBM firması tərəfindən OS/2 ƏS hazırlanmışdır. OS/2 (Operating System/2) ikinci nəsil çoxməsələli əməliyyat sistemidir. OS/2 IBM PC ilə uyuşan kompüterlər üçün 32-mərtəbəli qrafiki çoxməsələli əməliyyat sistemidir. OS/2 bir neçə tətbiqi proqramın paralel işini tə'min edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyyat sistemini isə işləyən proqramlardan mühafizə edir. ƏS-də proqramların yazılmasında API (Application Programming Interfase)– tətbiqi proqramlar interfeysində yerləşən hazır proqram modullarından istifadə etmək olar.
OS/2 əməliyyat sistemi DOS-un fayl sistemi ilə uyuşan rahat qrafiki istifadəçi interfeysinə malikdir. Bu da verilənlərdə heç bir çevirmə aparmadan, onlardan həm MS-DOS -da, həm də OS/2-də istifadə etməyə imkan verir.
OS/2 –nin aşağıdakı modifikasiyaları movcuddur:
- OS/2 Warp3.0 – yaddaşdan istifadə və qrafiki interfeys təkmilləşdirilib;
- OS/2 Warp Server – serverli ƏS-də iş üçün nəzərdə tutulub;
OS/2-nin əsas çatışmamazlığı onun az sayda tətbiqi proqramlara malik olmasıdır ki, bu da onun MS-DOS və Windows ƏS-nə nisbətən az yayılmasına səbəb olub.