Müstəqillik əldə etmiş Azərbaycan Respublikasında idarəetmə sisteminin
yeniləşməyə doğru getdiyi bir dövrdə sənədləşdirmənin daha da təkmilləşdirilməsi
sahəsində dəqiq və düşünülmüş şəkildə əsaslı iş aparılmasına ehtiyac duyulurdu.
Bu zaman qarşıda duran və həlli həyatı əhəmiyyətli problemlərdən biri də yeni
idarəetmə formasında vahid işgüzar yazışmalar idarəetmə sisteminin
formalaşdırılması prosesi-nin təşkili olmuşdur.
İşgüzar Yazışmaların aparılmasında başlıca məsələ sənədlərin necə
hazırlanması və onların dövriyyəsinin düzgün tənzimlənməsidir. Bütün bunların
düzgün həyata keçirilməsi işgüzar Azərbaycan dilinin üzərinə düşür. Bu problemin
həlli məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust
tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya
qaydaları”nda işgüzar yazışmalarda istifadə edilən idarəetmə orqanlarının
adlarında sözlərin yazılışı müəyyənləşdirilmişdir. Qəbul edilmiş qanunlar, təli
matlar, qaydaların əsasında yeni idarəetmə sistemində kargüzarlığın aparılması işi
tənzimlənir.
Bu sənədləri hazırlamaq və rəsmiləşdirməkdən ötrü bütün idarəetmə sahələri
üzrə hazırlanan mütəxəssislər İşgüzar yazışmaların aparılması qaydasını,
sənədlərlə işin təşkili qaydalarını bilməlidirlər.
Sənədlərlə idarəetmə aparatı bütün işçiləri ilə - texniki icraçılardan tutmuş yuxarı
rəhbər məmurlaradək hamı ilə bağlıdır. Sənədləşdirmə kargüzarlıq fəaliyətinin
əsas tərkib hissəsini təşkil etdiyindən idarəçilik qabiliyyətinə malik səriştəli rəhbər
kadrlar olmalıdır. Ona görə ki, hər bir sənəd idarə və müəssisələrin, zavod,
fabrikin, elm və tədris müəssisəsinin, hər bir idarəetmə orqanının fəaliyyətini əks
etdirir.
İşgüzar yazışmalarin elmi əsaslarla təşkili idarəetmə fəaliyyətinə müsbət təsir
göstərir. O, sadəlik, səliqəlik və operativlik sevir. Onda qeyridəqiqlik, saxtakarlıq,
bürokratizm və süründürməçilik elementləri olmamalıdır .
Həyat sübut edir ki, ali və orta ixtisas məktəblərinin məzunları ya öz ixtisasları
sahəsinə, yaxud da ictimaisiyasi idarəetməyə cəlb edilir, hər hansı kollektivə
rəhbərlik etməli olur. Belə hallarda o, bir çox əməli yazı növləri ilə qarşılaşır və
onları hazır-lamaq zəruriyyəti ilə üzləşməli olur. Çox təəssüf ki, belə vərdişlər nə
orta ixtisas, nə də, ali məktəblərdə kifayət qədər öyrədilmir.
Bu məqsədlə Bakı Biznes Unversitetində “İşgüzar Yazışmalar” fənni tədris
olunur.
Fənni tədris edərkən sənədlərin vahid dövlət standartlarına uyğun hazırlanmasına,
təcrübə məşğələ dərslərində sənəd formalarından, hazırlanma və yazılma
metodlarından istifadə edilməsinə və həmçinin sənədlərin saxlanma və istifadə
qaydalarına əməl edilməsinə geniş yer verilir.
Dostları ilə paylaş: