Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə68/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   64   65   66   67   68   69   70   71   ...   218
Mülki müdafiə (Mühazirələr)

Bioloji  fövqəladə hadisələr 
 Bioloji    fövqəladə  hadisələr  -  bu  ele  bir  haldır  ki,  mənbənin  əmələ  gəlməsi 
nəticəsində    müəyyən  bir    ərazidə  insanların  normal  həyat  və  fəaliyyət    şəraiti 
pozulur, infeksion  xəstəliklərinin yayılması təhlükəsi  əmələ gəlir, kənd təsərrufatı 
heyvanlarının, bitkilərin  məhv olması təhlükəsi yaranır.      
Epidemiya  -    hər  hansı  bir  yoluxucu  xəstəliyin  insanların  arasında  ölkədə, 
rayonda,  kollektivdə  kütləvi  halda  geniş  yayılması  və  föqəladə  hadisə  mənbəyi 
olmasıdır.  
Epidemiya yerli və gətirilmə ola ilər. Epidemiya bir neçə ölkəni, qitəni və ya bütün 
yer  kürəsini  əhatə etdikdə pandemiya, birdən-birə baş verdikdə eksploziv, yaxud 
epidemik  alovlanma adlanır.   
Epidemiya ilə mübarizə bu istiqamətdə təşkil olunur: infeksiyanı zərərsizləşdirmək 
və  ya tamam məhv etmək (taun tulyaremiya xəstəliyi zamanı gəmiriciləri qırmaq, 
xəstələri    təcrid  etmək);  xəstəlik  törədiciləri  yoluxma  yolunda  dizenseksiya  və 
dizenfeksiya  üsulları  ilə  məhv  etmək;    əhali  arasında  xəstəliyə  qarşı  kütləvi 
peyvənd etməklə immunitet  yaratmaq.  
Yoluxucu  xəstəliklər  insanlar  arasında  ardı  kəsilmədən  yayılır.  Onların  artması 
iqtisadi  itkiyə və olkədə epidemik şəraitin pozulmasına səbəb olur.  
Məlumdur ki, mikroorqanizmlər çox tez çoxalma qabiliyyətinə malikdirlər, onlar  
yüksək  dəyişilmə,  uyğunlaşma  qabiliyyətinə  malik  olub,  xarici  təzyiqlərə  qarşı 
möhkəm   olurlar.  İnfeksion  xəstəliklər  insanın  heyvanlar aləmindən  ayrıldığı  və 
növ  kimi  təşəkkül    tapdığı  andan  müşayiət  edir.  Cəmiyyət    əmələ  gəldikcə  və 
insanın sosial həyat tərzi  inkişaf etdikcə bir çox infeksiyalar kütləvi yayılmışdır.  
İnfeksion  xəstəliklərin  bütün  dövrlərdə  çox  geniş  yayılması  milyonlarla  insanın 
ölümü    ilə  nəticələnmiş,  həm  də  insan  ömrünün  qısalmasının    əsas  səbəbi 
olmuşdur.  Keçmişdə  insan  ömrü  20-30  ildən  artıq  deyildi.  Afrikanın  bəzi 
rayonlarında indi də 35-40 ildir.  
İnfeksion xəstəliklər insan xəstəliklərinin patogen virusların, bakteriyaların,  
ibtidailərin törətdiyi geniş qrupudur.  
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin