Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə214/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   210   211   212   213   214   215   216   217   218
Mülki müdafiə (Mühazirələr)

Fərdi Apteçka Aİ-3-1VS 
Fərdi səyyar Apteçka Aİ-3-1 VS (Aİ-N-1). 
30 vəzifəlik ilkin tibbi yardım üçün fərdi universal vasitələr komplektidir. Xüsusi 
dəstələr və xilasedicilər üçün nəzərdə tutulmuşdur. Komplekt kəskin xəstəliklər və 
zədələnmələr, şok, yanıq, stress reaksiyaları, döyüş şəraitində yaranlanmalar, 
infeksion xəstəliklər və s. zamanı ilkin yardım göstərməyə imkan verir. (2003-cü 
ildən). Ölçüləri 140 x 100 x 40mm-dir. Xüsusi geyimin cibində gəzdirilir. 
 
Fərdi  kimya  əleyhinə  paket  –  zəhərləyici  maddələrlə  zədələnmələr  zamanı  öz-
özünə və qarşılıqlı tibbi yardım göstərmək üçün tibbi vasitələr toplusudur. Paketin 
əsasını  zərərsizləşdirici  (deqazasiya)  vasitə  təşkil  edir.  Həmin  vasitə  ilə  dərinin 
açıq  qalan  sahələri  və  onunla  təmasda  olan  hissələrində  hissəvi  sanitiar 
təmizləməsi  aparılır.  Bundan  başqa,  paketdə  zəhərləyici  maddələrlə  zədələnmələr 
zamanı profilaktika və ilkin tibbi yardım üçün digər vasitələr də vardır. 
Fərdi kimya əleyhi paket vasitəsilə zəhərlənmənin ilk dəqiqələrinndə bədənin açıq 
səthlərində  aparılan  deqazasiya,  dərinin  zədələnməsinin  və  zəhərləyici  maddənin 
qana  keçməçinin  qarşısını  alır.  Daha  gec  müddətdə  aparılan  hissəvi  sanitar 
təmizləməsi dərinin zədələnməsini azaldır, lakin qarşısını almır. Belə halda hissəvi 
sanitar təmizləməsindən sonra, paketdə olan antidotdan istifadə edilir. 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin