Oğlun sağdır
əsəndir
avdadır.(Kitabi Dədə Qorqud)
Bu misaldakı əsən sözü X-XI əsrlərdə salamat mənasında işlənmiş,
indi isə demək
olar ki, tamamil
ə köhnəlmişdir.
Dild
ə istər az, istərsə də çox dərəcədə köhnəlmiş olan hər hansı bir söz bu və ya
dig
ər qohum dillərdə fəal söz kimi işlənə bilir. Bunu başqa şəkildə desək
qohum
dill
ər üçün ortaqlı olan sözlərin bir dildə köhnəlməsi həmin sözün digər dillərdə
d
ə köhnəlməsi üçün şərt ola bilmir və ola da bilməz.
Köhnəlmiş sözlərin hamısı eyni əlamətə malik olmayıb, bir qrupu
digərindən bu və
ya başqa xüsusiyyətləri ilə fərqlənir. Bunlardan bəziləri ifadə etdikləri məfhumdan
ayrılaraq, bəziləri isə məfhumla bərabər köhnəlmişdir. Bu
nöqteyi-nəzərdən
Az
ərbaycan dilindəki köhnəlmiş sözlər iki qrupa bölünür: tarixizmlər və arxaizmlər.
Dostları ilə paylaş: