N Ə T C Ə
Mövzuya nəticə olaraq bildiririk ki, daxili işlər və ədliyyə sahələrində dövlət
idarəetməsi haqqında hüquqi biliklərin əldə edilməsi isə sizin bir hüquqşünas kimi
formalaşmağınızda köməkçiniz olacaqdır.
Mövzunun birinci sualında dövlət idarəetməsinin sahələrindən biri olan daxili işlər
sahəsində idarəetmənin mahiyyəti haqqında qeyd etdik. Burada daxili işlər sahəsində
dövlət idarəetməsinin bilavasitə qanunauyğun şəkildə həyata keçirilməsini və daxili işlər
orqanlarını bilavasitə idarə olunmasını Daxili şlər Nazirliyinə həvalə olunmasını qeyd
etdik.
kinci sualda daxili işlər orqanlarında xidmət keçmə haqqında biliklər əldə olundu.
O cümlədən daxili işlər orqanlarında xidmətə könüllülük əsasında qanunvericilikdə öz
ə
ksini tapmış xüsusiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşlarının
qəbul edilməsi haqqında biliklər əldə etdik.
367
Mövzunun üçüncü sualında dövlətin ədliyyə sahəsində siyasətini həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanı Ədliyyə Nazirliyi haqqında qeyd edərkən, onun funksiya
və vəzifələri, strukturu göstərildi.
Bununla yanaşı dövlət hakimiyyətinin bir qolu olan və yalnız ədalət mühakiməsi ilə
həyata keçirilən məhkəmə hakimiyyəti, notariat hərəkətləri aparmağa müvəkkil edilmiş
şə
xslər-notariat və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını həyata keçirən vətəndaşlıq
vəziyyətinin qeydiyyatı orqanları haqqında hüquqi biliklər əldə etdik.
Mövzu № 19:
″
″
″
″
Milli təhlükəsizlik və müdafiə sahəsində dövlət idarəetməsi″″″″
P L A N:
G R Ş
4.
Milli təhlükəsizlik sahəsində dövlət idarəetməsinin anlayışı və təşkilati-hüquqi
formaları. Dövlət sərhədinin mühafizəsi milli təhlükəsizliyin təmin edilməsinin
istiqamətlərindən biri kimi.
5.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti təhlükəsizliyin təmin edilməsinin
istiqamətlərindən biri kimi.
6.
Müdafiə sahəsində dövlət idarəetməsinin anlayışı və təşkilati-hüquqi formaları.
NƏ T CƏ
Ə
D Ə B Y Y A T:
11.
Azərbaycan Respublikasının Konstitusiyası.
12.
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinə çevrilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu, 1 noyabr 1991-ci il.
13.
“Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli
Qanunu (Azərbaycan Respublikası D N-in 12 avqust 2004-cü il tarixli 355 №-li əmri).
14.
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunu. 29 iyun 2004-cü il.
15.
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanunu, 6 yanvar 1994-cü
il.
16.
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, 25
dekabr 1991-ci il.
17.
“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının
Qanunu, 29 aprel 1992-ci il.
18.
“Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, 3 noyabr 1992-ci il.
19.
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan
Respublikasının Qanunu, 26 noyabr 1993-cü il.
20.
“Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanunu, 26 noyabr 1993-cü il.
21.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ntizam Nizamnaməsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, 23 sentyabr 1994-cü il.
368
22.
“Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında
Ə
sasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, 10
ynavar 1995-ci il.
23.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan
Respublikasının Qanunu, 3 oktyabr 1997-ci il.
24.
“Azərbaycan Respublikası hərbi əks-kəşfiyyat xidmətinin Azərbaycan Respublikası
MTN-nin tərkibinə daxil edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 31 iyul 2002-ci il.
25.
“Azərbaycan Respublikası Dövlət Sərhəd xidməti haqqında Əsasnaməsinin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 dekabr 2002-ci il tarixli
Fərmanı.
26.
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım fondu haqqında Əsasnamənin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il
tarixli Fərmanı.
17. A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
18.E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
19.Korenev A.P. “Administrativnoe pravo”.Çastğ 2. Dərslik. Moskva, 1999.
G R Ş
Cəmiyyətin, şəxsiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi üsullarından biri
də mübarizə struktur vahidlərinin yaradılmasıdır. Məhz bu səbəbdən də Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Kəşfiyyat və əks-kəşfiyyat və Dövlət Sərhəd
Mühafizə Xidməti yaradılmışdır.
Yuxarıda göstərilənlər mühazirəmizin sualları üzrə təhlil olunacaqdır.
Belə ki, mühazirənin I sualında milli təhlükəsizlik sahəsində idarəetmənin təşkilati-
hüquqi formaları barədə və Dövlət sərhədinin mühafizəsi milli təhlükəsizliyin təmin
edilməsi istiqamətlərindən biri kimi formasında təhlillər aparılacaqdır.
Mühazirənin II sualında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti təhlükəsizliyin təmin
edilməsinin istiqamətlərindən biri kimi barədə məlumatlar şərh olunacaqdır.
Mühazirənin III sualı üzrə müdafiə sahəsində dövlət idarəetməsinin təşkilati-hüquqi
formaları haqqında konstitusion müddəalar təhlil olunacaqdır.
SUAL I.
Milli təhlükəsizlik sahəsində idarəetmənin
təşkilati-hüquqi formaları
Azərbaycan Respublikası müstəqilliyini qazandığı gündən bir çox beynəlxalq
təşkilatlara üzv seçilmiş və dünyanın yüzlərlə müstəqil dövlətləri ilə tam bərabərhüquqlu
müstəqil dövlət kimi beynəlxalq müqavilələr bağlamış və öz müstəqilliyini inamla
qorumaqdadır.
369
Respublikada aparılan dövlət quruculuğunun və Konstitusiyamızın əsas
müddəalarının həyata keçirilməsini təmin edən əsas zəmanətlərindən biri də müstəqillik
qazanmış respublikamızın toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsidir.
Təhlükəsizlik şəxsiyyətin, cəmiyyətin və dövlətin əsas maraqlarının daxili və
xarici təhdidlərdən (təhlükələrdən) qorunması vəziyyətidir. Təhlükəsizliyə dövlət, iqtisadi,
ictimai, müdafiə, məlumat və digər növ təhlükəsizliklər daxildir.
Təhlükəsizliyin belə geniş anlayışı onu təmin edən çox saylı orqanların və təşkilatların
fəaliyyət göstərmələri, həmçinin də təhlükəsizliyə nail olmaq məqsədi ilə siyasi, iqtisadi,
hərbi, təşkilati, ekoloji və digər xarakterli müvafiq tədbirlərdən istifadə edilməsini nəzərdə
tutur.
Azərbaycan Respublikasında təhlükəsizliyin təmin edilməsinə güc orqanlarının
fəaliyyəti ilə nail olunur.
Azərbaycan Respublikasının təhlükəsizliyini təmin edən orqanlara aşağıdakılar
aiddir:
♦
Milli Təhlükəsizlik Nazirliyi və onun orqanları;
♦
silahlı qüvvələr;
♦
daxili işlər orqanları;
♦
vergi xidməti orqanları;
♦
gömrük xidməti orqanları;
♦
mülki müdafiə orqanları;
♦
sərhəd qoşunları;
♦
daxili qoşunlar;
♦
sənayedə, energetikada və kənd təsərrüfatında işin təhlükəsiz aparılmasını təmin
edən orqanlar;
♦
rabitə və məlumat vasitələrində təhlükəsizliyi təmin edən xidmətlər;
♦
əhalinin sağlamğlığını qoruyan orqanlar və təhlükəsizliyi təmin edən digər
orqanlar.
Təhlükəsizliyin təmin edilməsi üzrə bilavasitə funksiyaların yerinə yetirilməsi
məqsədi ilə dövlət tərəfindən təhlükəsizliyi təmin edən xüsusi orqanlar təşkil edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 99-cu və 109-cu maddələrinə əsasən,
təhlükəsizliyi təmin edən orqanlar üzərində idarəetməyə ümumi rəhbərlik Azərbaycan
Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Konstitusiyanın bu maddələrinə
ə
sasən, Prezident təhlükəsizliyi təmin edən orqanların fəaliyyətlərini əlaqələndirir, onların
fəaliyyətlərinə nəzarət edir və zəruri hallarda bu sahədə operativ qərarlar qəbul edir.
Azərbaycan Respublikası Konstitusiyasının 114-115-ci və 119-cu maddələrinə
ə
sasən, Azərbaycan Respublikasını Nazirlər Kabineti öz səlahiyyətləri çərçivəsində
təhlükəsizliyi təmin edən orqanlar üzərində idarəetməyə ümumi rəhbərliyi həyata keçirir.
Nazirlər Kabineti nazirliklərlə, dövlət komitələri ilə və digər orqanlarla milli təhlükəsizliyin
təmin edilməsi üzrə tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə
ə
sasən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Təhlükəsizlik
Ş
urasını yaradır.
Təhlükəsizlik Şurası Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 aprel
tarixli Fərmanı ilə yaradılmışdır. Bu orqanda daxili və xarici təhlükəsizlik məsələləri
370
müzakirə edilir. Təhlükəsizlik Şurasında iqtisadi, ekoloci, ictimai təhlükəsizlik məsələlərinə
də baxıla bilər. Təhlükəsizlik Şurası icrası məcburi olan qərarlar qəbul edə bilməz.
Təhlükəsizlik Şurasının tərkibinə aşağıdakı vəzifəli şəxslər daxildir:
♦
Milli Məclisin sədri;
♦
Baş Nazir;
♦
Prezidentin cra Aparatının rəhbəri;
♦
Xarici Siyasət Məsələləri üzrə Dövlət müşaviri;
♦
Hərbi şlər üzrə Dövlət müşaviri;
♦
Baş Prokuror;
♦
Xarici şlər Naziri;
♦
Müdafiə Naziri;
♦
Milli Təhlükəsizlik Naziri;
♦
Daxili şlər Naziri.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Milli təhlükəsizliyi təmin
edən xüsusi orqanların sisteminə daxil olan icra hakimiyyəti orqanlarından biridir. Milli
Təhlükəsizlik Nazirliyinin təşkili və fəaliyyətinin əsasları Azərbaycan Respublikasının
“Milli Təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli Qanunu və 27 mart 2004-cü il
tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında” əsasnamə də müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə 01 noyabr 1991-ci il tarixli
239-XII saylı Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Komitəsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyinə (bundan sonra-MTN) çevrilmişdir. Ali Sovetin bu qərarına əsasən, Azərbaycan
Respublikasının MTN Azərbaycan Respublikasının Prezidentinə tabe edilmişdir.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi xüsusi xidmət orqanı
olaraq ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki qürumlar vasitəsilə həyata
keçirir. Nazirliyin strukturuna baş idarələr, idarələr, şöbələr və digər qürumlar daxildir.
Nazirliyin mərkəzi aparatı, Naxçıan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,
şə
hər və rayon orqanları, hərbi əks-kəşfiyyat qürumları, akademiya, hərbi-tibbi
müəssisələri, habelə digər struktur bölmələr Nazirliyin vahid sistemini təşkil edir.
Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş hallarda və qaydada öz səlahiyyətləri daxilində aşağıdakı vəzifələri yerinə
yetirir:
- Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması istiqamətində
dövlət siyasətinin həyata keçirilməsi məqsədi ilə əlverişli şəraitin yaradılması üçün tədbirlər
görür;
- Milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə kəşfiyyat, əks-kəşfiyyat və
ə
məliyyat-axtarış fəaliyyətini təşkil edir və həyata keçirir, səlahiyyətlərinə aid edilmiş
cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparır;
- xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan
Respublikasının milli maraqlarına qarşı yönəlmiş niyyətləri, planları və əməlləri barədə
məlumatları əldə edir, təhlil edir, milli təhlükəsizliyə real və potensial təhdidləri
proqnozlaşdırır;
- xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-
ayrı şəxslərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya
371
quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və
sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər
pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması
məqsədi ilə tədbirlər görür;
- beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları
ilə mübarizə aparır;
- Azərbaycan Respublikasının Prezidentinin və onun tapşırığı ilə müvafiq dövlət
orqanlarını milli təhlükəsizliyə olan təhdidlər barədə məlumatlandırır, habelə siyasi,
iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhükəsizliyin təminatı ilə bağlı digər sahələr
üzrə zəruri kəşfiyyat məlumatları ilə təmin edir;
- Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər
nümayəndəlikləri əməkdaşlarının və onların ailə üzvlərinin xarici ölkələrdə olma
müddətində, dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmış Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrə ezamiyyət müddətində təhlükəsizliyinin təmin
edilməsi məqsədi ilə zəruri hallarda tədbirlər görür;
- hərbi-sənaye kompleksinin, eneergetika, nəqliyyat, rabitə və iqtisadiyyatın digər
strateji əhəmiyyətli sahələrinin, həmçinin milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb
edən elmi-texniki araşdırmaların və onların nəticələrinin təhlükəsizliyinin təmin edilməsi
üzrə tədbirlər görür;
- xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlər həyata
keçirir, texniki kəşfiyyat aparır;
- dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən
edilmiş qaydada xüsusi rabitə ilə təmin olunmasında iştirak edir;
- kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təminatı ilə bağlı
hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu
aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata alır;
- əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq
orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-
axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirir;
- nazirliyin orqanları üçün ixtisaslı kadrlar hazırlayır, hərbi qulluqçuların və
işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını və mənəvi-
psixoloji hazırlığını təmin edir və s.
Azərbaycan Respublikasının Milli təhlükəsizliyinin təmin edilməsi üçün dövlət
proqramının işlənib hazırlanmasında və onun realizəsində iştirak edir. Nazirlikdə ölkədə
daxili siyasət, sosial-iqtisadi və kriminal vəziyyətin inkişafı proqnozlarına əsasən,
Azərbaycan Respublikasının təhlükəsizliyinə olan təhlükənin xəbərdar edilməsi və
neytrallaşdırılması üzrə təkliflər işləyib hazırlayır və s. tədbirlər həyata keçirir.
Azərbaycan Respublikası MTN-in fəaliyyətinin əsas hissəsini xarici dövlətlərin,
təşkilatların və şəxslərin real və potensial imkanlarında, hərəkətlərində, planlarında və
niyyətlərində Azərbaycan Respublikasının strateji maraqlarına toxunan məlumatları aşkar
etməkdən, əldə etməkdən və işləməkdən (təhlil etməkdən), eləcə də Azərbaycan
Respublikasının təhlükəsizliyinin təmin edilməsi marağı ilə dövlətin həyata keçirdiyi
tədbirlərin həyata keçirilməsinə köməklik göstərməkdən ibarətdir.
372
Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin mənbələrindən asılı
olaraq Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması vəhdət təşkil
edən xarici və daxili təhlükəsizliklərin məcmusundan ibarətdir.
Xarici təhlükəsizlik dedikdə, Azərbaycan Respublikasının həyati əhəmiyyətli
mənafelərinin kənardan mümkün risk, təhlükə və təhdidlərdən qorunması üçün siyasi-
diplomatik və ya hərbi, yaxud eyni zamanda həm diplomatik, həm də hərbi tədbirlər
kompleksinin həyata keçirilməsi başa düşülür.
Daxili təhlükəsizlik dedikdə, Azərbaycan Respublikasında siyasi, iqtisadi və sosial
sabitliyin, cəmiyyətdə vətəndaş həmrəyliyinin qorunması üçün müvafiq şəraitin yaradılması
başa düşülür.
Azərbaycan Respublikasının milli təhükəsizliyinin təmin olunması müxtəlif
sahələr üzrə həyata keçirilir. Bu sahələr aşağıdakılardır:
-
siyasi;
-
iqtisadi;
-
hərbi;
-
sosial;
-
informasiya;
-
ekologiya;
-
elm;
-
mədəniyyət;
-
mənəviyyat və s.
Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması
Azərbaycan xalqının və onun yaratdığı siyasi təsisatların dövlət hakimiyyəti məsələlərini
müstəqil həll etmək, insan və cəmiyyətin maraqları naminə suveren daxili və xarici siyasəti
həyata keçirmək imkanının və qabiliyyətinin təmin edilməsidir.
Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyinin təmin olunması
Azərbaycan Respublikasının milli iqtisadiyyatının və iqtisadi münasibətlərinin inkişafına
təhlükə yaradan daxili və xarici amillərdən qorunmasıdır.
Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması
dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi xarakterli
real və potensial təhdidlərdən müdafiə sahəsində tədbirlər kompleksinin həyata keçirilməsi
və milli maraqların hərbi vasitələrlə qorunması qabiliyyətinin təmin edilməsdir.
Azərbaycan Respublikasının informasiya sahədə milli təhlükəsizliyinin təmin
olunması dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə infomasiya
sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirər kompleksinin həyata
keçirilməsidir.
Azərbaycan Respublikasının ekoloji sahədə milli təhlükəsizliyinin təmin olunması
ə
traf mühitin ona zərərli təsirlər nəticəsində yaranan təhdidlərdən qorunmasıdır;
Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində milli
təhlükəsizliyin təmin olunması Azərbaycan xalqının mədəni irsini, maddi və mənəvi
dəyərlərinin və elmi-texniki potensialın daxili və xarici təhdidlərdən qorunması və inkişaf
etdirilməsidir.
373
Dövlə t sə rhə ddinin mühafizə si milli tə hlükə sizliyin
tə min edilmə sinin istiqamə tlə rində n biri kimi.
Azərbaycan Respublikasının dövlət sərhədi anlayışı, “Azərbaycan Respublikasının
Dövlət sərhədi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının
dövlət ərazisinin (quru və öz ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını
müəyyən edən xətt və bu xətt üzrə şaquli səthdən ibarətdir. Digər tərəfdən isə Azərbaycan
Respublikasının dövlət suverenliyinin ərazi hüdudlarıdır.
Dövlət sərhədi anlayışına aşağıdakı 3 amil daxildir:
- faktiki;
- hüquqi;
- texniki.
Dövlət sərhədinin faktiki cəhətdən anlayışını-dövlət ərazisinin hüdudlarını
müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səth təşkil edir.
Dövlət sərhədinin hüquqi cəhətdən anlayışını-dövlət sərhəddinin Azərbaycan
Respublikası qanunvericilikləri və beynəlxalq müqavilələrlə möhkəmləndirilməsi təşkil
edir.
Dövlət sərhədinin texniki cəhətdən anlayışını isə dövlət ərazisində müvafiq xəttin
qeyd edilməsi, sərhədin texniki cəhətdən araşdırılması və onun mühafizəsi təşkil edir.
Dövlət sərhədi aşağıdakı iki funksiyanı yerinə yetirir:
- ölkənin təhlükəsizliyini təmin edir;
- digər dövlətlərlə qarşılıqlı əlaqə zamanı ön xətt kimi çıxış edir və bu dövlətlərlə
mehriban qonşuluq münasibətinin yaranmasına xidmət edir.
Dövlət sərhədinin mühafizəsi Azərbaycan Respublikasının sanitar vəziyyətinin,
iqtisadi və siyasi maraqlarının mühafizəsinin əsas şərtidir.
Dövlət sərhədinin mühafizəsinin effektivliyi aşağıdakılardan asılıdır:
1) dövlət sərhədi rejimini möhkəmləndirən hüquqi normalardan bacarıqla istifadə
edilməsindən;
2) dövlət sərhədinin mühafizəsinə lazımi miqdarda vəsaitlərin ayrılmasından;
3) öz aralarında və digər dövlət bələdiyyə xidmətləri ilə qarşılıqlı əlaqədə olan
xüsusi xidmətlərin yaradılmasından (sərhəd; karantin və s.).
Dövlət sərhədinin mühafizəsini təşkil edən siyasi, iqtisadi və sanitariya
vəziyyətlərinin mühafizəsinin məzmunları aşağıdakılardan ibarətdir:
- siyasi maraqların mühafizəsinin məqsədi vətəndaşların və nəqliyyat vasitələrinin
qanunsuz olaraq dövlət sərhədi keçməsinə yol verməməkdir;
- iqtisadi maraqların mühafizəsinin məqsədi qanunsuz olaraq dövlət sərhədindən
predmetlərin, mənəvi yaradıcılıq məhsullarının keçirilməsinin qarşısının alınmasından
ibarətdir;
- sanitariya vəziyyətinin mühafizəsinin məqsədi isə dövlət sərhədində bu və ya
digər tərəfə insanlar, flora və fauna üçün təhlükəli olan informasiyaların yayılmasının
qarşısının alınmasından ibarətdir.
Sərhədin mühafizəsi rejimi aşağıdakı elementlərdən ibarətdir:
1) sərhəd rejimi;
2) sərhədboyu rejim;
3) dövlət sərhədinin buraxılış məntəqələrində rejim.
374
Azərbaycan Respublikasının dövlət sərhədi rejimi Azərbaycan Respublikası dövlət
sərhədinin keçilməsi qaydasını, xarici təyyarələrin və başqa uçuş aparatlarının Azərbaycan
Respublikasının hava fəzasına girməsi və orada olması, xarici qeyri-hərbi gəmilərin və hərbi
gəmilərin Azərbaycan Respublikasının ərazi və sularında üzməsi və olması, xarici qeyri-
hərbi gəmilərin və hərbi gəmilərin Azərbaycan Respublikasının daxili sularına və limanlarına
girməsi və orada olması, Azərbaycan Respublikası dövlət sərhədinin lazımi qaydada
saxlanması, Azərbaycan Respublikasının dövlət sərhədində müxtəlif işlərin görülməsi,
mədən fəaliyyəti və başqa fəaliyyət göstərilməsi qaydası Azərbaycan Respublikasının dövlət
sərhədi haqqında Qanunla, qanunvericilik aktları və Azərbaycan Respublikasının
dövlətlərarası müqavilələri ilə müəyyən edilir.
Sərhədboyu rejim sərhədboyu zonada və sərhədboyu zolaqda qoyulur.
Sərhədboyu rejim Dövlət Sərhədi haqqında Qanunua və Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının və başqa
şə
xslərin gəlməsi, müvəqqəti yaşaması, bir yerdən başqa yerə getməsi, işlərin görülməsi,
motorlu və motorsuz gəmilərin yanalma körpülərində uçota alınması və saxlanması,
Azərbaycan Respublikasının ərazi və daxili sularında onların üzməsi və hərəkət etməsi
qaydalarını tənzimləyir. Azərbaycan Respublikasının dövlət sərhədində Nazirlər Kabineti
sərhədboyu zona və sərhədboyu zolaq müəyyən edir.
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi Azərbaycan Respublikasının
milli təhlükəsizliyinin təmin edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir.
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi dövlət sərhədinin
qanunsuz surətdə dəyişdirilməsinin qarşısının alınmasına; dövlət sərhədi rejiminə,
sərhədboyu rejimə və dövlət sərhədindən buraxılış məntəqələrindəki rejimə əməl
olunmasına; dövlət sərhədində dövlətin, cəmiyyətin və şəxsiyyətin digər həyati
mənafelərinin xarici və daxili təhlükələrdən qorunmasına yönələn siyasi, hüquqi, iqtisadi,
hərbi əməliyyat, təşkilati, texniki, ekoloji, sanitariya və başqa tədbirlərin həyata keçirilməsi
ilə təmin edilir.
Azərbaycan Respublikası dövlət sərhədinin quruda, dənizdə, çaylarda, göllərdə və
digər sututarlarda mühafizə olunması sərhəd qoşunlarına, havada mühafizə olunması isə
hava hücumundan müdafiə və hərbi hava qüvvələrinə həvalə olunur.
Azərbaycan Respublikasının dövlət sərhədinin qorunması sahəsində sərhəd
qoşunlarının vəzifələri, hüquqları sərhəd qoşunları haqqında və Dövlət Sərhəd Xidməti
haqqında Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə
müəyyən edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndi rəhbər
tutularaq Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2002-ci il tarixli Fərmanı ilə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları darəsinin
ə
sasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradılmışdır. Dövlət Sərhəd
xidmətinin rəisi, həmçinin Sərhəd Qoşunlarının Komandanıdır.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan sonra Dövlət Sərhəd
Xidməti) Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanıdır.
Dövlət Sərhəd Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası
375
Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələri, Azərbaycan Respublikası Prezidentinin 12 dekabr 2002-ci il tarixli Fərmanı
ilə təsdiq edilmiş Dövlət Sərhəd Xidməti haqqında Əsasnaməni Dövlət Sərhəd Xidmətinin
normativ-hüquqi aktlarını rəhbər tutur.
Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki
hərbi hissələr və digər orqanları vasitəsilə həyata keçirir. Dövlət Sərhəd Xidmətinin
strukturuna baş idarələr, idarələr, şöbələr və digər qurumlar daxildir. Dövlət Sərhəd
Xidmətinin mərkəzi aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri, sərhəd
nəzarəti dəstələri, hərbi hissələr, habelə digər struktur bölmələr Dövlət Sərhəd Xidmətinin
vahid sistemini təşkil edir.
Dövlət Sərhəd Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına riayət,
qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında
qurur.
Dövlət Sərhəd Xidmətinin kadr tərkibi hərbi qulluqçulardan və əmək müqaviləsi
ilə işləyən mülki heyətdən (işçilərdən) ibarətdir.
Dövlət Sərhəd Xidmətinin əsas təyinatı Azərbaycan Respublikasının dövlət
sərhədinin mühafizəsinin və toxunulmazlığının təmin edilməsidir.
Dövlət Sərhəd Xidməti öz təyinatına uyğun olaraq Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı əsas vəzifələri yerinə
yetirir:
1. Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial təhdidlərin dəf
edilməsini, sərhəd boyu zonada əhalinin, mülkiyyətin bu cür əməllərdən qorunmasını,
onların qarşısının alınmasını təşkil edir;
2. Səlahiyyətləri daxilində sərhəd münaqişələrinin nizama salınması üçün tədbirlər
görür, zəruri hallarda həmin münaqişələrin həlli məqsədilə aidiyyəti olan dövlət orqanlarına
müraciət edir;
3. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə
Qoşunları və Hərbi Hava Qüvvələri onlar tərəfindən Azərbaycan Respublikasının dövlət
sərhədinin havadan mühafizə olunması ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsində
kömək göstərir;
4. Şəxslərin və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət
sərhədini qanunsuz keçəməsinin qarşısının alınmasını təmin edir, səmərəli sərhəd nəzarətini
həyata keçirmək məqsədilə şəxsiyyəti təsdiq edən və digər sənədlərin saxtalaşdırılması və
ya onlardan qanunsuz istifadə edilməsini qabaqlamaq üçün terrorçuların və terrorçu
qrupların, habelə qeyri-leqal miqrantların yerdəyişməsinin qarşısının alınması üzrə tədbirlər
görür;
5. Azərbaycan Respublikasının dövlət sərhədinin qanunsuz dəyişdirilməsi
cəhdlərinin qarşısının alnmasını təmin edir. Azərbaycan Respublikasının dövlət sərhədinin
müəyyən olunması ilə əlaqədar işlərin (delimitasiya, demarkasiya və sair) yerinə
yetirməsində iştirak edir;
6. Qanunvericilikdə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlər olduqda
şə
xslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın müəyyən olunmuş
məntəqələrdə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılmasını təmin edir;
376
7. Qanunvericiliklə müəyyən edilmiş qaydada narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı
maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi,
bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların
hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların Azərbaycan
Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparalıması qadağan edilən
digər əşyaların, habelə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış
məntəqələrindən kənarda əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən
keçirilməsinin qarşısının alınmasını təmin edir;
8. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizə ilə əlaqədar
səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata
keçirir;
9. Qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və
ibtidai istintaq aparır, inzibati xətalar haqqında işlər üzrə icraatı həyata keçirir;
10. Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin Azərbaycan
Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair
sənədlərinin yoxlanılmasını, həmin sənədlərdə müvafiq qeydlərin edilməsini, qanun
pozuntusu aşkar edildiyi hallarda qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata
keçirilməsini təmin edir;
11. Səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş dövlət sərhəd
rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Azərbaycan Respublikasının
dövlət sərhədindən buraxılış məntəqələrində rejimə əməl olunmasını təmin edir;
12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq
surətdə aparılan tikintilərdə, ümumdövlət və müdafiə əhəmiyyətli tikintilərdə görülən işlər,
təbii fəlakətlər, təhlükəli yoluxucu xəstəliklər ilə əlaqədar tədbirlər istisna edilməklə,
sərhədboyu zolaqda müxtəlif işlərin görülməsini şəraitin tələb etdiyi hallarda
məhdudlaşdırır;
13. Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təminatı ilə bağlı
hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu
aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata alır;
14.Əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətlərinə aid
informasiyalar əldə edildiyi təqdirdə zəruri hallarda təxirəsalınmaz tədbirlər keçirməklə
həmin orqanları dərhal məlumatlandırır və onlara lazımi kömək göstərir;
15. Azərbaycan Respublikasının sərhədboyu zonasında tətbiq edilən fövqəladə və
ya hərbi vəziyyət rejiminin təminində, fövqəladə halların qarşısının alınması və onların
aradan qaldırılması üzrə dövlət tədbirlərinin, həmçinin karantin tədbirlərinin həyata
keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir;
16. Qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi ilə qarşılıqlı əlaqədə Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət
qulluqçuları ilə komplektləşdirilməsini həyata keçirir;
17. Dövlət Sərhəd Xidmətinin kadr təminatını həyata keçirir, hərbi qulluqçuların
və işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını və mənəvi-
psixoloji hazırlığını təmin edir;
18. Səlahiyyətləri daxilində səfərbərlik tədbirlərinin həyata keçirilməsində iştirak
edir;
377
19. Daxili təhqiqatların aparılmasını təşkil edir;
20. Qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət sərhədinin mühafizəsi
məsələləri üzrə xarici dövlətlərin sərhəd mühafizə və digər orqanları, habelə beynəlxalq
təşkilatlarla əməkdaşlıq edir, onların fəaliyyətində iştirak edir.
Dövlət Sərhəd Xidməti qanunvericiliyə müvafiq olaraq digər vəzifələri də yerinə
yetirir.
Dövlət Sərhəd Xidməti öz fəaliyyətini və vəzifələrini həyata keçirmək üçün
aşağıdakı hüquqlara malikdir:
1.
Azərbaycan
Respublikasının
dövlət
sərhədinin
mühafizəsinin
və
toxunulmazlığının təmin olunması sahəsində qanunvericiliklə müəyyən edilmiş
səlahiyyətləri həyata keçirmək;
2. Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin qeydiyyatının
aparılmasını, qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə buraxılmasını və ölkə hüdudlarından
kənarlaşdırılmasını təmin etmək;
3. Xidməti vəzifələri icra edərkən qanunvericiliklə müəyyən edilmiş hallarda və
qaydada plomblanmış vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə
gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük və digər
aidiyyəti orqanlarla birlikdə (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan
bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük və
digər aiddiyyəti orqanların iştirakını təmin etmək mümkün olmadığı hallarda isə milli
təhlükəsizliyi və yaxud dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədilə müstəqil
surətdə) açdırılmasını təmin etmək;
4. Hərbi qulluqçularına qanunvericiliklə müəyyən edilmiş qaydada odlu silah və
xüsusi vasitələr vermək;
5. Azərbaycan Respublikasının dövlət sərhədindən keçən ayrı-ayrı şəxslərə,
nəqliyyat vasitələrinə, yüklərə və başqa əmlaka münasibətdə qanunvericiliklə müəyyən
edilmiş həcmdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini təmin etmək;
6. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar
səlahiyyətləri daxilində kəşfiyyat və əks-kəşfiyyat tədbirləri planlaşdırmaq, həyata
keçirmək və bununla bağlı məsələləri həll etmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri
üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirmək;
7. Əməliyyat-məlumat, əməliyyat-sorğu, axtarış məlumatlarının və digər
informasiyaların, hesabatların məlumat banklarını yaratmaq, bu məlumatların təhlilini və
onlardan istifadəni təşkil etmək, arayış-məlumat fəaliyyətini həyata keçirmək;
8. Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə dair qanunların və digər normativ-hüquqi
aktların layihələrinin hazırlanmasında iştirak etmək, onların təkmilləşdirilməsi barədə
təkliflər vermək, öz fəaliyyətinin normativ-hüquqi tənzimlənməsini həyata keçirmək;
9. Sərhəd münaqişələrinin həlli məqsədilə həmsərhəd dövlətlərin sərhəd mühafizə
xidmətləri ilə səlahiyyətləri həddində danışıqlar aparmaq;
10. Səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Azərbaycan Respublikasının
qanunvericilik aktlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin sərhəd xidməti orqanları tərfindən icrasına nəzarət etmək;
11. Səlahiyyətlərinə aid edilmiş məsələlərə dair məhkəmələrdə iddia ilə çıxış
etmək;
378
12. Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin təmin edilməsi üçün hüquqi və fiziki
şə
xslərlə müqavilələr bağlamaq;
13. Milli təhlükəsizliyin, mülkiyyətin, insan hüquq və azadlıqlarının təmin
edilməsi məsələləri üzrə müvafiq dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;
14. Müvəqqəti saxlama yerlərində xidmətin təşkilinə nəzarət etmək;
15. Qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət sərhədinin
mühafiəzsi üzrə digər fəaliyyəti həyata keçirmək.
Dövlət Sərhəd Xidməti bilavasitə Azərbaycan Respublikasının Prezidentinə
tabedir və ona hesabat verir. Dövlət Sərhəd Xidmətinin strukturu və hərbi qulluqçularının
və işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq
edilir.
Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının komandanı Dövlət Sərhəd
Xidmətinə rəhbərlik edir. Dövlət sərhəd xidmətinin rəisi Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini-Sərhəd Qoşunları Baş
Qərargahının rəisi və digər müavinləri vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə
tutulmuş başqa vəzifələrə təyin və həmin vəzifələrdən azad etmə Dövlət sərhəd xidməti
rəisinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata
keçirilir.
Dövlət Sərhəd Xidmətinin rəisi:
♦
Dövlət Sərhəd Xidmətinin işini təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir və
vəzifələrinin yerinə yetirilməsinə görə şəxsi məsuliyyət daşıyır;
♦
Müavinləri arasında vəzifə bölgüsü aparır, onların və Dövlət Sərhəd Xidmətinin
digər vəzifəli şəxslərinin səlahiyyətlərini, məsuliyyət dərəcəsini müəyyən edir və qarşılıqlı
fəaliyyətini təmin edir;
♦
Dövlət Sərhəd Xidmətinin baş idarə, idarə, şöbə və digər qurumların
ə
sasnamələrini, nizamnamələrini təsdiq edir, onların fəaliyyətinə nəzarəti təşkil edir və
işinin əlaqələndirilməsini təmin edir;
♦
Əmr, sərəncam və göstərişlər verir, tədris vəsaitlərini, təlimatları və digər
normativ-hüquqi aktları təsdiq edir, başqa dövlət orqanlarının rəhbərləri ilə birgə və ya
onlarla razılaşdırılmış əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasının təmin
edilməsi üzrə tədbirlər görür;
♦
Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları və digər qurumları
ilə münasibətlərdə Dövlət Sərhəd Xidmətini təmsil edir, danışıqlar aparır, verilmiş
səlahiyyətlər daxilində müqavilə və digər sənədləri imzalayır;
♦
Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan əmr,
sərəncam və göstərişlərini ləğv edir;
♦
Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı qanun və digər normativ-hüquqi
aktların layihələrini baxılması üçün müəyyən edilmiş qaydada təqdim edir;
♦
Dövlət Sərhəd Xidməti sisteminə daxil olan qurumların (mərkəzi aparatın
strukturuna daxil olan qurumlar, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri
istisna olmaqla) yaradılması, yenidən qurulması, ləğv edilməsi barədə qərarlar verir;
♦
Qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi qulluqçu heyəti vəzifələrinin
siyahısını, bu vəzifələrə uyğun hərbi rütbə hədlərini təsdiq edir;
379
♦
Dövlət Sərhəd Xidmətinin təsdiq edilmiş strukturuna, hərbi qulluqçularının və
işçilərinin ümumi say tərkibinə uyğun olaraq baş idarə, idarə, şöbə və digər qrumların
strukturunu və ştat cədvəllərini təsdiq edir və onlarda zəruri dəyişikliklər aparır;
♦
Səlahiyyətləri daxilində vətəndaşları Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi
xidmətə və işə qəbul edir, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları
həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır;
♦
Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti vəzifələri siyahısının təsdiq edilməsi, ali
zabit rütbələrinin verilməsi və ali zabit rütbəsi olan hərbi qulluqçuların hərbi xidmətdən
ehtiyata və ya istefaya buraxılması barədə Azərbaycan Respublikasının Prezidentinə
təkliflər verir;
♦
Dövlət Sərhəd Xidməti hərbi qulluqçularına polkovnik və birinci dərəcəli kapitan
rütbəsi də daxil olmaqla hərbi rütbələri, habelə ilk zabit rütbələri, vaxtından əvvəl və
növbədənkənar hərbi rütbələri verir;
♦
Azərbaycan Respublikasının sərhəd nümayəndələrinin fəaliyyətinə rəhbərliyi
həyata keçirir;
♦
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını və işçilərini qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada mükafatlandırır və onlar barəsində intizam tənbehi
tədbirləri tədbiq edilir;
♦
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları haqqında Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin ntizam Nizamnaməsinin müəyyən etdiyi digər hüquqları həyata
keçirir;
♦
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının səfərbərlik və döyüş hazırlığını,
attestasiya komissiyalarının yaradılması və attestasiyaların keçirilməsini, məxfilik və
təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir, habelə hərbi qulluqçuların və
işçilərin sosial-hüquqi müdafiəsinin təmin edilməsi sahəsində müvafiq tədbirlər görür;
♦
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Dövlət
Sərhəd Xidməti üçün kadrların hazırlanması məqsədilə onların öyrənilməsi işinin təşkili
qaydalarını müəyyən edir;
♦
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını Azərbaycan Respublikasının
hüdudlarında kənara getməsi barədə müəyyən edilmiş qaydada qərarlar qəbul edir;
♦
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi və Dövlət Sərhəd
Xidmətinin fəaliyyəti ilə əlaqədar məsələlər üzrə müvafiq dövlət orqanlarına təkliflər verir;
♦
Qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
Dövlət Sərhəd Xidmətində Hərbi şura yaradılır. Hərbi şuraya Dövlət Sərhəd
Xidmətinin rəisi, tutduqları vəzifəyə görə rəis müavinləri, digər rəhbər vəzifəli şəxslər daxil
edirlər. Hərbi şuranın tərkibi Dövlət Sərhəd Xidmətinin rəisininin təqdimatı ilə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
Hərbi şuranın iclaslarında Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin əsas istiqamətləri,
icra intizamının vəziyyəti, kadr məsələləri, normativ-hüquqi aktların lahiyələri müzakirə
edilir, vəzifəli şəxslərin hesabatları dinlənilir, digər mühüm məsələlərə baxılır və müvafiq
qərarlar çıxarılır.
Hərbi şuranın iclaslarında Dövlət Sərhəd Xidmətinin rəisi sədrlik edir. Hərbi şuranın
üzvləri müzakirə edilən məsələlərə dair qərarlar qəbul edərkən səsvermədə bərabər
380
hüquqlara malikdirlər. Hərbi şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul
edilir, Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə elan olunur və həyata keçirilir.
Dostları ilə paylaş: |