Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə43/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   39   40   41   42   43   44   45   46   ...   218
Mülki müdafiə (Mühazirələr)

Yaranma səbəbləri.  
Zəlzələnin baş verməsi üçün ilkin şərtlərdən biri də, yerin altında kövək süxurların  
olmasıdır.  Yerin  mərkəzinə  tərəf  irəlilədikcə  temperatur  artır.  Nəticədə  suxurlar 
nisbətən yumşaq olur və burada zəlzələnin yaranması üçün az  imkan olur. Zəlzələ 
ona  görə  də  yerin  üst  qatlarına  yaxın  zonalarda  cəmləşir.  Bəzi  hallarda  zəlzələ 
yerin 700 km  dərinliyinə qədər işləyə bilirlər. Əgər iki lay toqquşarsa, onda sıxlığı 
yüksək olan yüngül  layı aşağıya yerin dərinliyinə itələyir.   
Zəlzələlər  həmçinin  vulkan  püskürməsi  nəticəsində  də  yarana  bilərlər.  Ancaq 
burada  baş verən zəlzələnin tektonik enerjisi məhduddur.  
Zəlzələ  zamanı  Yerdə  müxtəlif  dalğalar  yaranır.  Bu  dalğalar  bütün  yer  kürəsinə 
yayılır    və  seysmoloqlar  tərəfindən  yerin  istənilən  nöqtəsində  ölçülə  bilir.  Bu 
dalğalar yerin üst  qatında baş verən dağıntılara səbəb olur.  
Demək  olar  ki,  zəlzələlərin  hamısı  tektonik  zəlzələlərdir.  Planetimizin  daxilində 
təsir    edən  daxili  qüvvələr  tədricən  toplanır  və  hər  hansı  bir  yerdə  süxurların 
müqavimətetmə    qabiliyyətindən  artıq  olduqda,  həmin  süxurların  birdən-birə 
parçalanması və ya çatlaması  baş verir. Parçalanma, hər tərəfə yayılmaqda olan və 
öz  yolunda  rast  gələn  maddələri    rəqsi  hərəkətə  gətirən  elastik  dalğalar  yaradır. 
Süxurların  ilk  parçalanma  yeri  zəlzələnin  mərkəzi  olur.  Mərkəzdə  zəlzələ  həmişə 
qısa müddətli olur. Ən güclü təkanlar da belə bir  neçə saniyə davam edir. Yalnız 
Çilidə olan zəlzələlər bir neçə on saniyə davam edib.  
Toplanmış enerjinin azad olması sürətlə baş verir: enmə, qalxma, üfiqi istiqamətdə 
sürüşmə və ya mürəkkəb hərəkətlə parçalanma müstəvisi boyu uzunu yayılır.  
Yer  daxilində  zəlzələyə  səbəb  olmuş  ilk  hərəkətin  baş  verdiyi  yerə  ―hiposentr‖ 
deyilir.  
Zəlzələ ocağının Yer səthinə perpendikuliyar proyeksiyası "episentr" adlanır.   
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin