Universal məişət apteçkası
Universal
məişət
apteçkası
aşağıdakı
vasitələrlə
komplektləşdirilir:
Radiomühafizə vasitəsi;
Ümumi terapevtik preparatlar (aspirin, sedalgin, ammonyak, besalol, validol,
nitroqliserin, papazol, diazolin, fenazepam);
Antiseptik və sarğı vasitələri (brilliyant yaşılı, kalium permanqanat, levominol,
pambıq, bakteresid plastır, bint).
Mühafizə qurğuları üçün kollektiv apteçka; 100-150 və 400-600 nəfərlik. Onların
içərisində sığınacaqda sığınan insanlara və MM dəstələrinin üzvlərinə öz-özünə və
qarşılıqlı yardım məqsədilə tibbi vasitələr olur. Həmin vasitələr aşağıdakılardır:
ağrıkəsicilər, iltihab əleyhi və qusma əleyhi dərman vasitələri;
qanaxmanı saxlamaq, yaranı sarımaq və təmizləmək üçün;
kliniki ölüm zamanı ürək-ağ ciyər reanimasiya vasitələri;
bayılma və kollaps zamanı istifadə olunan vasitələr;
qida zəhərlənmələri zamanı dezintoksikasiya vasitələri;
stress reaksiyalarında istifadə olunan tibb vasitələri.
Xüsusi qablaşdırılmış sanitar çantası səhra şəraitində ilkin yardım vasitəsidir və
MM və FH xidmətlərinin tələblərinə cavab verir. Çanta sukeçirməyən «brezent»
tipli sıx materialdan hazırlanmışdır. Daxili dərman vasitələri və tibbi vasitələr lə
qablaşdırılmışdır: yod məhlulu və ampulada ammonyak, bint, sarğı paketi, jqut,
plastır, qayçı, təhlükəsiz sancaq və sınıqlar zamanı istifadə edilən parça tipli
yaylıq. 15-20 yaralıya yardım üçün nəzərdə tutulmuşdur; daxilində həmçinin bəzi
xəstəliklərdə istifadə olunan dərman maddələri də olur.
Çanta içərisindəkilərlə birlikdə 3-3,5 kq-dır.
Dostları ilə paylaş: |