Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə65/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   61   62   63   64   65   66   67   68   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Jest, mimika və məsafə
 
Mimika və jestlər natiqliyin mühüm şərtlərindəndir. 
Belə ki, bunlarsız şifahi nitq mümkün deyil. 
Jest, mimika və məsafə nitqin təsirini artırır, dinləyicinin diqqətini cəmləşdirir, onu 
yorulmağa qoymur. 
Nitq prosesində üz əzələlərinin mənalı hərəkəti 
mimika 
adlanır. Ola bilməz ki, sən 
danışasan, amma üz hərəkətlərin sənin danışığına uyğun nə isə bildirməsin. 
Mimika nitqin anlaşılmasında, ifadəli olmasında, müəyyən emosionallığın, sözlə 
ifadəsi mümkün olmayan çalarların verilməsində, fikrin ciddi və ya ironiya ilə 
deyilməsində çox ciddi rol oynayır. 
Jest
əl- qol hərəkətlərinə deyilir. Jestlər əl- qol hərəkətlərindən danışığın 


intonasiyasına, ritminə uyğun istifadədir. Ancaq, jestlər həddini aşmamalıdır, 
nitqin məzmun və istiqamətinə uyğun gəlməlidir, ölçülüb- biçilməlidir. Yersiz 
jestlər ironiya və gülüş doğura bilər. 
Biz öz mimika və jestlərimizlə hansı sualısa cavablandıra bilərik, kiməsə öz rəğbət, 
razılıq, etiraz və qəzəbimizi bildirə bilərik. 
Natiqliyin şərtlərindən biri də məsafədir. Nitq zamanı həmişə natiq ilə dinləyicilər 
arasında müəyyən məsafə gözlənilməli və qorunmalıdır. Yəni, natiq öz çıxışı 
zamanı dinləyicilərlə arasında müəyyən məsafə saxlamalıdır. Bunu isə jarqon və ya 
vulqar sözlər kimi nitq pozuntularına yol verməməklə, hadisəyə düzgün və ciddi 
yanaşmaqla təmin etmək mümkündür. 
Ünsiyyət zamanı məlumatın 50 faizi jest və mimikaların köməyi ilə çatdırılır. 
Bununla belə çox ifadəli işlətdiyimiz sözlər - yalnız 10 faiz fikrimizi çatdırmaqda 
bizə yardımçı olur. Səsin tembri və intonasiyanın vasitəsilə isə məlumatın cəmi 40 
faizini ötürməyə müvəffəq oluruq. Söhbət zamanı əsas diqqət maksimum 
həmsöhbətimizin jest və mimikalarına yönəlməlidir. 
Tanışlığınızın ilk dəqiqələrindən Siz göstərməlisiniz ki, ünsiyyətə hazırsınız və 
əməkdaşlıq əlaqələri qurmaqda maraqlısınız. 
Təcrübəli psixoloqlar sizə dialoqlar zamanı daha çox istifadə olunan bəzi jest və 
mimikaların mənasını açıqlayırlar. 
Amma unutmayın ki, ünsiyyətdə əsas mövqe səmimilikdir. Çalışın biliklərinizi 
tətbiq edərkən hərəkətləriniz süni, qeyri-təbii görünməsin. 
1.
"Açıq əllər" jesti səmimilik deməkdir. Söhbət zamanı bəzən bir və ya hər iki 
əl ovuc içi açıq vəziyyətdə olur. Sanki insan sizə qəlbini açır. Əgər çalışsanız, 
bu jesti süni, yəni şüurlu ifadə edəsiniz, razılaşın ki, kənardan gülməli görünə 
bilər.
2.
Pencəyinizin düymələrini açmaqla və ya onu çıxartmaqla siz həmsöhbətinizə 
qarşı rəğbət bəslədiyinizi bildirirsiniz.
3.
İnsanın sakit, rahat, arxayın özünü hiss etməsinə onun əllərinin boşalmış 
vəziyyəti qoyulduğu işarə edir.
4.
Söhbətə diqqətlə qulaq asanda adamın başı qeyri-ixtiyari olaraq yana əyilir.
5.
Əgər kimsə danışanda açıq əllərini (evcik şəklində) bir-birinə dirəyibsə, 
onda siz əmin ola bilərsiniz ki, bu insan fikirlərinə əməl edib, sözünün 
üstündə durandı. Ona etibar etmək olar.
Jestlər bir neçə qrupa bölünür. 

Birinci qrup - işarə jestləridir. Amma onları istifadə etdikdə çox ehtiyatlı 
olmaq lazımdır. Çünki eyni işarə-jesti hər ölkədə müxtəlif məna bildlrir. Məsələn 
amerikanların "O.K." jesti Amerikada - hər şey yaxşıdır mənasını ifadə edirsə, 
Fransada - sıfır bildirir, Yaponiyada isə - pula işarə edir.


Bizim tez-tez istifadə etdiyimiz "Əlvida" jesti Yunanıstanda "Rədd ol buradan" 
kimi başa düşülür. 
Müsəlman ölkələrində sol əllə hədiyyə, pul vermək haram sayılır. Başqa Qərb və 
Avropa ölkələrində isə bu məqama heç bir fikir vermirlər. 

İkinci qrup jestlər - illüstrator-jestləridir. Onların köməyi ilə fikrinizi daha 
geniş, emosional çatdırmaq mümkündür. Bu növ jestlərdən mitinqlər, toplantılar 
zamanı natiqlər istifadə edirlər.

Üçüncü qrup - tənzimçi, nizamlayıcı jestlərdir. Bu qrup jestlər söhbətin 
əvvəli və sonunda mühüm rol oynayırlar. Belə jestlərdən biri - əl verməkdir. Bu 
jestlə bir neçə məna bildirmək olar: həm söhbətin əvvəlini, həm yekunlaşdırmaq 
istəyini çatdırmaq, həm də danışığın sonunu.
Bugünkü təqdim olunun məqalədə sonuncu qrup - adaptor (ötürücü) jestlərdir. 
Adətən bu növ jestlər bizə hiss və emosiyalarımızı ifadə etdikdə yardımcı olurlar. 
Onlar uşaqların qeyri-ixtiyari etdiyi reaksiyalara oxşayır. Stress, həyəcan 
əlamətlərində ifadə etdikdə daha aydın görünür. 
Geyim və bunun üçün tələblər. 
Heç kimə sirr deyil ki, paltar insanın ilk növbədə ehtiyac duyduğu əşyalardan 
biridir. Şəxsi əşyalara aiddir. 
Ümumiyyətlə, 
paltar
İnsan bədənini əhatə edən geyim kolleksiyasıdır. Bir insanın, 
ilk növbədə, mənfi iqlim şəraitindən və hava hadisələrindən, həm də özünü 
bəzəmək arzusundan qorunmaq üçün paltar icad etdiyini və yaratdığını təxmin 
etmək çətin deyil. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin