olan təqdimat tələbənin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod
tələbələrə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif
yollarla təqdim edə
bilsin, öz
fikirlərini dəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına
yiyələnsin. Təqdimata hazırlaşan tələbə qrup halında
işləyəndə ünsiyyət
mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır. Belə olduqda isə onun (onların)
hazırladıqları təqdimat dəqiq olur, ya xşı tərtibatı ilə diqqəti cəlb edir.
Təqdimata hazırlaşan tələbələr təqdimatın hansı formada
keçirmək barədə
qaydalara yiyələnirlər. Müəllim təqdimatın növü və onun keçirilməsi qaydaları
barədə tələbələri təlimatlandırmalıdır. Bu təlimatlara əməl edən tələbə vaxtdan
səmərəli istifadə etməyə, fikrini daha dəqiq və yığcam şəkildə ifadə etməyə
əvvəlcədən hazır olur. Təqdimatı keçirərkən ona şərh verməyi bacarır. Təqdimat
müzakirə olunur və qaydalara əsasən qiymətləndirilir.
Təqdimat fərdi və ya qrup şəklində həyata keçirilə bilər.
Dostları ilə paylaş: