Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 1,46 Mb.
səhifə77/81
tarix28.11.2023
ölçüsü1,46 Mb.
#168521
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   81
Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)

MƏKTUB
Ümumi məlumat
Rəsmi məktublar idarə və təşkilatlarda daxili və xarici əlaqələri təmin etmək üçün yazılan əsas sənədlərdəndir. Məktuba olan əsas tələblər bunlardır: aydınlıq, dəqiqlik, məntiqlilik və kifayət qədər yığcamlıq.
Məktublar 4 hissədən ibarət olur:

  • müraciət hissəsi;

  • ümumi hissə;

  • fərqləndirici hissə;

  • yekunlaşdırıcı hissə.

Təşkilatlara, idarələrə, rəsmi şəxslərə müxtəlif məzmunlu məktublar göndərilir.
Sxem
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Hörmətli həmkarlar!
Sizi _______ 20_-cı il tarixində Sumqayıt Dövlət Universitetində keçiriləcək “______________” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Konfransın bölmələri:
1.
2.
3.
.............
İştirak forması: _______
Konfransın materialları nəşr olunacaq və elektron formada sdu.edu.az saytında yerləşdiriləcəkdir.
Tezislərin tərtibinə aşağıdakı tələblər qoyulur:

  • Format ‑ A4; boş sahə hər tərəfdən ‑ 2sm; şrift ‑ Times New Roman 12pt; sətirarası interval ‑ 1.5;

  • Formullar ‑ Microsoft Equation (CAMSOFT CHEM Draw).

  1. Tezisin adı – ortada, qalın şriftlə, böyük hərflərlə;

  2. Müəllifin soyadı, adı, ata adı – ortadan, qalın şriftlə;

  3. İş yeri, şəhər, ölkə və e-poçt ünvanı – ortadan, kursivlə;

  4. Tezisin mətni – 1-2səhifə

Konfransın işçi dilləri: Аzərbaycan, rus, ingilis.
Tezislər conference.ssu@mail.ru elektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada _________20_‑cı il tarixinədək aşağıdakı ünvanda qəbul olunur:
Az 5008. Sumqayıt ş., 43-cü məhəllə, Sumqayıt Dövlət Universiteti,_________fakültəsi,___________ kafedrası, auditoriya __.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin