Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 8: Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə40/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   36   37   38   39   40   41   42   43   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Mövzu 8: Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu: 
Hesabat, teleqram, xəbərdarlıq, töhmət, məqalə, reaklam, sosial şəbəkə mətnləri, 
anons, bildiriş və s.
İcmal:

1. İşgüzar sənədlərdə lakoniklik, yığcamlıq.
2. İşgüzar sənədlərdə imla və fikir yanlışlığına yol verməməyin normativləri.
3. İnnovativ yeniliklərin işgüzar sənədlərdə tətbiqi.


4. Hesabat, teleqram, xəbərdarlıq, töhmət, məqalə, reaklam, sosial şəbəkə 
mətnləri, anons, bildiriş
 
və s. sənədlərin xüsusiyyətləri. 
Müasir işgüzar dünyanı böyük informasiya axını olmadan təsəvvür etmək
mümkün deyildir. Bu məlumatların çatdırılması sənədlər üzərində aparılır ki, bu da
müxtəlif növlü sənədlərin hazırlanmasına gətirir. Hər il idarəetmə sahəsində
milyarddan çox sənəd tərtib edilir. Sənədin köməkliyi vasitəsi ilə məlumatlar
saxlanılır və təyinatı üzrə çatdırılır. Sənəd idarəetmənin guzgüsünü təşkil edir.
Yazılı sənədləşmələr insan fəaliyyətinin gedişini, dövlətçiliyin, sivilizasiyanın,
mədəniyyətin inkişafını bütövlüklə göstərir və çatdırır.
Son illərdə sənədlər idarəetmənin ilk həlqələrində daha çox yayılmışdır.
Xüsusi idarələr, müəssisələr, elm-təhsil, özəl təsərrüfatları da öz kargüzarlığını
təşkil edir. İdarələrdə hər bir sənədin tərtib edilməsi, yenidən yazılması, oxunması,
uçotu (qeydə alınması), çoxaldılması, mühafizəsi, axtarışı, daşıdığı məlumatın
yenidən işlənməsi, surətinin çıxardılması, məlumatların başqa yerə koçürülməsi,
idarənin daxilində və xaricində çatdırılması, müxtəlif məlumatların alınması,
verilməsi və s. üzrə böyük işlər aparılır.
Sənədlərdən müxtəlif idarəetmə məqsədləri üçün istifadə edilməsinə baxmayaraq 
bu sozün mənasının əhəmiyyəti daha genişdir:
1. Sənəd hər hansı faktların sübutudur.
2. Sənəd tarixi mənbədir.
3. Sənəd idarəetmə qərarlarının hazırlanması, qeydi və verilməsidir. 
Bir sözlə, sənəd - informasiya daşıyıcısıdır. "Sənəd" sözünün rəsmi anlayişi dövlət 
standartında və digər normativ hiüquqi aktlarda verilir. Sənəd insan fikrindən 
yaranan məlumatların, hadisələrin, faktların hər hansı bir xüsusi materiallar 
üzərində qeyd olunmasına deyilir. Sənəd xüsusi materialda faktlar, 
hadisələr,obyektiv həqiqət halları və insanin təfəkkür fəaliyyəti haqqında məlumatı 
müxtəlif üsullarla möhkəmləndirib, daşiyan vasitədir. Sənəd sozü (ərəb sozündən 
götürülüb) 
sübut, dəlil 
deməkdir, başqa sözlə, bir şeyi, faktı təsdiq, bir şeyə olan 
hüququ sübut edən rəsmi kağızdır. Elə sənədlər vardir ki, onun bir vəziyyətdə 
əhəmiyyəti olsun, digər vəziyyətdə isə əhəmiyyəti olmasın. Məsələn, adi şəxsə 
göndərilmiş əl vasitəsi ilə yazilmış məktub əhəmiyyətsiz olsa da, məhkəmə 
prosesində bundan sübut kimi istifadə edilə bilər.
Sənədlərin idarəetmədə böyük əhəmiyyəti vardır:

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin