6. Gündəlik fəaliyyətində Komissiya öz işlərini Komissiyanın sədri tərəfindən
təsdiq edilən iş planı əsasında yerinə yetirir.
Komissiyanın iclaslarında fövqəladə halların qarşısının alınması və belə
hallarda fəaliyyət məsələləri müzakirə edilir. Komissiya öz səlahiyyətləri
dairəsində qərarlar qəbul edir ki, bu qərarların icrası bütün respublika nazirlikləri,
baş idarələri, icra hakimiyyəti orqanları, həmçinin sahə tabeliyindən və mülkiyyət
formasından asılı olmayaraq bütün təşkilatlar, müəssisələr, idarələr üçün
məcburidir. Komissiyanın iclasları arasındakı dövrdə lazımi qərarlar Komissiyanın
sədri tərəfindən qəbul edilir və müvafiq göstərişlər şəklində icraçılara çatdırılır.
Fövqəladə hallar yaranarkən qəzanın, təbii fəlakətin, epidemiyanın, epizootiyanın
və epifitotiyanın növündən, miqyasından və nəticələrindən asılı olaraq
Komissiyanın heyətindən operativ qruplar yaradılır və onlara fövqəladə halların
nəticələrinin aradan qaldırılmasına rəhbərlik etmək həvalə olunur.
7. Komissiyanın Sədri Komissiyaya tapşırılan vəzifələrin və funksiyaların
yerinə yetirilməsi üçün şəxsi məsuliyyət daşıyır. Komissiyanın üzvləri arasında
vəzifə bölgüsü aparır. Komissiyanın və onun aparatının işini təşkil edir.
8. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq
surətdə Komissiyanın Sədrinə aşağıdakı hüquqlar verilir:
fövqəladə hallar zonasında ictimai asayişin mühafizəsini, xeyli maliyyə vəsaiti
və maddi sərvətlər toplanmış yerlərin, əhalinin həyat fəaliyyətini təmin edən
obyektlərin və xalq təsərrüfatı obyektlərinin mühafizəsini gücləndirmək;
fövqəladə hallar zonasına vətəndaşların gəliş-gedişi üzrə xüsusi rejim
qoymaq;
fövqəladə halların qarşısının alınması və ya nəticələrinin aradan
qaldırılmasından ötrü lazımi nəqliyyat vasitələrini, tibb, xilasetmə, bərpaetmə və
digər qüvvə və vasitələri cəlb etmək;
fövqəladə hallar zonasında fəaliyyət göstərərkən və belə halların nəticələrini
aradan qaldırmaq üçün bütün lazımi maddi-texniki, tibbi, ərzaq və digər dövlət və
sahə ehtiyatlarından və mənbələrindən istifadə etmək;
lazım gələrsə fövqəladə hallar zonasındakı müəssisələrdə, təşkilatlarda (idarə
tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) xüsusi iş rejimi tətbiq
etmək, onların ehtiyatlarından fövqəladə halların qarşısının alınması və
nəticələrinin aradan qaldırılması üçün, habelə əhalinin həyat fəaliyyətinin xüsusi
rejimini təmin etməkdən ötrü istifadə etmək;
əmək qabiliyyətli əhalini fövqəladə halların nəticələrini aradan qaldırmaq
işlərinə cəlb etmək.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
1992-ci il 30 aprel tarixli 239 nömrəli
qərarına