keçirilən məşqə dair, aşağıdakı sənədlər tərtib olunmalıdır: - xəbərdarlıq toplanış üzrə məşqə cəlb olunan iştirakçiların (MM qüvvələrinin
komandir-rəis və şəxsi heyətinin) siyahısı;
- məşq iştirakçılarının qeydiyyat siyahısı;
- xəbərdarlıq sxemi (iş vaxtı və işdən kənar vaxtlar nəzərə alınmaqla);
- xəbərdarlıq toplanış üzrə, məşqin keçirilmə planı;
- obyekt rəhbərinin əmri.
Ümumiyyətlə, tədris ili ərzində təsərrüfat obyektlərində keçirilən təlim və
məşqlərdən əlavə olaraq, hərbiləşməmiş mülki müdafiə qüvvələrinin hazırlığı bu
tədbirlərə hazırlıq dövrü keçirilən sıra baxışları zamanı da dəqiqləşdirilir.
Kəşfiyyat – mülki müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün görülən
əsas tədbirlərdən biridir. MM sistemində aparılan kəşfiyyatda məqsəd güclü
istehsalat qəzasından, təbii fəlakətdən və ya düşmən basqınından sonra yaranmış
vəziyyət barədə dəqiq məlumatlar toplamaqdır. Bunlar MM rəhbərinə əhalinin
mühafizəsini və xilasetmə işlərini təşkil etmək barədə düzgün qərar qəbul etmək
üçün lazımdır.
MM kəşfiyyatının əsas vəzifələri sülh (əmin-amanlıq) dövründə:
- ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik
məhsullarının radioaktiv, kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı
müşahidə və laboratoriya nəzarəti aparmaq;
- yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizodik vəziyyətdə
müntəzəm nəzarət etmək;
- güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda yaranan
vəziyyətləri aşkar etməkdir.
Müharibə dövründə düşmən basqınından sonra isə kəşfiyyatın vəzifələri
aşağıdakılar barədə məlumatlar əldə etməkdir:
- işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə