Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə23/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

FT=Ə 

MT=Ə+SƏ+N 

 

Bilavasitə  səbəbli  əlaqə  maddi tərkibli inzibati  xətanın  əsas elementlərindən biridir. 

Ə

gər  ictimai  təhlükəli  əməl  nəticəsində  ziyan  vurulubsa,  burada  mütləq  bilavasitə  səbəbli 



ə

laqə olmalıdır. 

Məhz  elə  vurulmuş  ziyan  da  bilavasitə  həmin  ictimai-təhlükəli  əməl  nəticəsində 

vurulmalıdır.  Məsələn,  XM-nin  152.5-ci  maddəsi  ″...  Bu  Məcəllənin  152.1  və  152.2-ci 



 

193 


 

maddələrində nəzədə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına 

görə  -  ...″  Burada  maddi  zərər  yalnız  XM-nin  152.1  və  152.2-ci  maddələrində  nəzərdə 

tutulmuş xətalar nəticəsində yaranmalıdır və məsuliyyətə səbəb olmalıdır. Əgər maddi zərər 

başqa  xəta  nəticəsində  vurulubsa,  deməli,  XM-nin  152.5-ci  maddəsinə  görə  məsuliyyət 

yaranmır. 

Bəzən Azərbaycan Respublikasının  XM-nin Xüsusi hissəsinin normalarında inzibati 

xətanın  obyektiv  tərəfinin  tövsifedici  əlamətləri  içərisində  inzibati  xətaların  törədilmə  yeri, 

vaxtı, üsulu, alət və şəraiti göstərilir. 

Məsələn: 

1.

 Azərbaycan Respublikası  XM-nin 301.0.1-ci maddəsi: ″Fövqəladə vəziyyət recimi 



tətbiq  edildiyi  əraziyə  gediş-gəlişin  xüsusi  reciminin  və  bu  ərazidə  hərəkət  sərbəstliyinin 

məhdudlaşdırılmasının pozulmasına...″ 

2.

 Azərbaycan  Respublikası  XM-nin  306-cı  maddəsi:  ″...gecə  vaxtı  saat  24-dən  7-



dək...″ 

3.

 Azərbaycan  Respublikası  XM-nin  111.2-ci  maddəsi:  ″...qadağan  edilmiş  alətlərlə 



və ya üsullarla ov edilməsinə...″ 

4.

 Azərbaycan  Respublikası  XM-nin  301.0.2-ci  maddəsi  və  298-ci  maddələrdə 



göstərilən  əməllər  məzmunca  eynidirlər,  lakin  törədilmə  şəraitinə  görə  müxtəlif  tənbehlər 

tətbiq edilir. 

nzibati  xətanın  obyektiv  tərəfini  təşkil  edən  elementlərdən  biri  də,  bu  və  ya  digər 

formada münasibətlərdə olan ″başqa şəxs″ əlamətidir. 

Məsələn, Azərbaycan Respublikası  XM-nin 307-ci maddəsi: ″... və ya başqa şəxslər 

tərəfindən...″;  XM-nin  133.1-ci  mad.″...olan  şəxslərin  gəmi  komandirinin  sərəncamlarını 

yerinə yetirməməsinə görə″;  XM-nin 310-cu mad. ″Polis işçisinin və ya hərbi qulluqçunun 

qanuni tələbinə qəsdən tabe olmamağa görə″ inzibati məsuliyyət yaranır. 

Başqa şəxslər″ kateqoriyasına aşağıdakı şəxslər daxildir: 



a)  zərərçəkmiş  (məsələn:  XM-nin  155.4  mad.  ″...  nəticəsində  zərər  çəkən  şəxsin 

sağlamlığına ...″); 

b)  inzibati  xətanın  iştirakçısı  (məsələn,  XM-nin  152.1-ci  mad.  ″...və  ya  nəqliyyat 

vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə 

etmə hüququ olmayan şəxsə verilməsinə görə ...″) 

Tövsifedici  əlamət  kimi  bəzən  inzibati xətanın  obyektiv  tərəfi, yəni  əməlin xarakteri 

də  çıxış  edir.  Obyektiv  tərəfin  məzmununa  görə  əməlin  təkrarlığı,  uzanan  və  davam  edən 

inzibati xətaları ayrımaq lazımdır. 

          Təkrarlıq  -  il  ərzində  inzibati  tənbeh  almış  şəxs  tərəfindən  eyni  inzibati  xətanın 

törədilməsini  nəzərdə  tutur.  Məsələn,  Azərbaycan  Respublikasının  XM-nn  151.5-ci 

maddəsi:  ″...Bu  Məcəllənin  151.2,  151.3-cü  və  151.4-cü  maddələrində  nəzərdə  tutulmuş 

xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə, yəni 10 və daha 

çox cərimə balı toplamasına görə...″. 

             Uzanan  inzibati  xəta  -  təqsirkarın  üzərinə  qanunla  qoyulmuş  vəzifələrin  uzun 

müddətdə  yerinə  yetirilməməsini  nəzərdə  tutur.  Məsələn,  Azərbaycan  Respublikası  329-cu 

maddəsi:  ″Şəxsiyyət  vəsiqəsi  olmadan  və  ya  yaşayış  yeri  üzrə  qeydiyyatdan  keçmədən 

yaşama″. 


 

194 


 

             Davam  edən  inzibati  xəta  -  eyni  şəxs  tərəfindən  bir  neçə  eyni  inzibati  xətaların 

törədilməsidir ki, onların hər birinə görə o, inzibati məsuliyyətə cəlb olunmalıdır. Məsələn, 

Azərbaycan Respublikası  XM-nin 225.2-ci maddəsi: ″...Satılmış malların dəyişdirilməsi və 

ya  geri  qaytarılması  qaydalarının  pozulmasına  görə  ...″;  XM-nin  308-ci  maddəsi: 

Fahişəliklə məşğul olma″. 



 

nzibati xətanın subyekti 

Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyi  -  inzibati  xətanın 

subyektinin  dəqiq  bir  anlayışını  təklif  etmir.  Buna  baxmayaraq  inzibati  xətalar 

qanunvericiliyin təhlili belə bir nəticəyə gəlmək imkanı yaradır ki: 

             nzibati xətanın subyekti - inzibati xətanın tərkibini yerinə yetirən, qanunla müəyyən 

edilmiş  yaş  həddinə  çatmış,  anlaqlı  fiziki  şəxsdir  və  ya  inzibati  hüquq  subyektliyinə  malik 

olan hüquqi şəxsdir. 

Beləliklə, inzibati xətanın subyektləri sayılır: 

a) fiziki şəxslər; 

b) hüquqi şəxslər. 

            Fiziki şəxslər inzibati xətanın subyekti kimi aşağıdakı hallarda tanınırlar: 

birincisi,  onlar  Azərbaycan  Respublikası  XM-nin  15.1-ci  maddəsinə  uyğun  olaraq 

inzibati xətanı törədərkən onların on altı yaşı tamam olmuş olsun, 

ikincisi,  onlar  anlaqlı,  yəni  öz  hərəkətlərini  dərk  etmə  və  idarə  etmə  qabiliyyətinə 

malik  olsunlar.  Anlaqlığa  iki  əlamət  daxildir:  intellektual  və  iradəvi.  Bu  əlamətlər  şəxsin 

obyektiv surətdə mövcud olan psixi qabiliyyətini xarakterizə edir. 

ntellektual qabiliyyət - subyektdə həqiqət təzahürünə düzgün qiymət vermək imkanını 

müəyyənləşdirir,  əməl  və  nəticə  arasında  mövcud  olan  əlaqə  və  qarşılıqlı  asılılığı  başa 

düşmək,  yaranmış  vəziyyəti  düzgün  qiymətləndirmək,  öz  hərəkətlərinin  verə  biləcək 

nəticələrini əvvəlcədən görmək, mürəkkəb şəraitdə düzgün qərar tapmaq imkanını verir. 

radəvi qabiliyyət isə, şəxsin şüurlu surətdə öz hərəkətlərini nəzərdə saxlamaq, onları 

aktiv  surətdə  idarə  etmək,  maneələri  dəf  etmək,  öz  davranışını  şüurlu  surətdə  qoyulmuş 

məqsədə tabe etmək imkanını yaradır. 

          Fiziki şəxslər qismində aşağıdakı şəxslər çıxış edə bilərlər: 

a) Azərbaycan Respublikasının vətəndaşları; 

b) vəzifəli şəxslər; 

v) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 

q) digər kateqoriyalı şəxslər (sürücülər, piyadalar, hərbi vəzifəlilər və s.). 

           nzibati  xətanın  subyektinin  (fiziki  şəxslərin)  iki  növü  mövcuddur:  ümumi  və  xüsusi 

subyektlər. 

          Ümumi subyektlər - 16 yaşına çatmış, anlaqlı, fiziki şəxslərdir; 

          Xüsusi  subyektlər  -  yuxarıda  göstərilən  əlamətlərdən  (16  yaş,  anlaqlı)  əlavə  digər 

xüsusiyyətlərə malik olan fiziki şəxslərdir (vəzifəli şəxs, sürücü, hərbi vəzifəli). 

nzibati  xətanın  xüsusi  subyektinin  əlamətləri  onların  hüquqi  vəziyyətlərinin 

müxtəlifliyi  ilə  xarakterizə  edilir.  Bu  da  onların  yerinə  yetirdiyi  peşəkar  və  sosial 

funksiyalarla, sağlamlığının vəziyyəti və s. ilə ifadə edilir. Ümumi qaydada bu xüsusiyyətlər 

müvəqqəti xarakter daşıyırlar, lakin bu xüsusiyyətlərə şəxs uzun müddətdə də malik ola bilər 

və ya fəaliyyəti nəticəsində bir neçəsini itirə bilər, yenilərini əldə edə bilər və s. 

Araşdırdığımız qrupa aşağıdakı şəxsləri daxil etmək olar: 


 

195 


 

-

  əlilləri; 



-

  hamilə qadınları; 

-

  hərbi vəzifəliləri; 



-

  hərbi qulluqçuları; 

-

  az yaşlı uşağı olan qadınları; 



-

  il ərzində inzibati tənbeh almış şəxsləri və s. 

          Azərbaycan Respublikası  XM-nin 16.1-ci maddəsinə uyğun olaraq: ″Vəzifəli şəxslər 

öz  qulluq  vəzifələrinin  yerinə  yetirilməməsi  və  ya  lazımınca  yerinə  yetirilməməsi  ilə  bağlı 

inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar″. 

Fiziki şəxs aşağıdakı hallarda vəzifəli şəxs kimi hesab edilə bilər: 

a) dövlət hakimiyyətinin nümayəndəsi funksiyalarını həyata keçirdiyi halda; 

b) 


dövlət  orqanlarında, 

yerli  özünüidarəetmə 

orqanlarında, 

Azərbaycan 

Respublikasının  Silahlı  Qüvvələrində,  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

müvafiq  surətdə  yaradılmış  başqa  qoşun  birləşmələrində,  dövlət  və  qeyri-dövlət 

təşkilatlarında,  idarə  və  müəssisələrində  təşkilati-sərəncamverici  və  inzibati-təsərrüfat 

vəzifələrində daimi və ya müvəqqəti işlədiyi halda; 

v)  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmaqla  təşkilati-

sərəncamverici və ya inzibati təsərrüfat səlahiyyətlərini yerinə yetirdiyi hallarda. 

2000-ci  ilin  sentyabırın  1-dən  qüvvəyə  minən  Azərbaycan  Respublikasının  inzibati 

xətalar qanunvericiliyi inzibati xətanın subyekti, o cümlədən inzibati məsuliyyətin subyekti 

kimi  hüquqi  şəxsləri  də  sayır.  Hüquqi  şəxslərin  inzibati  məsuliyyətə  cəlb  edilməsi  barədə 

Azərbaycan  Respublikasının  XM-nin  17-ci  maddəsində  qeyd  edilir:  ″Hüquqi  şəxslər,  o 

cümlədən xarici hüquqi şəxslər bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətalara görə ümumi 

ə

saslarla inzibati məsuliyyətə cəlb olunurlar″ 



          Hüquqi  şəxslərin  inzibati  xətanın  subyekti  kimi  çıxış  etməsi  üçün    onların  inzibati 

hüquq qabiliyyətinə və inzibati fəaliyyət qabiliyyətinə malik olması zəruridir. 

          Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyini  təhlil  edərək  belə  bir 

nəticəyə  gəlmək  olar  ki, hüquqi şəxslər  aşağıdakı  sahələrdə törədilən inzibati xətalara görə 

inzibati məsuliyyətə cəlb edilirlər: 

-

  vergi sahəsində; 



-

  gömrük sahəsində; 

-

  ətraf mühitin mühafizəsi sahəsində; 



-

  əməyin təhlükəsizliyinin təmin edliməsi sahəsində; 

-

  yanğın təhlükəsizliyinin təmin edliməsi sahəsində və s. 



Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsinin Ümumi hissəsində inzibati 

məsuliyyətin  subyekti  kimi  fiziki  şəxslər  barəsində  heç  nə  göstərilməmişdir.  Lakin 

Məcəllənin  Xüsusi  hissəsinin  maddələrində  inzibati  xətanın  subyekti  özünü  biruzə  verir. 

Məcəllədə o  cümlədən,  inzibati xətanın  subyektinin anlayışı  da  yoxdur.  Buna  baxmayaraq, 

inzibati xətanın subyektini inzibati məsuliyyətin subyektindən fərqləndirmək lazımdır. Belə 

ki, inzibati məsuliyyətin subyektlərinin dairəsi inzibati xətanın subyektlərinin dairəsi ilə üst-

üstə  düşmür.  Ola  bilər  ki,  şəxs  inzibati  xətanın  subyekti  olsun,  lakin  inzibati  məsuliyyətə 

cəlb  edilməsin.  Məsələn,  müddətli  həqiqi  hərbi  xidmət  qulluqçuları  inzibati  xətalara  görə 

intizam məsuliyyətinə cəlb edilirlər. 

 


 

196 


 

nzibati xətanın subyektiv tərəfi 

             nzibati xətanın subyektiv tərəfi - şəxsin törətdiyi hüquqazidd əmələ və onun zərərli 

nəticələrinə daxili psixi  münasibətidir. 

            nzibati xətanın subyektiv tərəfinin əsas elementi təqsir (qəsd və ehtiyatsızlıq), əlavə 

elementləri isə aşağıdakılardır: 

1.

  Emosional vəziyyət. 



2.

  Motiv. 

3.

  Məqsəd 



Bu əlamətlər yalnız inzibati xətanın qəsdən törədilməsi zamanı özünü biruzə verirlər. 

Azərbaycan Respublikasının  XM-nin 3-cü maddəsində qeyd edildiyi kimi: ″Yalnız bu 

Məcəllə  ilə  nəzərdə  tutulmuş  inzibati  xətaların  törədilməsində  təqsirli  hesab  edilən  və 

inzibati  xəta  tərkibinin  bütün  digər  əlamətlərini  daşıyan  əməli  (hərəkət  və  ya  hərəktsizlik) 

törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir″. Qeyd edildiyi kimi inzibati 

məsuliyyət o vaxt yarana bilər ki, şəxs inzibati xətanın törədilməsində təqsirkar sayılsın. 

          Təqsir  -  şəxsin  öz  hüquqazidd  əməlinə  və  onun  zərərli  nəticələrinə  qəsd  və  ya 

ehtiyatsızlıq formasında psixi münasibətidir. 

Təqsir  inzibati  məsuliyyətin  əsas  şərtlərindən  biridir.  Əgər  şəxsin  əməlində    təqsir 

yoxdursa,  zərərli  nəticələr  təsadüf  şəraitində  yaranıbsa,  deməli  inzibati  xətanın  subyektiv 

tərəfi yoxdur və ümumiyyətlə inzibati məsuliyyət də yoxdur. 

          Təqsirin  forması  -  bu  inzibati  xətalar  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  xətanı 

törətmiş şəxsin iradəsi və zəruri elementlərinin müəyyən qarşılıqlı təsiridir. Bu da törədilmiş 

inzibati  xətaya  onun  psixi  münasibətini  qəsd  və  ehtiyatsızlıq  formasında  ifadə  olunmasını 

xarakterizə edir. 

          Beləliklə, təqsirin iki forması mövcuddur: 

a) qəsd; 

b) ehtiyatsızlıq. 

Bu barədə  Azərbaycan  Respulikasının  XM-nin  13-cü və  14-cü  maddələrdə  müvafiq 

maddələr mövcuddur. 

             Azərbaycan  Respublikasının  XM-nin  13-cü  maddəsi:  ″ nzibati  xətanın  qəsdən 

törədilməsi.  

             nzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyin) hüquqazidd 

xaraktrini  dərk  etmiş,  onun  zərərli  nəticələrini  qabaqdan  görmüş  və  ya  bunları  arzu 

etmişdirsə,  yaxud  belə  nəticələrin  baş  verməsinə  şüurlu  surətdə  yol  vermişdirsə,  bu  xəta 

qəsdən törədilmiş xəta hesab olunur″. 

Bu maddəyə uyğun olaraq qeyd etmək olar ki, qəsdin iki növü mövcuddur: 

          Birbaşa  qəsd  -  təqsirin  elə  formasıdır  ki,  inzibati  xəta  törətmiş  şəxs  öz  əməlinin 

(hərəkət  və  hərəkətsizliyinin)  hüquqa  zidd  xarakterini  dərk  edir,  onun  ziyanlı  nəticələrini 

ə

vvəlcədən görür və bu nəticələri arzulayır. Məsələn,  XM-nin 331-ci maddəsi ″... şəxsiyyət 



vəsiqəsinin və ya pasportun ... qəsdən korlanması″. 

           2.  Dolayı  qəsd  -  təqsirin  elə  formasıdır  ki,  inzibati  xəta  törətmiş  şəxs  öz  əməlinin 

(hərəkət  və  hərəkətsizliyinin)  hüquqa  zidd  xarakterini  dərk  edir,  onun  zərərli  nəticələrinin 

baş  verməsini  arzu  etmir,  lakin  belə  nəticələrin  baş  verməsinə  şüurlu  surətdə  yol  verir. 

Məsələn, Azərbaycan Respublikasının  XM-nin 92.2-ci maddəsi ″Meşəqırma bileti (orderi) 

olmadan  köküstə  yaş  ağacların  və  kolların  qanunsuz  kəsilməsi  və  zədələnməsi,  meşə 

bitkilərin və cavan ağacların məhv edilməsi və zədələnməsi.″ 


 

197 


 

           Emosional vəziyət əsasən, birbaşa qəsdlə törədilən inzibati xətalar üçün xarakterikdir. 

Bu əlamətin dispozisiyada nəzərdə tutulması normanın tətbiqində onun müəyyən olunmasını 

zəruri  edir.  Baxmayaraq  ki,  emosional  vəziyyəti  əks  etdirən  və  məsuliyyəti  yüngülləşdirən 

konkret  norma  yoxdur,  amma  inzibati  tənbeh  tətbiq  edilərkən  Azərbaycan  Respublikasının 

XM-nin 33.2 maddəsinə uyğun olaraq məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilə bilər. 

Məsələn,  şəxsə  onun  yaxın  qohumunun  vəfat  etməsi  barədə  xəbər  verilməsi  nəticəsində, 

həmin şəxsin nəqliyyat vasitəsi ilə müəyyən olunmuş sürət həddini aşmaqla özünün hadisə 

yerinə çatdırması. 

             nzibati  xətanın  motivi  -  bu  şəxsi  hər  hansı  bir  əməlin  törədilməsinə  vadar  edən 

amillərdən,  yəni  ona  sövq  etdirən  səbəb  və  niyyətdən  (tamah,  xuliqanlıq,  niyyəti,  özündən 

razı  olma  və  sair)  ibarətdir.  Motiv  -  latınca  ″moveo″  sözündən  götürülüb,  hərəkət  edirəm 

deməkdir. 

             nzibati  xətanın  məqsədi  -  şəxsin  törədiləcək    xətanın  xarici  aləmdə  yaradacağı  və 

arzu olunan dəyişiklik barədə təsəvvürüdür.  nsanın daxilindəki meyl və hissi hərəkətverici 

motivə çevirən də məhz məqsəddir. Məsələn, Azərbaycan Respublikasının   XM-nin 200-cü 

maddəsi: ″... yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədilə...″ 

Qeyd etmək lazımdır ki, inzibati hüquq normalarında inzibati xətanın məqsədi, motivi 

və şəxsin emosional vəziyyəti barədə az danışılır. Buna baxmayaraq, onların üzə çıxarılması 

ə

məlin  subyektiv  və  obyektiv  tərəflərinin  düzgün  qiymətləndirilməsi  və  tövsifi  üçün 



lazımdır.  Yuxarıda  göstərilənlərdən,  belə  nəticəyə  gəlmək  olar  ki,  motiv  -  sövq  edəndirsə, 

məqsəd isə son nəticədir. 

          Azərbaycan  Respublikası  XM-nin  14-cü  maddəsi  ″ nzibati  xətanın  ehtiyatsızlıq 

üzündən törədilməsi. 

nzibati  xəta  törətmiş  şəxs  öz  əməlinin  (hərəkətinin  və  ya  hərəkətsizliyinin)  zərərli 

nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüşdürsə, lakin onların qarşısının alacağına 

yüngül fikirlə ümid bağlamışdırsa, yaxud nəticənin baş verəcəyini qabaqcadan görə bilməli 

və görməli olduğu halda onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta 

hesab olunur″. 

             Bu maddənin məzmunundan göründüyü kimi ehtiyatsızlığın iki növü mövcuddur: 

             1.  Hüquqazidd  özünə  güvənmə  -  təqsirin  elə  növüdür  ki,  burada  inzibati  xəta 

törətmiş  şəxs  öz  əməlinin  zərərli  nəticələr  verə  biləcəyi  imkanını  qabaqcadan  görür,  lakin 

yüngül fikirlik edib, onların qarşısının alınmasına ümid bağlayır. 

Məsələn, Azərbaycan Respublikası  XM-nin 155.2.3-cü maddəsi: ″... tormoz sistemi, 

sükan idarə mexanizmi nasaz olan nəqliyyat vasitələrinin idarə olunması...″ nəticəsində zərər 

çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir və buna görə də Azərbaycan 

Respublikasının  XM-nin 155.4-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyət yaranır. 

           2. Hüquqazidd etinasızlıq - təqsirin elə növüdür ki, burada inzibati xəta törətmiş şəxs 

öz  əməlinin  zərərli  nəticələr  verə  biləcəyini  qabaqcadan  görə  bilməli  və  görməli  olduğu 

halda, onları görməmişdir. 

Məsələn,  Azərbaycan  Respublikası 

XM-nin  130.4-ci  maddəsi  ″Aerodrom 

avadanlığının,  aerodrom  işarələrinin,  hava  ğəmilərinin  və  onların  avadanlığının 

zədələnməsinə ğörə -...″. 

nzibati  məsuliyyətin  prinsiplərindən  biri  də  təqsirə  görə  məsuliyyətdir.  Təqsir  isə 

inzibati xətanın subyektiv tərəfinin əsas əlamətidir. Fiziki şəxslərin təqsiri onun qanuna  zidd 



 

198 


 

ə

məlinə və zərərli nəticələrinə daxili psixi münasibətidir. Hüquqi şəxslərin təqsiri isə başqa 



formada müəyyən edilir, yəni hüquqi şəxslərin təqsiri aşağıdakı iki meyardan ibarətdir: 

-

  subyektiv  təqsir,  yəni  hüquqi  şəxsin  kollektiv,  müdiriyyət  və  vəzifəli  şəxs 



qismində hüquqazidd əməlinə münasibətidir; 

-

  obyektiv  təqsir,  yəni  müəyyən  edilmiş  qaydanı  pozan  hüquqi  şəxsin  konkret 



ə

məlinin  xarakterindən  asılı  olaraq  digər  səlahiyyətin,  dövlət  orqanının  nöqteyi-nəzərindən 

təşkilatın təqsiridir. 

nzibati məsuliyyətin subyektinin hüquqi şəxslər olmasına baxmayaraq, burada faktiki 

olaraq  inzibati  xətanın  törədilməsində  vəzifəli  şəxslər  və  ya  hüquqi  şəxsin  nümayəndəsi 

təqsirkardır.  Ona  görə  hüquqi  şəxsə  inzibati  tənbehin  verilməsi  vəzifəli  şəxslərin  və  ya 

təşkilatın nümayəndələrini inzibati məsuliyyətdən azad etmir. 

nzibati xətaların tərkiblərinin öyrənilməsi, inzibati xətaları onlara oxşar cinayətlərdən 

fərqləndirmək  üçün  lazımdır.  Qanunvericilikdə  onların  fərqləndirilməsi,  onların  tərkib 

elementlərinin hüquqi meyarına əsasən keçirilir. 

Hüquq  elmində  hüquqpozmaları  sosial  mahiyyətinə  görə  cinayətlərə  və  xətalara 

bölürlər,  yəni  əsas,  maddi  əlamətinə  görə.  Cinayətlər  xətalardan  daha  da  çox  onların 

keyfiyyət  ğöstəricilərinə  görə  seçilirlər.  Belə  ki,  cinayətlər  ictimai-təhlükəli  əməldirlər, 

xətalar isə ictimai təhlükəlilik xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə bir-birindən 

fərqlənirlər, onların arasında keyfiyyətcə fərq yoxdur. 

Cinayətlərin və xətaların fərqləndirilməsi və ümumiyyətlə, hüquqpozmaların xətalara 

və  cinayətlərə  bölünməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Bir  sıra  alimlər  belə  hesab  edir  ki, 

ictimai  təhlükəlilik  dərəcəsinə  görə  xətalar  cinayətlərə  nisbətən  az  ictimai  təhlükəlidirlər. 

Digərləri  isə  hesab  edir  ki,  onlar  arasında  əsas  fərq  ondadır  ki,  cinayətər  ictimai-təhlükəli 

ə

məldirlər,  xətalar  isə  yox.  Bunlara  baxmayaraq,  əsas  nəzəri  baza  birdir.  Hüquqpozmaları 



onların cəmiyyətdəki sosial əhəmiyyətinə görə qiymətləndirmək lazımdır. 

Azərbaycan Respublikasının  qanunvericiliyi inzibati xətanı cinayətdən fərqləndirmək 

üçün  onun  ümumi  cəhətini,  yəni  əməlin  az  əhəmiyyətli  olmasını  göstərir.  Əməlin  az 

ə

həmiyyətli olması məsələsi onun bütün subyektiv və obyektiv əlamətlərini nəzərə almaqla 



həll edilir (vurulan ziyan, inzibat xətanın törədilməsi yeri, üsulu, vasitəsi, əməlin xarakteri, 

şə

xsin təqsiri, motivi, məqsədi, subyektin xüsusi keyfiyyətləri və s.). 



Cinayət cinayət qanununda nəzərdə tutulan ictimai təhlükəli əməlidir.  nzibati xəta isə  

inzibati  hüquq  norması  ilə  mühafizə  olunan  obyektə  qəsd  edən  hüquqazidd  əməldir.  Elə 

hüquqpozmalar  var  ki,  onlar  həmişə  inzibati  xəta  kimi  qiymətləndirilirlər.  Məsələn, 

avtobusda  biletsiz  getmə,  səhlənkar  saxlama  nəticəsində  pasportun  itirilməsi.  Belə  hallarda 

hüquq tətbiq edənin qarşısında bunların cinayət və ya xəta olması məsələsi qalxmır. Bununla 

yanaşı elə hüquqpozmalar da var ki, şəraitdən asılı olaraq, onlar ya xəta, ya da cinayət kimi 

qiymətləndirilə  bilər.  Məsələnin  həlli  üçün  hüquqpozmanın  törədilməsi  yeri  onun 

hüquqazidd nəticəsi və s. kimi amillərdən istifadə edilir.  

Bir  çox  hallarda  cinayət  və  xətaların  mürəkkəb  tərkibini  ayırmaq  və  sanksiyanın 

düzgün  tətbiq  edilməsini  təmin  etmək  üçün  qanunverici  onların  tərkiblərində  konkret 

ə

lamətləri möhkəmləndirir. Məsələn, Azərbaycan Respublikasının   XS-nin 346-cı maddəsi 



Mülki  silahın  və  döyüş  sursatının  saxalanılması,  daşınması  və  ya  satılması  qaydalarının 

pozulması″ və Azərbaycan Respublikasının CM-nin 230-cu maddəsi: ″Odlu silahı diqqətsiz 

saxlama″.  Göründüyü  kimi  hər  iki  halda  silahın  saxlanması  qaydalarından  söhbət  aparılır. 

Ə

gər  silahın  saxlama  qaydaları  pozulubsa  və  heç  bir  nəticə  yoxdursa,  onda  məsuliyyət 



 

199 


 

Azərbaycan  Respublikası  XM-nin  346-cı  maddəsinə  uyğun  olaraq  yaranır.  Əgər  ″odlu 

silahın  diqqətsiz  saxlanılması  …  nəticəsində...  həmin  silahdan  başqa  şəxsin  istifadə  etməsi 

ağır  nəticələrə  səbəb  olduqda...″  məsuliyyət  Azərbaycan  Respublikasının  CM-nin  230-cu 

maddəsinə uyğun olaraq yaranır. 

Cinayət  qaydasında  cəzalandırılan  qanunsuz  ov  etmə  (Azərbaycan  Respublikasının   

CM-nin   258-ci   maddəsi)   və   inzibati   qaydada        tənbeh   edilən   ov   qaydalarının   

pozulması    (Azərbaycan    Respublika-sının    XM-nin  111.2-ci mad.) vurulmuş ziyanın 

miqdarına  görə  fərqləndirilir,  baxmayaraq  ki,  hər  iki  halda  maddələrin  dispozisiyalarında 

eyni əməllər qadağan edilir. 

nzibati  xətalar  və  cinayətlər  həm  də  əməlin  törədilmə  üsuluna,  təqsirin  formalarına, 

hüquqpozmanın  motivinə  və  digər  əlamətlərinə  görə  fərqlənirlər.  Eyni  əməl  eyni  zamanda 

həm  cinayət,  həm  də  inzibati  xəta  ola  bilməz.  Azərbaycan  Respublikasının  XM-nin  3-cü 

maddəsində qeyd edilib ki: 

Yalnız  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  inzibati  xətaların  törədilməsində  təqsirli 



hesab  edilən  və  inzibati  xəta  tərkibinin  bütün  digər  əlamətlərini  daşıyan  əməli  (hərəkət  və 

hərəkətsizlik)  törətmiş  şəxs  inzibati  məsuliyyətə  cəlb  olunur  və  tənbeh  edilir″.  Demək  olar 

ki,  eyni  tərkibli  maddə  də  Azərbaycan  Respublikası  CM-nin  3-cü  maddəsində  öz  əksini 

tapıb.  Beləliklə,  belə  bir  qərara  gəlmək  olar  ki,  cinayətin  və  inzibati  xətanın  məcmusu 

mümkün deyil. 

Qanunverici  cinayət  məsuliyyətinin  üstünlüyünü  təyin  edib:  əgər  əməldə  həm 

cinayətin,  həm  də  xətanın  əlamətləri  olarsa,  onda  əməl  cinayət  kimi  qiymətləndirilir  və 

təqsirkar şəxs daha ciddi məsuliyyətə cəlb olunur. Bu əmələ görə ona qarşı inzibati tənbeh 

tətbiq  edilmir,  çünki  şəxs  eyni  zamanda  həm  inzibati  məsuliyyətə,  həm  də  cinayət 

məsuliyyətinə  cəlb  edilə  bilməz,  belə  hallarda  şəxsə  qarşı  həmin  fakt  üzrə  cinayət  işinin 

başlanmasına icazə verilir (Azərbaycan Respublikasının CPM-nin 207.5.1-ci maddəsi). 

Ə

gər  məhkəmənin  hökmü  ilə  hüquqpozma  cinayət  sayılsa,  o  eyni  zamanda  inzibati 



xəta ola bilməz. Deməli, əvvəlcədən bu əmələ görə tətbiq edilmiş inzibati tənbeh məhkəmə 

tərəfindən cəza tədbiri seçilərkən nəzərə alınmalıdır. 

nzibati və intizam xətaları bir qayda olaraq cinayət hüquqpozmaları deyildirlər. Çünki 

onların  hər  ikisi  bir  qayda  olaraq  yüksək  ictimai-təhlükəlilik  dərəcəsinə  malik  deyildirlər. 

ntizam  və  inzibati  xətalar  üzrə  araşdırmalar  (təhqiqat)  və  onlara  görə  sanksiyaların  tətbiqi 

icraedici-sərəncamverici  fəaliyyət  prosesində  həyata  keçirilir.  ntizam  və  inzibati  xətaların 

digər  oxşar  cəhətləri  də  mövcuddur  (hüquqazidd,  təqsirlilik  və  s.).  Bunlara  baxmayaraq 

inzibati və intizam xətaları bir-birindən aşağıdakı əlamətlərə görə fərqlənirlər: 

Birincisi, onların normativ-hüquqi bazaları eyni deyil.  nzibati xətalar inzibati hüquq 

normalarında qeyd olunub, burada da xətaların anlayışından başqa konkret inzibati xətaların 

təsviri  verilir.  ntizam  xətaları  isə  düzünə  və  ya  dolayı  yolla  əmək  normalarında,  cəza-icra 

hüququ normalarında verilir, lakin istisna hallardan başqa (üzürsüz səbəbdən işə çıxmama və 

s.) bu normalar intizam xətalarının  tərkiblərini əks etdirmir. 

kincisi,  intizam  xətasının  subyekti  müəyyən  sabit  kollektivin  üzvüdür,  nəzarət  edən 

və  məcburetmə  tədbirini  tətbiq  edən  subyekt  isə  bu  kollektivin  rəhbəridir.  nzibati  xətanın 

subyekti  isə  vətəndaşlar,  vəzifəli  şəxslər  və  ya  hüquqi  şəxslər  ola  bilərlər  ki,  onlar  nəzarət 

edən və məcburetmə tədbirlərini tətbiq edən subyekt ilə sabit təşkilati əlaqədə deyldirlər. 

Üçüncüsü, intizam xətası sabit kollektivin üzvü olan şəxsin bu kollektivdə olması ilə 

ə

laqədar  üzərinə  qoyulmuş  vəzifələrin  yerinə  yetirilməməsindən  ibarətdir.  Buna  görə  də 



 

200 


 

intizam  xətası  daim  sabiq  kollektivdə  mövcud  olan  intizam  qaydalarının  pozulmasıdır. 

nzibati  xəta  isə  şəxsin  harada  işləməsindən  və  hansı  işin  yerinə  yetirməsindən  asılı 

olmayaraq,  bütün  vətəndaşlara  aid  olan  ümumməcburi  qaydaların  pozulmasından  və 

vəzifələrin  yerinə  yetirilməsindən  ibarətdir.  Düzdür,  bəzi  hallarda  vəzifəli  şəxslərin, 

sürücülərin, ticarət işçilərinin hüquq və vəzifələri üst-üstə düşür, həm də inzibati xəta hesab 

edilir. 

Dördüncüsü,  intizam  xətalarına  görə  təqsirkar  şəxsə  qarşı  sanksiya  onun  üzv  olduğu 

kollektivin rəhbəri tərəfindən tətbiq edilə bilər (müəssisənin müdiri, hərbi hissənin komandiri 

və  s.).  nzibati  xətalara  görə  isə  inzibati  tənbehlər  funksional-hakimiyyətin  sübyekti 

tərəfindən tətbiq edilir. 

Beşincisi,  intizam  xətalarına  görə  intizam  tənbehi,  inzibati  xətalara  görə  isə  inzibati 

tənbehlər tətbiq edilir. 

kinci suala yekun olaraq qeyd etmək istərdim: 

1.

  nzibati  xətanın  tərkibi  hüquqla  müəyyən  edilmiş  elementlər  məcmusudur  ki, 



onların mövcudluğunda törədilmiş əməl inzibati xəta sayılır. 

2.

  nzibati xətanın tərkibinin elementləri aşağıdakılardır: 



-

  inzibati  xətanın  obyektiv  inzibati  hüquq  normaları  ilə  mühafizə  olunan  ictimai 

münasibətlərdir; 

-

  inzibati xətanın obyektiv tərəfi  inzibati xətanın xarici görünüşüdür; 



-

  inzibat xətanın subyekti 16 yaşına çatmış, anlaqlı fiziki şəxsdir və ya inzibati hüquq 

subyektivliyinə malik olan hüquqi şəxsdir; 

-

  inzibati xətanın subyektiı tərəfi şəxsin öz əməlinə və onun nəticələrinə daxili psixi 



münasibətidir. 

 

 



Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin